Məhkəmə qərarları › İş №2(029)-46/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-46/2025

24.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-46/2025 24.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulması, həmin torpaq sahəsində tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklərin Cavabdeh qadağan edilməsi, Cavabdeh avtomobilinin ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ona məxsus olmaqla xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh Abduıməcid oğlu onun çəpər qonşusu olmaqla ünvan 2 ünvanda yaşayır. Artıq xeyli müddətdir ki, Cavabdeh onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən lazımi qaydada istifadə etməyinə, orada sərhəd hasarının çəkilməsinə mane olur. Eyni zamanda uzun müddətdir ki, cavabdeh özünün mülkiyyətində olan avtomobili onun evinin həyətində saxlayır ki, bu da, onun qanunla qorunan mülkiyyəti hüququnun pozulmasına səbəb olmuşdur. Dəfələrlə cavabdehdən bu maneçiliyə son qoyulmasını, həyətində olan avtomobili oradan götürməsini tələb etsə də, həmin şəxs buna məhəl qoymamışdır. Göründüyü kimi, Cavabdeh onun mülkiyyətində olan, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla dövlət tərəfindən tanınmış 0.04 ha torpaq sahəsinə qanunsuz müdaxilə etməklə, torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirməyə, yəni sərhəd hasarını çəkməyə mane olmaqla, o cümlədən öz avtomobilini ona məxsus torpaq sahəsində qanunsuz saxlamaqla onun qanuni mənafeyini, mülkiyyət hüququnu pozmuşdur. Odur ki, onun mülkiyyət hüququ müdafiə olunmaqla cavabdeh tərəfindən törədilən qəsdə son qoyulmalı, onun tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində sərhəd hasarının çəkilməsinə törədilən maneçilik həmin şəxsə qadağan edilməli, həmin şəxsə məxsus avtomobil həmin torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsi ona təhvil verilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia etdiyi həmin torpağa aldığı çıxarışın məhkəməyə təqdim etməsinə və həmin iş üzrə ekspertiza ayrılması və çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdr. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, iddia ərizəsində göstərilən torpaq sahəsinin ona məxsus olması rəsmi qaydada dövlət qeydiyyatına alınmış çıxarışla təsdiq olunduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş, iddia ərizəsində göstərilən torpaq sahəsinin ona məxsus olması barədə rəsmi qaydada dövlət qeydiyyatına alınmış çıxarışın olmadığını bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 dekabr 2024-cü il tarixli 3-21-3-34/2-18722/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Miçurin Camalovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin naturada faktiki 0.065 hektar ölçüdə təşkil edir. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin künc koordinatlarını fərdi yaşayış evinə verilmiş **********20-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna uyğun müəyyən edilməsi mümkündür. Naturada mübahisələndirilən fərdi yaşayış evinə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən İddiaçı məxsus 0.04 ha torpaq sahəsində yerləşir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 10/571 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Miçurin Camalovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 fevral 2014-cü il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin naturada faktiki 0.065 hektar ölçüdə təşkil edir. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin künc koordinatlarını fərdi yaşayış evinə verilmiş **********20-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna uyğun müəyyən edilməsi mümkündür. Naturada mübahisələndirilən fərdi yaşayış evinə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən İddiaçı məxsus 0.04 ha torpaq sahəsində yerləşir(məlumatlar cizgidə təsvir olunmuşdur). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli 10/571 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsus olmaqla xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən lazımi qaydada istifadə etməyinə, orada sərhəd hasarının çəkilməsinə mane olmuşdur. Eyni zamanda xeyli müddətdir ki, cavabdeh özünün mülkiyyətində olan avtomobili iddiaçının evinin həyətində saxlayır ki, bu da, iddiaçının qanunla qorunan mülkiyyəti hüququnu pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli 3-21-3-34/2-18722/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10 aprel 2025-ci il tarixli 10/571 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədənaidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə, cavabdehin etiraz ərizəsini əsassız hesab edir. Məhkəmə iclasında, cavabdeh öz izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən torpaq sahəsinin ona məxsus olması rəsmi qaydada dövlət qeydiyyatına alınmış çıxarışın olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh öz izahatına əsasən həmin torpaq sahəsinə hansısa mülkiyyət hüququ yoxdur, iddiaçının mülkiyyət hüququ pozur. Beləliklə, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulmalı, həmin torpaq sahəsində tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklərin Cavabdeh qadağan edilməli, Cavabdeh avtomobili İddiaçı məxsus torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10 aprel 2025-ci il tarixli 10/571 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri iddia təmin edildiyindən Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşməklə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüququna törədilən qəsdə son qoyulsun, həmin torpaq sahəsində İddiaçı tərəfindən sərhəd hasarının çəkilməsinə edilən maneçiliklər Cavabdeh qadağan edilsin, Cavabdeh avtomobili İddiaçı məxsus torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi İddiaçı təhvil verilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10 aprel 2025-ci il tarixli 10/571 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar