Məhkəmə qərarları › İş №2(029)-310/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-310/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-310/2025 15.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Sadiq oğlunun, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “18859.67 manat əsas borcun və 146.58 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sadiq oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “18859.67 manat əsas borcun və 146.58 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8859.67 manat maddi və 10000 manat mənəvi zərəri, ümumilikdə isə 18859.67 manat (on səkkiz min səkkiz yüz əlli doqquz manat altmış yeddi qəpik) əsas borcun və 146.58 manat (bir yüz qırx altı manat əlli səkkiz qəpik) dövlət rüsumun, cəmi 19006.25 manat (on doqquz min altı manat iyirmi beş qəpik) borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2016-cı ildə, Xaçmaz rayonu, Şimali kəndində yaşayan X2 vasitəsilə tanış olmuş və birlikdə qərara gəlmişlər ki, balıq yetişdirmə ilə məşğul olmaq üçün iş birliyi qursunlar və aralarındakı razılığa əsasən Aydın öz həyətinin bağ sahəsini balıq yetişdirmək üçün verir, o, işi maliyyələşdirir, cavabdeh isə qalan bütün işləri - kürü gətirməyi, inkubator üçün avadanlıqları gətirməyi, yem təşkil etməyi və s. öz üzərinə götürmüşdür. Əldə olunacaq gəlirin bərabər bölünməsi ilə bağlı işdə şərik olmuşlar. 2016-2017-ci illəri əhatə edən qarşılıqlı əməkdaşlar çərçivəsində isə Cavabdeh1 öhdəliklərini yerinə yetirmədiyindən ona 33156 manat borcu yaranmışdır. Tələb olunan 2017-ci ildən yaranmış borc məbləğini könüllü ödəmədiyindən Cavabdeh1 hərəkətlərindən doğan uzun müddətli məhkəmə mübahisələrinin aparılması ilə nəticələnmişdir. Borcun yaranmasına əsas olmuş detallar isə aşağıda göstərilən məhkəmə icraatları ilə bağlı əlavə etdiyi sənədlərdə geniş məlumatlar yer almaqdadır. Belə ki, Cavabdeh1 ilə aparılan bütün şifahi və yazılı danışıqlarda müsbət nəticə vermədiyindən borcun məcburi qaydada ödənilməsində köməkliyin göstərilməsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, X3 xanım Mehriban Əliyevaya, hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Həmçinin hazırkı mübahisə bağlı əvvəlki tarixdə onun müraciəti əsasında DİN Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılmış, araşdırma çərçivəsində Xaçmaz RPŞ-ya dəvət edilərək bir neçə dəfə onunla islahat işləri aparılmış, sonda Xaçmaz RPŞ tərəfindən xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” qərar qəbul edilməklə Cavabdeh1 qarşı pul tələbinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə də, 2017-2013-cü illər ərzində Cavabdeh1 ilə apardığı danışıqlara, müxtəlif instansiyalara etdiyi müraciətlərə baxmayaraq Cavabdeh1 borc məbləğini ödəməkdən hər dəfə qəsdən yayınmışdır. Ona görə də, son çarə olaraq mübahisənin məhkəmə qaydasında həll edilməsi qərarına gəlmişdir. Nəhayət Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 onun hesabına varlandığı 33156 manat nəğd pulun, 2000 (iki min) manat məbləğində mənəvi ziyanın və ödənilmiş 196 manat dövlət rüsumunun, cəmi 35352 (otuz beş min üç yüz əlli iki manat) manat məbləğində pulunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılması üçün Qusar Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəni xx.xx.2023-cü il tarixdən qeydiyyata alınmaqla 2(029)-759/2023 saylı mülki icraat aparılmışdır. Qusar Rayon Məhkəməsində aparılan icraatda onunla bərabər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil da iştirak etmiş və aralarında bağlanılmış xidmət müqaviləsi əsasında hüquqi yardım göstərilməsi üçün 150 manat xidmət haqqı ödənilmişdir. Mülki icraat zamanı beş dəfə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixlərdə baş tutmuş iclaslarda şəxsən iştirak etmiş, cavabdeh isə icraatın vaxtını yubatmaq üçün əksər iclaslarda iştirak etməmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-759/2023 saylı qətnməsi ilə Cavabdeh1 9156 (doqquz min yüz əlli altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 196 manat məbləğində pul vəsaitinin 111.56 (yüz on bir manat əlli altı qəpik) manat hissəsi tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-759/202.3 saylı qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2024-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Qusar rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. Daha sonra Qusar rayonu üzrə İcra və probasiya şöbəsi xx.xx.2024-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edərək Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(119)- 791/2023 saylı və Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 2(029)-759/2023 saylı icra vərəqələri bir icraatda birləşdirilmişdir. Qusar rayonu üzrə İcra və probasiya şöbəsi xx.xx.2024-cü il tarixli məktubla icraatın birləşdirilməsinə dair qərar tərəflərə, o cümlədən borclu Cavabdeh1 təqdim edilmişdir. Daha sonra Qusar rayonu üzrə İcra və probasiya şöbəsi xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərinə həbs qoyulması haqqında təqdimat tərtib edərək Qusar Rayon Məhkəməsinə göndərərək "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi üzrə borclu Cavabdeh1 məxsus olan Oğuz rayonu Mollalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(029)-6/2024 saylı qərardadı ilə borclu Cavabdeh1 adına qeydə alınmış Oğuz rayonu Mollalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq üzərinə həbs qoyulmuşdur. Qusar rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(029)-6/2024 saylı qərardadı icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə göndərilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1907/2024 saylı məktubundan məlum olmuşdur ki, Cavabdeh1 borcun ödənilməsindən məqsədli şəkildə yayınmaq üçün xx.xx.2024-cü il tarixdə 4Ə-297 saylı bağışlanma müqaviləsi əsasında Cavabdeh2 bağışlamış və torpaq sahəsi xx.xx.2024-cü il tarixdə sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata aldırmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin, müvafiq icra və probasiya şöbəsinin yaratdığı şəraitdən yararlanmaqla əmlakın gizlədilməsini və özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair müraciətim əsasında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 16(025)-17/2024 saylı qərardadı ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında bağışlanılmış və xx.xx.2024-cü il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Oğuz rayonu Mollalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(025)- 17/2024 saylı qərardadından Cavabdeh1 şikayət vermiş və onun şikayəti həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(107)-36/2024 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(025)-17/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh1 qanunsuz hərəkətlərinin və pul borcunun ödənişindən yayınmanın qarşısının alınması məqsədilə tərəfindən cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbi tələbi barədə iddia qaldıraraq A 652571 saylı "torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37} qeydiyyatının ləğv edilməsi haqqında qətnamə çıxarılması üçün Qəbələ Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmaqla e-2(025)- 794/2024 saylı mülki icraat aparılmışdır. Eyni zamanda Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(025]-17/2024 saylı qərardadı ilə xx.xx.2024-cü il tarixli qərardadın müddəti uzadılmışdır. Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-794/2024 saylı qərardadı ilə İddiaçı Sadiq oğlunun cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair işin icraatına xitam verilməsi və İddiaçı Sadiq oğluna həmin tələblə AR İN ƏMDX DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etməli olduğu izah edilmişdir. Həmin qərardadan narazı qaldığından şikayət versə də Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 794/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-967/2024 saylı qərardadı ilə Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(025)-794/2024 saylı qərardadı ləğv edilmiş və mülki iş icraata götürülmüşdür. Hazırkı situasiyadan yayınmaq üçün Cavabdeh1 bu dəfə Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin xx.xx.2023-cü il tarixli 2(029)-759/2023 saylı qətnaməsini almadığından ona təqdim edilməsini xahiş etmiş, qətnaməni aldıqdan sonra isə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair məhkəməyə yenidən müraciət etmişdir. Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-794/2024 saylı qərardadı ilə Qusar rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(029)-759/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilərək həmin müddət bərpa edilmiş, Cavabdeh1 nümayəndəsi X4 Qusar rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(029)-759/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti sənədlərlə və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində aparılan icraatda onunla bərabər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Vəkil da iştirak etmiş və aralarında bağlanılmış xidmət müqaviləsi əsasında hüquqi yardım göstərilməsi üçün 320 manat xidmət haqqı ödənilmişdir. Mülki icraat zamanı iki dəfə xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə baş tutmuş iclaslarda şəxsən iştirak etmiş, cavabdeh isə icraatın vaxtını yubatmaq üçün əksər iclaslarda iştirak etməmişdir. Nəhayət Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)- 1700/2024 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi və Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan əvvəl isə Qəbələ Rayon Məhkəməsində aparılan e-2(025)-794/2024 saylı icraatda beş dəfə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə baş tutmuş iclaslarda şəxsən iştirak etmiş, cavabdeh isə icraatın vaxtını yubatmaq üçün əksər iclaslarda iştirak etməmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)- 794/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, A 652571 saylı "torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh1 və Abbasov:, Aygün Sabir qızı arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cti il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatı ləğv edilməsi qərara alınmışdır. Cavabdeh1 yenidən süni maneələrin yaradılması üçün həmin qətnamədən apellyasiya şikayəti verərək xx.xx.2024-cü il tarixli e-2(025)-794/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir: Şəki Apellyasiya Məhkəməsində aparılan 2(107)-203/2025 saylı icraatda iki dəfə xx.xx.2025, xx.xx.2025-cü il tarixlərdə baş tutmuş iclaslarda şəxsən iştirak etmiş, cavabdeh həmin icraatda artıq onun edəcəyi süni maneələrin tükəndiyini anladığından Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-759/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini məhkəmənin sonuncu iclasında nəğd şəkildə məcburiyyətdən ödəmişdir və onun ərizəsi əsasında məhkəmənin xx.xx.2025-ci il tarixdə mülkiyyət sənədlərinin etibarsızlığı ilə bağlı mülki icraata xitam vermişdir. Beləliklə də cavabdeh X1 2017-ci ildə ona ödəməli olduğu borc məbləğini ödəməməsi səbəbindən təkcə 2023-cü ilin avqust ayından etibarən ayrı-ayrı məhkəmə instansiyalarında səkkiz icraat aparılmış, Qusar Rayon Məhkəməsində 2(029)- 759/2023 saylı iş üzrə 5 dəfə, Qusar Rayon Məhkəməsində 8(029)-6/2024 saylı iş üzrə 1 dəfə, Qəbələ Rayon Məhkəməsində e-2(025)-794/2024 saylı iş üzrə 5 dəfə, Sumqayıt Apellyasiya Məhkəməsində 2(105)-1700/2024 saylı iş üzrə 2 dəfə, Şəki Apellyasiya Məhkəməsində 2(107)-203/2025 saylı iş üzrə 2 dəfə, ümumilikdə isə bu işlər üzrə 15 dəfə məhkəmə iclasları keçirilmiş, həmin məhkəmələrdə şəxsən və bəzi hallarda vəkil ilə birlikdə iştirak etmişdir. Bu icraatlar zamanı isə məhkəmələr tərəfindən borcun tutulması ilə bağlı 2 qətnamə, mülkiyyət sənədlərinin etibarsız edilməsi ilə bağlı 1 qətnamə, həbsin qoyulması və müddətin uzadılması, xitama dair 10 qərardad, ümumilikdə isə 13 yekun məhkəmə aktı çıxarılmışdır. Bütün qeyd olunan süni şəkildə uzadılmış məhkəmə mübahisələri isə Cavabdeh1 ona olan borc məbləğini qərəzli olaraq ödəməsindən imtina və yayınmasından irəli gəlmişdir. O, yuxarıda qeyd olunan məhkəmə icraatlarında və onun icrası ilə bağlı İcra və probasiya şöbəsində iştirak üçün Qusar Rayon Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Qusar rayonuna 6 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 252 manat, Qusar rayonu üzrə İcra və pobasiya şöbəsinə çağırışla bağlı Bakı şəhərindən Qusar rayonuna 4 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 168 manat, Qəbələ Rayon Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Qəbələ rayonuna 5 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 340 manat, Sumqayıt Apellyasiya Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Sumqayıt şəhərinə 2 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 10 manat, Şəki Apellyasiya Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Şəki şəhərinə 2 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 150 manat, ümumilikdə bu icraatlarda iştirak üçün təkcə nəqliyyat vasitəsinin yanacaq və digər xərcləri (amartizaiya) 920 manat təşkil etmişdir və həmin məbləğ ona ödənilməlidir. Bundan başqa yuxarıda qeyd olunan icraatlardan göründüyü kimi Cavabdeh1 ona ödəməli olan 9267.56 manat 2017-ci il tarixdən ödəməmiş və yalnız xx.xx.2025-ci ildə məcburi qaydada pul vəsaitini geri qaytarmışdır. Bütün bu zaman çərçivəsində isə borcun vaxtında ödənilməməsi səbəbindən ödənilməli olan borc məbləğinin əvvəlki dəyəri bugünə nisbətdə dəfələrlə azalmışdır. Başqa sözlə əvvəlki tarixdə çıxarılmış məhkəmənin yekun qərarından sonra bu günə kimi Azərbaycan Respublikasında kifayət qədər nağd pulun infilyasiyası baş verir və bu səbəbdən pul vahidi dəyərini əvvəlki dövrə nisbətdə itirir və nəticədə həmin itki həcmində ona maddi zərər edir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin baza məlumatlarına əsasən 2024-cü ildə 2017-ci ilə nisbətən istehlak qiymətləri indeksi 145.6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 45.6 faiz artmışdır. Bu da o deməkdir ki, Cavabdeh1 2017-ci ildən ödəmədiyi 9267.56 manat pul məbləğinin indeksasiyası aparıldığı zaman həmin məbləğin 13493.57 manat (9267.56 m x 45.6 % = 13493.57 m) olması müəyyən edilir. Başqa sözlə 9267.56 manat pul vəsaitinin ödənildiyi tarixə nisbətdə öz dəyərini 4226.01 manat həcmində itirmişdir və həmin məbləğ ona ödənilməlidir. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 ona olan 9267.56 manat borcunu 2017-ci il tarixdən ödəməmiş və yalnız xx.xx.2025-ci ildə məcburi qaydada pul vəsaitini geri qaytarmışdır və bu zaman çərçivəsində kifayət qədər zaman keçmişdir. Mülki qanunvericiliyin tələbinə görə isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə həmin gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında pul tələbi edə bilər. Başqa sözlə 9267.56 manat borcun beş faiz nisbəti 463.38 manat təşkil etdiyindən yeddi il ərzində bu məbləğ 3243.66 manat (463.38 x 7 = 3243.66 m) təşkil edir və həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Qusar Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində aparılan mülki icraatlar zamanı isə hüquqi yardım üçün tərəfindən müqavilələr üzrə ümumilikdə 470 manat (320 + 150 = 470 m) ödənildiyindən həmin xərclər də cavabdehdən tutulmalıdır. Beləliklə də Cavabdeh1 qərəzli hərəkətləri nəticəsində Məhkəmə və İcra şöbələrində iştiraka görə 920 manat, borc məbləğinin vaxtında ödənilməməsi səbəbindən əsas borc məbləğinin infilyasiyaya məruz qaldığı (itirdiyi dəyər) 4226.01 manat, vaxtında ödənilməmiş borc məbləğinin bankın uçot dərəcəsi olan beş faiz məbləğindəki 3243.66 manat, hüquqi yardım üçün ödənilmiş 470 manat, ümumilikdə isə 8859.67 manat maddi ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Bundan əlavə borcun ödənilməsi ilə bağlı uzun sürən icraatlar zaman keçirdiyi stress, əsəb və həyacan, bunun nəticəsi olaraq mütəmaddi həkim nəzarətində qalması və müalicələr almağı onda dərin izdirab yaratmış və cavabdehin hərəkətləri nəticəsində bu uzun müddət davam etdiyindən cavabdeh ona vurduğu 10000 manat həcmində mənəvi zərər vurmuşdur və tərəfindən ödənilməlidir. Bütün bu yol verilmiş maddi və mənəvi zərərlər cavabdehlər Cavabdeh1 ilə digər Cavabdeh2 birgə nigahda olduğu dövrə təsadüf edir və birgə nikah dövrdə əldə olunan bütün gəlirlər birgə qazanca daxil olduğu kimi həmin dövrdə yaranmış borc və zərərə görə də birgə məsuliyyət daşıyırlar. Başqa sözlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurulmuş 8859.67 manat maddi və 10000 manat mənəvi zərəri, ümumilikdə isə 18859.57 manat ziyanı ona ödənilməlidirlər. Məhkəmə iclasında İddiaçı Sadiq oğlu iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 2017-ci ildə balıqçılıq təsərrüfatı ilə məşğul olub, Cavabdeh1 həmin təsərrüfatda mütəxəssis kimi işləmiş, ona şərik olmuşdur. Daha sonra o təsərrüfat bağlanmış, Cavabdeh1 ona borclu olmuş, çoxsaylı məhkəmə prosessləri nəticəsində həmin pulun ona qaytarılması qət edilmiş və 7 ildən sonra cavabdeh sözü gedən məbləği yəni 9156 manat pulu ona qaytarmışdır. Əgər o, həmin məbləği vaxtında götürsəydi həmin məbləğdən xeyir əldə edə bilərdi. Əgər o pulu banka depozit hesabına qoysa idi illik 5 % gəlir əldə edə bilərdi. Həmin pul cavabdeh tərəfindən vaxtında ödənilsə idi o, illik 5 % ilə 3243.67 manat gəlir əldə etmiş olardı. Həmçinin həmin vaxtdan bu günə Dövlət Statistika Komitəsinin Baza məlumatlarına əsasən 2024-cü ildə 2017-ci ilə nisbətdə istehlak qiymətləri indeksi 145.6 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 45.6 faiz artırılmışdır. Əgər cavabdeh 9156 manat pulu vaxtında ona qaytarsa idi, həmin pul inflyasiya nəticəsində dəyərini itirməz ona ziyan olmaz idi. Bundan əvvəl o, heç vaxt bankda depozit hesabına pul qoymamış, həmişə pulu nağd şəkildə saxlamışdır. Həmçinin Qusar Rayon Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Qusar rayonuna 6 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 252 manat, Qusar rayonu üzrə İcra və pobasiya şöbəsinə çağırışla bağlı Bakı şəhərindən Qusar rayonuna 4 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 168 manat, Qəbələ Rayon Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Qəbələ rayonuna 5 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 340 manat, Sumqayıt Apellyasiya Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Sumqayıt şəhərinə 2 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 10 manat, Şəki Apellyasiya Məhkəməsindəki iclaslarda iştirak üçün Bakı şəhərindən Şəki şəhərinə 2 dəfə gəlməklə şəxsi nəqliyyat vasitəsinin yanacaq və digər xərclərlə bağlı 150 manat, ümumilikdə bu icraatlarda iştirak üçün təkcə nəqliyyat vasitəsinin yanacaq və digər xərcləri (amartizaiya) 920 manat təşkil etmişdir. Həmçinin mənəvi zərərlə bağlı, o, sığorta ilə xəstəxanalarda müayinə olunsada iynə-dərmanların pulunu özü ödəmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, nevroz xəstəliyinə tutulmuşdur. Bu barədə onun sübutları var, lakin o, həmin sübutları məhkəməyə təqdim etməmişdir. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sadiq oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş İddiaçı Sadiq oğlunun izahatını təsdiq edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə ıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)- 759/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 9156 (doqquz min yüz əlli altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 196 manat məbləğində pul vəsaitinin 111.56 (yüz on bir manat əlli altı qəpik) manat hissəsi tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında, o cümlədən, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq qeyd edir ki, cavabdehin qeyri-hüquqi əməli iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Ali Məhkəmə Plenumunun qərarında qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması... anlaşılır”. İddia tələbində qeyd edilən Cavabdeh1 qərəzli hərəkətləri nəticəsində məhkəmə və icra şöbələrində iştiraka görə 920 manat, borc məbləğinin vaxtında ödənilməməsi səbəbindən əsas borc məbləğinin infilyasiyaya məruz qaldığı (itirdiyi dəyər) 4226.01 manat, vaxtında ödənilməmiş borc məbləğinin bankın uçot dərəcəsi olan beş faiz məbləğindəki 3243.66 manatın, cavabdeh tərəfindən iddiaçıya ödənilməsini zəruri edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə, hesab edir ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd etdiyi kimi, əgər Cavabdeh1 borclu olduğu məbləği vaxtında ödəsə idi, İddiaçı Sadiq oğlu həmin pulu banka depozit hesabına qoysa idi, illik 5 % gəlir əldə edə bilərdi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, heç vaxt banka depozit olaraq banka pul qoymamış, pulu həmişə nağd şəkildə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özü izahatında öz iddia tələbini əksini sübut etmişdir. Əgər iddiaçı, öz izahatında müəyyən vaxtlarda pulu banka depozit olaraq qoyduğunu bildirsə idi və ya bununla bağlı məhkəməyə sübutlar təqdim etsə idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi. Hazırkı halda isə, iddiaçının həmin hissədə öz iddiasını sübuta yetirə bilməmişdir. Bundan başqa, Məhkəmə və İcra şöbələrində iştiraka görə 920 manat məbləğində xərclərə dair İddiaçı Sadiq oğlunun məhkəməyə təqdim etdiyi sübutların mötəbərliyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və izahatında şifahi riyazi üsullarla həmin məbləğin xərclənməsini bildirsədə, bu halı sübuta yetirə bilməmişdir. Həmin halları təsdiq edən, mötəbər qəbzləri iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə və İcra şöbələrində iştiraka görə 920 manat məbləğində xərclərə dair mötəbət sübutları təqdim etsə idi, iddiaçının həmin hissəsə iddia tələbi uğurlu ola bilərdi. İddiaçının iddia tələbi rədd edildiyi üçün, müdafiəçiyə ödədiyi pul tələbinin cavabdehdən tutulması barədə olan hissədə də təmin olunmamalıdır. Bundan başqa nə Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)- 759/2023 saylı qətnaməsində, nə iddia ərizəsində, nə də ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində göstərdiyi hallar öz əksini tapmamış və bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 10000 manat dəyərində mənəvi zərər tələbi təmin olunmamalıdır. Belə ki, İddiaçı Sadiq oğlu Cavabdeh1 hərəkətləri nəticəsində xəstələndiyini, “nevroz” xəstəliyinə tutulduğunu, bu haqda sübutların olduğunu bildirsədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “18859.67 manat əsas borcun və 146.58 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi, hüquqi yardım üçün tələb edilmiş ümumilikdə 470 manat məbləğ təmin edilməməli, həmin məbləğ İddiaçı Sadiq oğlunun özünə aid edilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Sadiq oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “18859.67 manat əsas borcun və 146.58 manat dövlət rüsumunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar