Məhkəmə qərarları › İş №2(029)-33/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-33/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-33/2025 15.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ müdafiə olunmaqla əmlakın boşaldılması, əmlakdan çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ müdafiə olunmaqla əmlakın boşaldılması, əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulması, Cavabdeh həmin üst tikilidə olan əşyalarının onun özü tərəfindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda iddia tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulması, Cavabdeh həmin üst tikilidə olan əşyalarının Cavabdeh tərəfindən çıxarılaraq həmin tikilinin tamamilə boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası RX seriyalı ******* nömrəli çıxarışla Cavabdeh məxsus olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış binasını başqa bir şəxsdən alqı-satqı müqaviləsi əsasında satın almış, qeyri-yaşayış binasını alan zaman çıxarışla bir mərtəbəli olsa belə, faktiki olaraq iki mərtəbəli bina olmuşdur. Belə ki, Cavabdeh əvvəl olan mülkiyyətçi əvvəlcə bir mərtəbəli qeyri-yaşayış binasına çıxarış alsa da, sonradan həmin binanın üzərində əşyaların qoyulması üçün yardımçı ikinci mərtəbəni inşa etmiş, lakin həmin yardımçı sahəyə Dövlət reyestrindən çıxarış almamışdır. Həmin binanı sənədlə bir mərtəbəli, amma faktiki olaraq iki mərtəbəli vəziyyətdə Cavabdeh satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2021 saylı icra sənədinə əsasən Cavabdeh, X6, X2 və X1 pulun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, pulun ipoteka predmeti olan Qusar şəhəri Müqtədir (indiki Zərifə Əliyeva) küçəsində istifadədə olan 0,0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq həracda satılması, əmlak satıldıqdan bir ay sonra Cavabdeh həmin qeyri-yaşayış binasından çıxarılması, qeyri yaşayış binasının boşaldılması qət edilmişdir. Bundan sonra Qusar rayon İcra şöbəsinin sifarişi əsasında 15 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin təşkil etdiyi Hərracın Yekunları barədə 071 nömrəli protokola əsasən qeyri-yaşayış binasını o, hərracdan 18700 manata almışdır. Hərrac mərkəzinə isə beh olaraq 935 manat məbləğində pul ödəmişdir. Hərrac yekunlaşdıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan qeyri-yaşayış binasını o, öz adına qeydiyyatdan keçirmişdir. Halhazırda həmin qeyri-yaşayış binası onun mülkiyyətində olmaqla binadan təyinatı üzrə istifadə edir. Lakin, Cavabdeh məhkəmə qətnaməsi icra olunduqdan sonra ona məxsus qeyri-yaşayış binasının üst yardımçı tikilisində olan əmlaklarını saxlamış, oranın qapısını qıfıllamış, arada gəlib qapını açır, sonra isə qıfıllayıb gedir. O, dəfələrlə cavabdehə həmin tikilidə olan əşyalarını aparmasını və oradan istifadəyə son qoymasını bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Hesab edir ki, Cavabdeh həmin hərəkətləri ilə onun mülkiyyət hüququna müdaxilə edir, qanuni əsaslarla əldə etdiyi əmlakdan sərbəst şəkildə istifadə etməyinə maneçilik törədir. Belə ki, yuxarıda qeyd etdiyi kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyriyaşayış binası qanuni əsaslarla mülkiyyətinə keçmiş, həmin binanın üst yardımçı tikilisi isə onun sahibliyinə və istifadəsinə keçmişdir. Çünki, hərrac yolu ilə satın aldığı qeyri-yaşayış binasının üst tikilisi müstəqil tikili olmamaqla satın aldığı qeyri-yaşayış binasının tərkib hissəsidir və həmin binanın yardımçı sahəsidir, müxtəlif əşyaların yığılması üçün inşa edilmişdir. Başqa sözlə, üst tikili hazırda onun mülkiyyətində olan əsas binanın təyinatı üzrə istifadəsi üçün nəzərdə tutulmuş tikilidir və üst tikiliyə istifadə hüququ məhz əsas binanın mülkiyyətçisinə məxsusdur. Bununla da, hazırda onun həmin binanın üst tikilisinə subyektiv əmlak hüququ var, həmin tikiliyə mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması üçün hər hansı hüquqi maneə yoxdur. Hazırda o, mülkiyyətində olan qeyri-yaşayış binasının istifadəsi üçün zəruri olan əşyalarını həmin üst tikiliyə yığmaq istəyir, lakin Cavabdeh həmin tikilidən istifadə etməsi və əmlaklarını orada saxlaması buna mane olur. Cavabdeh mülkiyyətində olan qeyriyaşayış binasının yardımçı üst tikilisindən istifadə etməsinə son qoyulmalı, həmin şəxs tərəfindən həmin tikilidə olan əşyalar çıxarılmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı ərazisində yerləşən 0.00245 ha ticarət təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 20.4 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2(105)-271/2021 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən görünür ki, Qusar rayon məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının likvid dəyəri 22.000 (iyirmi iki min) manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh, X6, X4 və X1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 250 (iki yüz əlli) manat "xxxx" MMC-nin ("xxxx" ASC, cari hesab: AZ53PAHA********************) hesabına keçirilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC Hərracın Yekunları barədə 071 saylı Protokolun surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının tam dəyəri 22000 (iyirmi iki min) manat, İpoteka haqqında Azərbaycan Respublikası qanununun 43.5 maddəsinə əsasən 15 % endirimlə 18700 (on səkkiz min yeddi yüz) manat təyin edilmiş, həmin əmlak İddiaçı tərəfindən 18700 (on səkkiz min yeddi yüz) manata satın alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 5-ci sualları üzrə: Tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığnı, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil etdiyi və 2-ci mərtəbənin qeyriyaşayış binasının tərkib hissəsi olduğu hesab edilir. Qərardadın 2-ci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74- 06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsi ilə bağlı Cavabdeh adına hər hansı hüquqmüəyyənedici sənədlər mövcud olubolmaması ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğu üçün bu sual üzrə tədqiqat aparılmır. Qərardadın 3-cü sualı üzrə: Tikililərin inşa olunma müddətini müəyyən etmək üçün metodika olmadığı üçün bu sual üzrə tədqiqat aparılmır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Qusar rayon Məhkəməsinin hesabına 100 (yüz) manat ödəniş edilmişdir. İşdə olan Vəkil ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İstiqlal vəkil Bürosunun hesabına 400 manat pul məbləği ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri yaşayış binası RX seriyalı ******* nömrəli çıxarışla Cavabdeh məxsus olmuşdur. Cavabdeh həmin qeyri-yaşayış binasını başqa bir şəxsdən alqı-satqı müqaviləsi əsasında satın almış, qeyri-yaşayış binasını alan zaman çıxarışla bir mərtəbəli olsa belə, faktiki olaraq iki mərtəbəli bina olmuşdur. Cavabdeh əvvəl olan mülkiyyətçi əvvəlcə bir mərtəbəli qeyri-yaşayış binasına çıxarış alsa da, sonradan həmin binanın üzərində əşyaların qoyulması üçün yardımçı ikinci mərtəbəni inşa etmiş, lakin həmin yardımçı sahəyə Dövlət reyestrindən çıxarış almamışdır. Həmin binanı sənədlə bir mərtəbəli, amma faktiki olaraq iki mərtəbəli vəziyyətdə Cavabdeh satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2021 saylı icra sənədinə əsasən Cavabdeh, X6, X2 və X1 pulun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, pulun ipoteka predmeti olan Qusar şəhəri Müqtədir (indiki Zərifə Əliyeva) küçəsində istifadədə olan 0,0024 ha torpaq sahəsində xüsusi mülkiyyətli 1 mərtəbəli, ümumi sahəsi 20,4 kv.m olan ticarət təyinatlı qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın açıq həracda satılması, əmlak satıldıqdan bir ay sonra Cavabdeh həmin qeyri-yaşayış binasından çıxarılması, qeyri yaşayış binasının boşaldılması qət edilmişdir. Bundan sonra Qusar rayon İcra şöbəsinin sifarişi əsasında 15 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin təşkil etdiyi Hərracın Yekunları barədə 071 nömrəli protokola əsasən qeyri-yaşayış binasını İddiaçı hərracdan 18700 manata almışdır. Hal-hazırda həmin qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmaqla binadan təyinatı üzrə istifadə edir. Lakin, Cavabdeh məhkəmə qətnaməsi icra olunduqdan sonra İddiaçı məxsus qeyri-yaşayış binasının üst yardımçı tikilisində olan əmlaklarını saxlamış, oranın qapısını qıfıllamış, arada gəlib qapını açır, sonra isə qıfıllayıb gedir. İddiaçı dəfələrlə cavabdehə həmin tikilidə olan əşyalarını aparmasını və oradan istifadəyə son qoymasını bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İş materiallarından görünür ki, iddia tələbində göstərilən xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsi, iddiaçıya mülkiyyət hüququ ilə təsdiq olunan əmlakla bağlılıq təşkil edir. Bu hal, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 10/6035 nömrəli ekspert rəyindən də görünür ki, tədqiq olunan qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin 1-ci mərtəbənin üzərində və bir dam örtüyü altında yerləşdiyini, eləcə də tikinti işlərinin faktiki aparılma ardıcıllığnı, hörgü daşlarının bir-birinə bağlantılı şəkildə olduğunu və sonluqların kəsilmədiyini (və ya sökülmədiyini) nəzərə alaraq alt və yuxarı mərtəbələr konstruktiv elementlərinə görə vahid tikili təşkil edir, 2-ci mərtəbənin qeyri-yaşayış binasının tərkib hissəsi olduğu hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçının pozulmuş mülkiyyət hüququ müdafiə olunmaqla bərpa edilməli, cavabdeh qanunsuz istifadə etdiyi həmin tikilidən çıxarılmalı və həmin tikili iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmaldır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 fevral 2025ci il tarixli 10/6035 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 148.1 və 148.2.-ci maddələrinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir;Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulmalı, Cavabdeh həmin üst tikilidə olan əşyaları Cavabdeh tərəfindən çıxarılaraq həmin tikili tamamilə boşaldılmalıdır. İddia tələbi təmin olunduğu üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 fevral 2025ci il tarixli 10/6035 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********74-06301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üst yardımçı sahəsindən istifadə olunmasına son qoyulsun, Cavabdeh həmin üst tikilidə olan əşyaları Cavabdeh tərəfindən çıxarılaraq həmin tikili tamamilə boşaldılsın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu və 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 fevral 2025ci il tarixli 10/6035 saylı rəyi üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar