Məhkəmə qərarları › İş №2(029)-447/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-447/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-447/2023 21.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 və X1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0253 saylı, 30126028 kodlu Dövlət aktında göstərilən, Qusar rayonunun Yasaboba kəndi ərazisində yerləşən 5,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payını müəyyən etməklə payının naturada ayrılaraq istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda o, həmin iddiaya baxılmasını istəmir, iddia ərizənin baxılmamış saxlanmasını iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. İşi ilə əlaqədar 21 dekabr 2023-cü il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir işə onun iştirakı olmadan keçirməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər X2 və X1 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və üçüncü şəxslər X2 və X1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar