Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-391/2021 29.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 28.10.1997-ci il tarixdə ölməsi barədə Qusar rayon İHB-nın Həzrə kənd İƏN-də 30.10.1997-ci il tarixdə 15 nömrə ilə aparılmış qeydin düzgün olmamasının müəyyən edilməsi və həmin qeyddə düzəliş edilməklə Ərizəçi əvəzinə X18, ölüm tarixinin 28 oktyabr 1997-ci il əvəzinə 10 fevral 1997-ci il qeyd edilməklə bu barədə ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1996-cı il tarixdə Qusar rayonu Kirig kəndində anadan olmuşdur. X1 ondan başqa əkiz qardaşı X18 da doğulmuş və həmin şəxs 10 fevral 1997-ci il tarixdə vəfat etmiş, Qusar rayonu Kirig kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, Qusar rayon İHB-nın Həzrə kənd İƏN-də bu barədə aparılan qeydiyyatda səhvən mərhum X3 əvəzinə onun adı qeyd edilməklə ölümün 28 oktyabr 1997-ci il tarixdə baş verdiyi və ölüm haqqında akt qeydinin tarixi 30 oktyabr 1997-ci il göstərilmişdir. Həmin qeydiyyatda düzəlişlərin edilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət edildikdə 10 oktyabr 2020-ci il tarixli 05/Q-204/15 saylı məktubla həmin düzəlişin aparılmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. X3 10 fevral 1997-ci il tarixdə vəfat etməsi və Qusar rayonu Kirig kənd qəbiristanlığında dəfn edilməsi ərizəsinə əlavə etdiyi sənədlərlə tam sübuta yetirilir. Ərizəçi və onun nümayəndəsi X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə ərizələr göndərərək ərizəni müdafiə etdiklərini, şəxsi işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini göstərmişlər və işə onların iştirakları olmadan baxıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, şöbənin rəisi Adıgözəl Mövlanov məhkəməyə ərizə göndərərək ərizəni qəbul etdiyini, ərizənin təmin edilib-edilməməsini məhkəmənin öz mülahizəsinə buraxdığını, xidməti işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxıb iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29.04.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, X15 və X22 xx xxx 1996-cı il tarixdə anadan olmuşlar və hər iki şəxsin ataları X10, anaları X4 olmaqla əkizdirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17.02.2021-ci il tarixli İV-JQ 473979 saylı ölüm haqqında arayışdan görünür ki, Ərizəçi 28.10.1997-ci il tarixdə ölməsi qeyd edilmişdir. İşdə olan Qusar rayon İHB-nın Həzrə kənd İƏN tərəfindən verilmiş 14.10.2020-ci il tarixli 1188 saylı arayışdan görünür ki, Ərizəçi Qusar rayonu Kirig kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşdə olan 08.02.2014-cü il tarixdə Qusar RPŞ tərəfindən verilmiş Ərizəçi məxsus Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1996-cı il tarixdə Qusar rayonu Kirig kəndində anadan olmuş və həmin kənddə yaşayır. İşdə olan Qusar rayon İHB-nın Həzrə kənd İƏN tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 1200 saylı arayışdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X19 10.02.1997-ci il tarixdə vəfat etmiş və Kirig kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan X11, X10, X4, X23, X7, X5 və X13 tərəfindən tərtib edilmiş və Qusar rayon İHB-nın Həzrə kənd İƏN tərəfindən təsdiq edilmiş 18 avqust 2020-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Kirig kənd sakini X6 xx.xx.1996-cı il tarixdə Ərizəçi və X18 adlı əkiz uşaqları doğulmuş və 10.02.1997-ci il tarixdə X18 vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 10.10.2020-ci il tarixli 05/Q-204/15 saylı məktubdan görünür ki, Qusar rayon İHB-nın Həzrə kənd İƏD üzrə Nümayəndəliyində Ərizəçi barədə səhv yazılmış 30.10.1997-ci il tarixli 15 saylı ölüm haqqında akt qeydinin ləğvi, kifayət qədər əsaslar olmadığı üçün qeyri-mümkündür. Bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxx 1996-cı il tarixdə Qusar rayonu Kirig kəndində anadan olmuşdur. Bundan başqa, həmin tarixdə həmin şəxsin İkram adlı əkiz qardaşı da doğulmuş və İkram adlı şəxs 10 fevral 1997-ci il tarixdə vəfat etmiş, Qusar rayonu Kirig kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin, Qusar rayon İHB-nın Həzrə kənd İƏN-də bu barədə aparılan qeydiyyatda səhvən mərhum X12 əvəzinə Ərizəçi adı qeyd edilmiş, ölüm tarixi isə səhvən 28 oktyabr 1997-ci il göstərilmiş, bu barədə 30 oktyabr 1997-ci il tarixli 15 saylı akt qeydi tərtib edilmişdir. Həmin hal ərizəçi tərəfindən təqdim edilmiş bir çox sənədlərlə tam təsdiq olunur. Bununla da, Ərizəçi ölümü haqqında 30.10.1997-ci il tarixli 15 saylı akt qeydinin düzgün olmaması müəyyən edilmişdir. Ölüm haqqında akt qeydində səhvən ərizəçinin adının göstərilməsi, o cümlədən ölmüş şəxsin ölüm tarixinin səhv qeyd edilməsi ərizəçi üçün müəyyən hallarda müxtəlif çətinliklər yaradır. Ərizəçi həmin səhvlərin aradan qaldırılması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 saylı qərari ilə təsdiq edilmiş «Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşliq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşliq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərildiyi hallarda edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşliq vəziyyəti aktlarinin qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqinda məhkəmənin qətnaməsi vətəndaşliq vəziyyəti aktlarinin qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, həmin şəxsin ölümü haqqında Qusar rayon İHB-nın Həzrə kənd İƏN-də tərtib edilmiş 30 oktyabr 1997-ci il tarixli 15 saylı aktda aparılmış qeyddə düzəliş edilməklə həmin akt qeydində ölmüş şəxsin “Ərizəçi” əvəzinə “X18”, ölüm tarixinin isə “28 oktyabr 1997-ci il” əvəzinə “10 fevral 1997ci il” kimi göstərilməklə yeni olüm haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ölümü haqqında Qusar rayon İHB-nın Həzrə kənd İƏN-də tərtib edilmiş 30 oktyabr 1997-ci il tarixli 15 saylı akt qeydində düzəliş edilməklə ölmüş şəxs kimi “Ərizəçi” əvəzinə “X18”, ölüm tarixi isə “28 oktyabr 1997-ci il” əvəzinə “10 fevral 1997-ci il” qeyd edilsin və X12 ölümü haqqında yeni şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-391/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-391/2021
29.04.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver