Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-293/2020 23.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X1 nümayəndəsi və İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN: 1xx xxx 30116028 saylı xx xxxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 1.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinin naturada ayrılaraq onların ümumi birgə mülkiyyətlərinə, qalan ¼ hissənin isə Cavabdeh ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında X1 nümayəndəsi və İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonu Əvəcuq kəndi ərazisində JN: 1xx xxx 30116028 saylı xx xxxxxxx 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və ailə üzvləri İddiaçı2, X4, Cavabdeh birgə mülkiyyətlərindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair cavabdehin mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o və digər iddiaçılar özlərinin sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə razılığa gəlsələr də, Cavabdeh bu barədə öz razılığını bildirməmiş, buna mane olmuş, nəticədə isə onlar həmin hüquqlarını həyata keçirə bilmirlər. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də paylar bərabər sayılmalıdır. Odur ki, JN: 1xx xxx 30116028 saylı xx xxxxxxx 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 1.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsi naturada ayrılaraq onların ümumi birgə mülkiyyətlərinə, qalan ¼ hissənin isə Cavabdeh ayrıca mülkiyyətinə verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı2 İddiaçı1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məluimat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb İddiaçı2 və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 nümayəndəsi və İddiaçı1 izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-1xx xxx 30116028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X6 xx xxx 1998-ci il tarixli 7/8 nömrəli qərarı ilə İddiaçı1, X2, X4 və Cavabdeh mülkiyyətlərinə Qusar rayonunun Əvəcuq kəndi ərazisindən 1.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qusar rayon məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********07 nömrəli məktubdan görünür ki, mülki işin icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq torpaq sahəsinə yerində baxış keçirilmiş, işin kameral şəraitdə araşdırılması zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti və koordinatları ilə vahid elektron baza məlumatları arasında kəskin uyğunsuzluq vardır. Bu səbəbdən torpaq sahəsinin iddia ərizəsində göstərilən hissələrdə bölünməsi mümkün olmamışdır. Qeyd olunan ümumi torpaq sahəsinin ayrı-ayrılıqda kiçik hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölg aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 10/938 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatlarının Mərkəzə təqdim olunması barədə xx xxx 2020-ci il tarixli, 10/938 nömrəli vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Göründüyü kimi, mübahisə edilən torpaq sahəsinin ayrı-ayrılıqda kiçik hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə 100 (bir yüz) manat təşkil edən ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 100 (bir yüz) manat təşkil edən ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-293/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-293/2020
23.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver