Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-35/2023 24.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair ilkin iddiası və ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətə qarşı törədilən qəsdə son qoyulmasına, 16 ədəd akasiya ağaclarının kəsilməsinə maneə törədilməsinə, darvaza arxasında zəbt etdiyi yol kənarındakı torpaq sahəsinin boşaldılmasına, beton divarın arxasında yerləşən hasarın yerinə qaytarılmasına və tökülmüş zibillərin götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı Səlaməddin oğlunun iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh Abdulamanaf oğlunun iddia tələblərinin tam təmin edilərək hasarın dibində ara məsafəsi gözləmədən tikilmiş ilkin İddiaçı məxsus qanunsuz tikililərin sökülməsi, həyətində olmuş akasiya ağaclarının qanunsuz kəsilmə tələbi ilə vurulmuş ziyana görə cavabdehlər İddiaçı Səlaməddin oğlu, Qusar rayonu Avaran kənd Bələdiyyəsi, Qusar Avaran kənd ərazi dairəsi tərəfindən vurulmuş 35.000 manat birgə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Qusar rayonun Avaran kəndində 0.32 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında ona və ailəsinə məxsusdur. Cavabdehin evi və həyətyanı torpaq sahəsi qonşuluğunda yerləşir. Ona məxsus həyətyanı torpaq sahəsi cavabdehin torpaq sahəsindən şaxlardan düzəldilmiş hasarla ayrılır. Hasarın arxası boyu, ona məxsus həyətyanı torpaq sahəsində akasiya ağacları çıxmışdır. Həmin akasiya ağacları balaca olduğu dövrdə bir neçə ədədi onun tərəfindən kəsilmişdir. Hazırda çəpər boyunca 16 ədəd yaşı 40-50 ildən artaq olan akasiya ağacları qurumuş vəziyyətdə qalmışdır. Həmin akasiya ağacları yaşayış evinə real təhlükə yaratdığı üçün, o, həmin ağacları kəsmək qərarında gəlmiş, lakin cavabdeh aralarındakı hasarın öz tərəfindən quraşdırıldığını əsas tutaraq, ağacların kəsilməsinə müxtəlif maneələr törədərək, onunla mübahisəyə başlamış, aralarında bir neçə dəfə müxtəlif münaqişələr olmuş, nəticədə həmin ağacları kəsə bilməmişdir. 2019-cu ilin sentyabr ayında Avaran Bələdiyyəsinə müraciət edərək, həyətyanı torpaq sahəsinə baxış keçirilməsini, akasiya ağaclarının vəziyyəti barəsində müvafiq arayış verilməsini xahiş etmişdir. 03 sentyabr 2019-cu il tarixdə Avaran Bələdiyyəsinin sədri X15, Avaran kənd sakini X3 iştirakı ilə həyətyanı sahəyə baxış keçirərək, müvafiq akt tərtib edilmiş, akt həmin şəxslər tərəfindən imzalanmış, aktda 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə yaratdığı barədə qeyd aparılmışdır. 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə yaratdığını Qusar rayon Avaran Bələdiyyəsinin 05 oktyabr 2019-cu il tarixli 26 saylı və Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyinin 18 avqust 2020-ci il tarixli 327 saylı arayışları ilə təsdiqlənir. Onun mülkiyyətində olan həyətyanı torpaq sahəsində bitmiş 16 ədəd akasiya ağaclarının yaşayış evinə təhlükə törətməsi iddia əlavə olunan 6 ədəd fotoşəkillərlə təsdiqlənir. Avaran Bələdiyyəsinin sədri X15 cavabdehə ağacların onun tərəfindən kəsilməsinə maneə olmamağına təklif etsə də, həmin təklifə məhəl qoymayaraq növbəti dəfə onunla yersiz mübahisəyə başlamış, ağaclar onun çəpərinin yanında olduğunu bəhanə edərək kəsməyə icazə verməmişdir. Bundan əlavə cavabdeh evinə gələn yolun həyətyanı torpaq sahəsinin darvazasının böyründən yolun bir hissəsini özbaşına tutaraq (zəbt edərək) müxtəlif kol-kosla yığaraq, normal avtomaşın hərəkətinə maneə törətmiş, darvazasının arxasındakı kol-kosların və özü tərəfinədn həmin əraziyə tökülən zir-zibilin yığışdırılmasından qəti imtina etmişdir. Həyətyanı torpaq sahəsində cavabdehlə aralarında olan hasardan aralı onun tərəfindən beton divar inşa edilmiş, divarın arxasında qalan boş yer də cavabdeh tərəfindən zibilliyə döndərilmişdir. Bütün divar boyunca digər istiqamətlərə qonşularına məxsus torpaq sahələrinə cavabdeh tərəfindən zir-zibil tökülmüşdür, lakin qonşular cavabdehə bir neçə dəfə irad tutsalar da, sonuncu onların da qanuni tələblərini rədd etmiş, hasarların altına tökülmüş zibillərin götürülməsindən imtina etmişdir. 29 avqust 2019-cu il tarixdə onun tərəfindən Qusar rayon Məhkəməsinə müvafiq ərizə yazılmış, ərizədə cavabdehlə aralarında münasibətlər göstərilmiş, onun əməlləri barəsində qeyd edilmiş, lakin ərizə qanunla tələb olunan iddia formasında olmadığından tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehdən bir neçə dəfə 16 ədəd akasiya ağaclarının yaşayış evinə real təhlükə yaratdığı üçün, həmin ağacların kəsilməsinə qarşə törədilən qəsdə, maneələrə son qoyulmasına, darvazasının böyründə zəbt etdiyi yolun açılmasına, həmin yola yığdığı kol-kosların götürülməsini, həmçinin həyətyanı sahəsində inşa edilmiş, beton divarın arxasından çəkilmiş, hasarın əvvəlki vəziyyətdə bərpa edilməsinin və divarın arxasında yığılmış zibillərin götürülməsini tələb etmişdir. Lakin, cavabdeh tərəfindən bu cür hərəkətlər davam etdirildiyi üçün, onun hərəkətlərinə məhkəmə vasitəsilə son qoyulmasını məqsədəmqüvafiq sayır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı mülkiyyətə qarşı qəsdə son qoyulmasını, 16 ədəd akasiya ağaclarının kəsilməsinə şərait yaradılmasına, beton divarın hasarının sökülməsi və zibillərin götürülməsinə dair ona qarşı əsassız iddia tələbi irəli sürmüşdür. Qarşılıqlı iddiasının verilməsinin yaranmasının əsasları üçün bu işdə əldə etdiyi sənədlərin təhrif olması və işin həqiqi halları ifadə etməyən ilkin iddiaçının birtərəfli maraqlarını ifadə edən sənədlərdən ibarətdir. İddia ərizəsində ilkin iddiaçı göstərir ki, onun qonşusu Cavabdeh artıq 1 əsrdən artıq istifadəsində olduğu belə ki, hasarın özünə məxsus həyət hissədə əkilmiş, təxminən 80 yaşdan yuxarı olan ağacları kəsməklə həmin hasarı ara məsafə gözləməməklə özünün tikdiyi tikintilərə maneə yaradır. Belə ki, əldə edilən sənədlərdən görünür ki, ilkin İddiaçı həyətyanı sahəsi 1988-ci ilin qeydiyyat vəsiqəsinə əsasən 25 sot təşkil edir. Cavabdeh həyətyanı sahəsi atası represiya qurbanı (arayış № 07/2772) Sovet hakimiyyəti gəldiyi zaman evi 3 dəfə müsadirə olmaqla (müsadirə olunmuş protokolun surəti) evi ilə birgə torpaqları da müsadirə olunmuşdur. X27 Heydər Əliyevin rəhbərliyi ilə 1996-cı ildə dövlət islahatı zamanı, sonra Qusar rayonu Avaran kənd Aqrar İslahat Komissiyasının 1997-ci il 11 dekabr 17/2 saylı qərarı ilə islahat apararkən 90% kənd camaatı, o cümlədən İddiaçı və s. olmaqla zəbt olunmuş torpaqlar vardır. Həyətyanı sahəsi 65 sota çevirib 35 sot torpaq hər subyektə əlavə olunub bəxş olunmuşdur. Hələ də davam edən Aqrar İslahat zamanı kənd camaatına düşən Avaran Qışlaqdan 35 hektar bağ sahəsi bölgüyə salmayıb, onun bələdiyyə sədri Hacıbala müəllim Mucuq kəndinə odun kimi sataraq mənimsəmişdir. 35 hektar bağ sahəsi Aqrar İslahat komissiyasından gizlədilib. Bu barədə də, arxiv sənədləri var. Aqrar islahatı zamanı onun ailəsinə də bəxş olunmuş 35 sot həyətyanı torpağın harda olmağı sual altındadır. Cavabdeh əmlakı o vaxtdan əmlak hüquqlarını pozaraq talana-talana bu günə kimi İddiaçı kimilər əmlakına ziyan yetirməkdə davam edir. 11 dekabr 1997-ci il tarixli qərarı əsasında 25 sot təşkil edir. Cavabdeh tərəfindən X13 rayon X16 Abdulladan həyətyanı sahəsində əkdiyi ağacların kəsilməsinə dair qanunsuz tələblər rədd edilmiş və ona izah edilmişdir ki, bu ağaclar qiymətli sərvətdir və ekoloji sərvət kimi onun həyətinə heç bir maneə yaratmır, lakin o bu qanunsuz tələblərini dayandırmır, əsassız olaraq məhkəmələrə müraciət etmişdir. İlkin iddiaçı Cavabdeh tikdiyi hasara bitişik tikililər onun hasarından ara məsafəsi gözləməklə tikməli olduğu halda və tikinti normalarını qəsdən bilərəkdən pozmuşdur. Hesab edir ki, İddiaçı əməlində qanunla cinayət tərkibi, cinayət təqidi və ya inzibati təqid yaradan tikinti normalarına aid hüquq pozuntularının qəsdən törədilməsi əməli olduğu üçün həmin hissədə prokurorluğa məlumat verməklə araşdırılma aparılmalıdır. Belə ki, qonşunun onun qanuni torpaq sahəsinə müdaxiləsi və ondan öz həyətindəki ağacların cavabdehlər həm bələdiyyə həm də icra nümayəndələri tərəfindən tələb edilməsi qanunsuz əmlak toxunulmazlığına müdaxilə kimi qiymətləndirilməlidir və cavabdehlər tərəfindən ona vurulmuş bu ziyana görə ən azından 16 dan çox ağac olduğunu nəzərə alaraq hər ağac üçün 3.000 manatdan yuxarı olduğunu nəzərə alsaq 50.000 manata yaxın kompensasiya ödənilməlidir. İddiaçı tərəf ilkin iddiasında göstərir ki, İddiaçı onun hasarının sərhəddində heç bir ara məsafə saxlamadan tikinti aparmışdır. Sənədlərdən görünür ki, məhz həmin iddia etdiyi tikililər qanunsuz tikilmişdir və onlar onun öz hesabına sökülməli başqa yerə köçürülməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, çəpərin arxasında 1974-1975-ci illərdə mövcud olmuş akasiya ağacları var. Bu ağaclardan ötrü dəfələrlə bələdiyyəyə də şikayət etmiş, icra nümayəndəliyinə də, Ekologiya İdarsinə, polisə və prokurorluğa da şikayət etmişdir. Təxminən 1999-2000-ci illərdə icra nümayəndəsi prokurorluğa şikayət etdi ki, belə ağaclar var və cavabdeh tərəf onun evinin və ailəsi üçün təhlükə törədir, bu ağaclar kəsilməlidir. Prokuror müavini şəxsən gəlib baxış keçirdi və dedi ki,bu ağaclar kəsilməlidir. O vaxtı çəpərdə 8 ədəd ağac var idi. Cavabdehin nümayəndəsi atasına da dedi ki, kimin olmasında asılı olmayaraq bu ağaclar kəsilsin. Cavabdehdə demişdir ki, “bu ağaclar ona lazım deyil, bunlar çəpərdən çıxmış ağaclardır”. Sonra prokuror o vaxtki sahə müvəkkilliyi Rüfət müəllimlə gəlmiş və o ağaclardan həmin gün 4-ü kəsilmişdir. Cavabdeh və cavabdehin kiçik qardaşı əl mişarı ilə ağacları kəsdilər. Sonra prokuror demişdir ki, bu çəpərdəki digər ağaclar da kəsilməlidir. Sonra prokuror müavini başqa yerə getdiyindən bu məsələ indiyə kimi qalmışdır. 1.5 diametrliyində ağaclar hələ də qalıb və kəsilən ağacların yerində çıxan ağaclar onun evinin divarına dirənib qalıb. Sonra o, divarın tikilməsi ilə əlaqədar cavabdehin nümayəndəsinin anasını, atasını və Mehdini çağırıb deyib ki, “indiyə kimi aralarında dava-dalaş olub, indi o, buradan beton divar çəkir onların etirazı varmı?” Dedilər ki, “yox, buradan, ara məsafəsi saxlamaqla çək”. Onda bütün sənədlər var. Sonra o, 2-ci mərtəbəni qaldıranda bunlara düşən tərəfdən 4 pəncərə açdı. Cavabdehin nümayəndəsinin atası demişdir ki, “bu pəncərələrdən ikisini bağla”. Bundan sonra o, 4-nü də bağladı. Daha sonra aradaki çəpər də aradan qalxdı, onun divarını da qatmışdır öz çəpərinə. Bu məsələ haqqında prokurorluğa da polisə də yazmışdır, gəlib baxıblar, lakin bir nəticə əldə edə bilməyiblər. İcra nümayəndəliyi ilə bələdiyyə də dəfələrlə gəliblər, lakin məsələ öz həllini tapmayıb. Qarşı tərəf onun darvazasının yolunu kəsmişdi, o, məcbur olub darvazasının yerini dəyişmişdir. Tələbi ondan ibarətdir ki, ağaclar kəsilsin, çəpər evinin divarından götürülsün, öz ərazisinə qoyulsun. Həmin ağaclar onun həyətinin ərazisindədir. Ağacların onun ərazisində olması barədə sübutu ondan ibarətdir ki, bu barədə Bələdiyyə orqanı tərəfindən verilmiş arayış mövcuddur. İddia tələbində qeyd etdiyi ərazi məhəllə yoludur. O ərazini cavabdeh tərəf zəbt etmişdir. Darvaza arxasındaki ərazi ona məxsusdur. Darvazanın yeri əvvəl başqa yerdə idi, hazırda həmin yeri dəyişmişdir. İddia ərizəsində qeyd olunan darvaza arxasında zəbt etdiyi yol kənarındakı torpaq sahəsinin boşaldılması ərizəsini 2019-cu il 29 avqust tarixində yazmışdır. Bu 5 il ərzində çox şeylər dəyişib. Bu tələbindən imtina edir. Beton divarın arxasında yerləşən hasarın yerinə qaytarılmasına dair tələbində onun evinin divarını cavabdeh tərəf öz çəpərinə salıb. Bunlarla bağlı sübütu odur ki, bələdiyyədən də, polisdən də gəlib baxıblar. Cavabdeh tərəf divarın dibini zibillə doldurublar. İndi hal hazırda zibilin üstünü torpaqla doldurublar, divarın dibindən də kartof əkiblər. İddiasının bu hissəsini müdafiə edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, o, atasının iddia üzrə nümayəndəsidir. Onun 48 yaşı olsa da, bu dava 40 ildən çoxdur ki, davam edir. Onlar uşaq olarkən atası Rusiyaya getmişdir, Batman da bundan istifadə edərək çəpəri irəli çəkmişdir. Batman onlar uşaq olanda anasının üzərinə balta ilə gəlmişdi. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilməmişlər. Onlarda çəpər daşdan olmadığından atası 16 ədəd akasiya ağaclarını çəpər kimi əkmişdi. Bu ağacların 80-ə yaxın yaşı var. 1997-ci ildə Batman onların sahəsinə girərək özünə 1 otaq tikib. İddiaçı 16 ədəd akasiya ağacını kəsərək atasına külli miqdarda ziyan vurub. Batman oradaki ərazini zəbt edərək ev tikib. Batmanın dediyi çəpərarxası yer atasının şəxsi mülküdür. Ara məsafəsinin gözlənibgözlənilməməsini onunla əsaslandırmışdır ki, akasiya ağacının 80 yaşı var və həmin ağaclar onların evinin içindədir. Akasiya ağaclarının 35 min manat dəyərində qiymətləndirilməsini onunla əsaslandırmışdır ki, onlar vəkillə məsləhətləşəndə hər ağaca görə 3 min manatdan hesablandı. Ağacların dəyərini onlar qiymətləndirmişlər. Onlara demişdirlər ki, bu ağacların qiyməti 3 min manatdan yuxarıdır. Tikilən otaq ya sökməlidir ya da geri çəkməlidir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehlər Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayonu Avaran kənd İcra Nümayəndəliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, işdə olan Qusar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyat idarəsi tərəfindən verilmiş 27 dekabr 2001-ci il tarixli 337 reyestr nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar rayonu Avaran kəndində yerləşən ümümi torpaq sahəsi 25000 kvadrat metrdən ibarət olan və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli, yaşayış sahəsi 33,0 kvadrat metr, ümumi sahəsi 66,0 kvadrat metr olan yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İşdə olan KOD 30103018 JN-048F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran kəndində yaşayan İddiaçı, X4 və X9 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan KOD ******* JN-157F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran kəndində yaşayan Cavabdeh, X7 və X1 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-7069/2023 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, JN:048F KOD 30103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X12ma, X10 mülkiyyətinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.366 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN:048F KOD 30103018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 1-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır. JN-157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh Abdulman oğlunun, X7, X5 mülkiyyətlərinə verilmiş Qusar rayon Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.388 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN- 157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 2-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır. Qeyd: JN:048F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı, X6, X10 mülkiyyətinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən torpaq sahəsində faktiki 0.046 ha artıq torpaq sahə mövcuddur, lakin mövcud uyğunsuzluğa görə həmin artıq torpaq sahəsinin dəqiq hansı hissədə olması müəyyən etmək mümkün deyildir. JN-157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh Abdulman oğlunun, X7, X5 mülkiyyətlərinə verilmiş Qusar rayon Avaran kəndində yerləşən torpaq sahəsində faktiki 0.138 ha artıq torpaq sahə mövcuddur, lakin mövcud uyğunsuzluğa görə həmin artıq torpaq sahəsinin dəqiq hansı hissədə olması müəyyən etmək mümkün deyildir. Müqayisə etmək üçün yerquruluşu planından müvafiq sxem əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4933 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, JN:048F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İddiaçı, X8, X10 mülkiyyətinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən 0.32 hektar həyətyanı torpaq sahəsinin naturada, ölçüsü 0.366 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN:048F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 1-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, JN:157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh Abdulman oğlunun, X7, X2 mülkiyyətlərinə verilmiş Qusar rayonu Avaran kəndində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.388 hektar təşkil edir, lakin torpaq sahəsinin faktiki istifadə vəziyyətinin yəni konfiqurasiyasının torpaq sahəsinə verilmiş JN-157F KOD 30103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgidəki konfiqurasiyası ilə müqayisədə kəskin fərq olduğundan 2-ci bənddə qeyd olunan digər sualları cavablandırmaq mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək təqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4933 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Qusar rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(029)-35/2023 saylı qərardadı ilə İddiaçı ərizəsi əsasında, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair iddianın darvaza arxasında zəbt etdiyi yol kənarındakı torpaq sahəsinin boşaldılması hissəsində icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X14 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 21.1, 21.2. 21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Həmin Məcəllənin 1091, 1091.2.-ci maddələrinə əsasən əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İlkin iddia üzrə İddiaçı Səlaməddin oğlu ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi hallar məhkəmə təqdidatının gedişində hər hansı sübutlarla təsdiq olunmamışdır. Odur ki, məhkəmə İddiaçı iddia tələbləri üzrə dəlilləri ilə razılaşmarayaq hesab edir ki, həmin şəxsin iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar hər hansı sübutlarla təsdiq olunmamış, bu səbəbdən də qarşılıqlı iddia tələbləri də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 iyul 2023cü il tarixli 10/4933 saylı rəy üzrə ekspertiza xərci 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X11, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsdə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qusar rayon Avaran kənd Bələdiyyəsinə və Qusar rayon Avaran kənd İcra Nümayəndəliyinə qarşı qanunsuz tikilinin sökülməsi və dəymiş ziyan tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin İş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X11, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-35/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-35/2023
24.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver