Məhkəmə qərarları › İş №2(029)-46/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-46/2021

17.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-46/2021 17.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN:0043 KOD 30103028 saylı Dövlət Aktı üzrə 1.57 ha pay torpaq sahəsindən payının 1/3 hissə həcmində müəyyən edilməsi və naturada ayrılaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunda o, cümlədən Avaran Qışlaq kəndində keçirilən aqrar islahatla əlaqədar olaraq Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.57 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən torpağa mülkiyyət hüququna dair JN:0043 KOD 30103028 saylı Dövlət Aktı verilmişdir. Cavabdeh1 ilə münasibətləri kəskinləşdiyi üçün 15.01.2003-cü ildə Qusar rayon məhkəməsində nikahları pozulmuşdur. Nikahları pozulduğu üçün ayrı yaşayırlar, ona görə də ümumi birgə mülkiyyətlərində olan 1.57 ha torpaq sahəsindən hər mülkiyyətçiyə düşən payın müəyyən edilməsini və həmin payın naturada ayrılmasını zəruri sayır. Cavabdehlərlə JN:0043 KOD 30103028 saylı Dövlət Aktı üzrə 1.57 ha pay torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması barədə aralarında hər hansı bir razılığa nail ola bilməmişlər, ona görə də payının naturada məhkəmə qaydasında ayrılması barədə iddia qaldırmağa məcbur olmuşdur. JN:0043 KOD 30103028 saylı Dövlət Aktı üzrə 1.57 ha pay torpaq sahəsinin 1/3 hissəsi 0.5233 ha təşkil edir. Yuxarıda qeyd etdiyi kimi cavabdehlərlə aralarında olan torpağın bölünməsi barədə hər hansı bir razılaşma yoxdur, ona görə də JN:0043 KOD 30103028 saylı Dövlət Aktı üzrə pay torpaq sahəsinin qanunvericilikdə müəyyən edilmiş qaydada bölünməsini zəruri sayır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Qusar rayonu Avaran Qışlaq kəndi ərazisindən 1.57 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN- 0043 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiqlənmişdir. İddiaçı, ailə münasibətləri pozulduğuna görə Cavabdeh1 ilə ayrılmış, tərəflər arasındakı nikah Qusar rayon Məhkəməsinin 15 yanvar 2003-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra iddiaçı ilə Cavabdeh1 birgə təsərrüfat aparmamış, ayrı yaşamışlar. Cavabdehlərlə JN-0043 KOD 30103028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1.57 ha torpaq sahəsinin bölünməsi və ondan payların ayrılması barədə aralarında hər hansı bir razılığa gələ bilməmişlər. Belə ki, həmin torpaq İddiaçı da mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən istifadə etməyə icazə verməmişlər. Bununla da, iddiaçının mülkiyyət hüquqları pozulmuş, torpaqdan aidiyyəti üzrə istifadə edə bilməmişdir. Ona görə də, hesab edir ki, Qusar rayonu Avaran qışlaq kəndində yerləşən həmin torpaq sahəsinin İddiaçı məxsus hissə müəyyən edilməli və naturada ayrılaraq İddiaçı verilməldir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, İddiaçı ilə 1988-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar, aralarındakı nikah 2003-cü ildə pozulmuşdur. Ayrıldıqdan sonra ona məxsus bütün əmlaklar iddiaçının evində qalmış, iddiaçıdan aliment də tələb etməmişdir. İddiaçı bu vaxta kimi uşaqlarına heç bir maddi yardım göstərməmişdir. Uşaqların qayğıları ilə özü təkbaşına maraqlanmışdır. Qusar rayonu Avaran qışlaq kəndində yerləşən torpaq sahəsinin harada olduğunu belə bilmir, torpaqdan iddiaçı istifadə etmişdir. Uşaqlara aliment ödəmədiyinin qarşılığı olaraq torpaq sahəsi onun və digər Cavabdeh2 mülkiyyətində qalmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Anası, iş üzrə digər Cavabdeh1 atası ilə ayrıldıqdan sonra, sonuncu, bu vaxta kimi onlarla maraqlanmamış, heç bir maddi yardım göstərməmişdir. Bu vaxta kimi həmin torpaq sahəsindən iddiaçı istifadə etmişdir. Torpaq onun və anası Cavabdeh1 mülkiyyətində qalmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:0043 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarına əsasən Qusar rayonu Avaran Qışlaq kəndində yaşayan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə 1.57 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İV 354037 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə anadan olmuşdur. X1, anası X5r. İşdə olan AB N005404 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki İddiaçı ilə Cavabdeh1 arasında nikah 15 yanvar 2003-cü il tarixdə 04 saylı akt qeydi ilə ləğv edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli C-14 saylı mütəxəssis rəyindən görünür ki, JN:0043 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 1.57 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin naturada ölçüləri 1.84 ha-dır. Həmin ölçülər hüququmüəyyənedici sənədlərə uyğun deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlardan olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, məhkəmə-torpaqşünaslıq ekspertizasının 04 may 2021-ci il tarixli 10/1712 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə -Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən JN:0043 KOD 30103028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 məxsus Qusar rayonu Avaran Qışlaq kəndində yerləşən 1.57 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin naturada ölçüləri 1.84 ha-dır. Həmin ölçülər hüququmüəyyənedici sənədlərə uyğun deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlardan olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 mart 2021ci il tarixli **********62 saylı məktubuna əlavə olunmuş smetadan görünür ki, 18 mart 2021ci il tarixli C-14 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri cəmi 100,70 (yüz manat yetmiş qəpik) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2021-ci il tarixli 10/1712 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli C-14 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 04 may 2021-ci il tarixli 10/1712 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərinə Qusar rayonu Avaran qışlaq kəndi ərazisindən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla JN:0043 KOD 30103028 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı özünün mülkiyyət payının müəyyən edilərək naturada ayrılıb onun ayrıca mülkiyyətinə verilməsini xahiş etmiş, lakin iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum rəyləri ilə torpaq sahəsinin naturada ayrılmasının həmin torpaq sahəsinə tənasübsüz zərər vurmadan mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997ci il tarixli 17/2 saylı qərarı ilə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərinə verilmiş Qusar rayonu Avaran qışlaq kəndi ərazisində yerləşən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması həmin torpaq sahəsinə tənasübsüz zərər vurmadan mümkün olmadığından İddiaçı torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçı tərəfin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 100,70 (yüz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payların ayrılması və naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 100,70 (yüz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar