Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-503/2020 09.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 sədri x1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində 09 iyul 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 əvvəlki evin təmirinə çəkilmiş 5870 (beş min səkkiz yüz yetmiş) manat pulun və həmin torpaq sahəsində yeni tikilmiş evə və həyətdə aparılan abadlaşdırma işlərinə, hasar, darvaza, torpaq səthinin betonlaşdırılması və s. məqsədlər üçün çəkilən 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pulun və 30000 (otuz min) manat məbləğində mənəvi ziyana görə təzminatın, 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 mülkiyyətində olan və hazırda Cavabdeh2 tərəfindən mübahisə edilən yerdə yerləşdiyi ehtimal olunan boş torpaq sahəsini almamışdan qabaq o, həmin torpaq sahəsinin mülkiyyət növünü aydınlaşdırmaq üçün Cavabdeh1nə müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bu torpaq sahəsi boş olduğu üçün bələdiyyə mülkiyyətinə verilmiş və orada olan tövlə isə çiy kərpicdən olan qanunsuz tikilidir. Bundan sonra qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı o, Cavabdeh1nə müraciət etmiş və müvafiq orqanların rəyi alındıqdan sonra onunla bələdiyyə arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, torpağın dəyərini ödəmiş və bələdiyyənin 05 noyabr 2007-ci il tarixli 32 nömrəli qırarı ilə 0.28 hektar torpaq sahəsi ona satılmışdır. Cavabdeh2 əvvəlcə 2012-ci ildə bələdiyyəyə və onun anası B.Sultanovaya qarşı maddi ziyanla bağlı iddia qaldırmış, lakin həmin iddia tələbi təmin edilmədikdə hazırki yeni iddialarla məhkəməyə müraciət etmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra orada olan tövlənin yerində abadlaşdırma işləri aparmış və bu məqsədlər üçün 5870 (beş min səkkiz yüz yetmiş) manat məbləğində vəsait sərf etmişdir. Bundan başqa o, həmin torpaq sahəsində 1 mərtəbəli mişar daşından bir otaq, bir dəhliz, bir mətbəx və bir hamamdan ibarət yaşayış evi tikdirmiş, hasar çəkdirmiş və dəmir darvaza qoydurmuş, həyətə çınqıl tökdürmüş, daşqına qarşı arx və nöhur qazdırmış, evin çölünə beton tökdürmüş, qapının qarşısını hamarlatdıraraq beton, sement örtüyü çəkdirmiş, 23 ədəd meyvə ağacları alaraq əkmiş və digər xərcləri ödəmiş, bütün bunlara ümumilikdə 14850 (on dörd min səkkiz yüz əlli) nmanat vəsait sərf etmişdir. Bu müddət ərzində Cavabdeh2 bir dəfə də olsun həmin əraziyə gəlməmiş və bu torpaq sahəsinin, evin ona məxsus olduğunu bildirməmişdir. Yalnız tikinti işləri başa çatdıqdan və torpaq alqı-satqısından 5 il sonra, yəni 2012-ci ildə əvvəlcə pul, daha sonra isə torpağa dair sənədlərlə bağlı iddia qaldırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-82/2018 saylı Qərarı ilə Cavabdeh2 Cavabdeh1nə qarşı iddiası qismən təmin edilməklə bələdiyyənin 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı Cavabdeh2 məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. O və Cavabdeh1 həmin qərarla razı olmadıqları üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişlər, lakin Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli 2-1(105)-480/2018 saylı Qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla da razı olmadığı üçün Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 23 yanvar 2019-cu il tarixli 2-1(102)-169/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi İİK-nin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 ona qarşı 5870 (beş min səkkiz yz yetmiş) manat xərc çəkmiş olduğu yaşayış evinin geri tələb edilməsi ilə əlaqədar Qusar rayon məhkəməsində iddia qaldırmışdır və Qusar rayon məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi 11 fevral 2020-ci il tarixdə həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sadalanan xüsusatlar ona ziyanın hər iki cavabdehin təqsiri üzündən dəydiyini göstərir. Buna görə də, ona dəymiş ziyan hər iki cavabdehdən, yəni Cavabdeh1ndən və Cavabdeh2 alınaraq ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 sədri x3 iddianı Bələdiyyəyə aid hissədə qəbul etməyərək izahatında göstərdi ki, o, 2000-ci ildən Cavabdeh1 sədri işləyir. İddiaçı ona qarşı tələbi tamamilə əsassızdır. Belə ki, mübahisə edilən İddiaçı məxsus Avaran kəndində yerləşən 0.28 hektar torpaq sahəsi bələdiyyənin 05 noyabr 2007-ci il tarixli 32 nömrəli qərarı ilə bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən satılmışdır. Həmin torpaq sahəsi bütün sənədlərdə bələdiyyə ehtiyyat fonduna aid olan torpaq sahəsi kimi göstərilmişdir, yəni hər hansı bir şəxsə məxsus olan torpaq sahəsi olmamışdır. İş üzrə digər Cavabdeh2 məxsus 0.25 hektar torpaq sahəsi isə başqa yerdədir, iddiaçının torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur. Lakin 10 ildən sonra Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir ki, ötən 10 (on) il ərzində torpaq sahəsində tikinti, abadlaşdırma işləri olmuş, həmin müddətdə torpaq sahəsinin ona məxsus olmasını mübahisələndirməmişdir. İddiaçı torpaq sahəsini alarkən həmin torpaq sahəsində tövlə olmuşdur ki, həmin tövləni Avaran kənd sakini olan İmran Səmədovun atası inşa etdirmiş, lakin sonradan həmin torpaq sahəsini bəyənmədiyi üçün kəndin başqa yerindən torpaq sahəsi almışdır. İddiaçı 0.28 hektar torpaq sahəsi satılarkən həmin torpaq sahələri yerində ölçülüb verilmişdir. x4 Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(185)-82/2018 saylı, 30 aprel 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 05 noyabr 2007-cil il tarixli 32 saylı qərarının Cavabdeh2 məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sonradan həmin qərardan apellyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin olunmamışdır. İddiaçı torpaq sahəsi bələdiyyə qərarı ilə satılmışdır. Həmin torpaq sahəsində tikinti, abadlaşdırma işlərinin aparılmasına görə İddiaçı tərəfindən çəkilmiş xərclərin ondan tutulması üçün heç bir əsas yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh1 sədri x1 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 05 noyabr 2007-ci il tarixli 32 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər sakini İddiaçı Avaran bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 0.28 hektar torpaq sahəsi satılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-169/2019 nömrəli 23 yanvar 2019-cu il tarixli Qərarınıdan görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş torpaqların alqı-satqısına dair aktın, 05 noyabr 2007-ci il tarixli, 32 saylı qərarın və aidiyyatı olan sənədlərin etibarsız hesab olunmasını xahiş etmişdir. Sonradan Cavabdeh2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş 05 noyabr 2007-ci il tarixli, 32 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 23 avqust 2017-ci il tarixli 2-1(185)- 2119/2017 saylı qərardadı ilə İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(185)-82/2018 saylı, 30 aprel 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh1 05 noyabr 2007-cil il tarixli 32 saylı qərarının Cavabdeh2 məxsus Qusar rayonu Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.25 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(185)-82/2018 saylıiş üzrə 30 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan S-x2 Mərkəzi MMC-nin 02 mart 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirilən Qusar rayonu, Avaran kəndi ərazisində yerləşən İddiaçı məxsus bir mərtəbəli 2 tikilidən ibarət olan ümumi sahəsi 100 kv.metr olan fərdi yaşayış evinin tikintisinə çəkilən xərcləri və real evin təmiri və restavrasiya ilə birlikdə bazar dəyəri 20720 (iyirmi min yeddi yüz iyirmi) manat təşkil edir. İşdə olan Qusar rayonu İcra Hakimiyyəti Başçısının Avaran kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2010-cu il tarixli 431 nömrəli Arayışdan görünür ki, İddiaçı 2007-ci ildə Avaran kəndində torpaq sahəsi alarkən həmin torpağın üstündə 32 kv.metrlik çiy kərpicdən tikilmiş tikili olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 razılığı və məlumatı olmadan, özbaşına sonuncuya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evini təmir etmiş, həmçinin orada başqa tikili inşa etmişdir. Belə olan halda, həmin işlərin görülməsi zamanı iddiaçının çəkdiyi xərclərə görə Cavabdeh2 iddiaçı qarşısında öhdəlik əmələ gəlməmiş, belə bir öhdəliyin əmələ gəlməsi üçün heç bir hüquqi əsas da olmamışdır. Bundan başqa, cavabdeh Qusar rayonu Avaran bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin satılması barədə qərar verilsə də, iddiaçı həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçüsü əldə etməmiş və bununla da, həmin torpaq sahəsinə dair onun sərəncam hüququ əmələ gəlməmişdir. Həmçinin, iddiaçı həmin torpaq sahəsində hər hansı işlər görməmişdən əvvəl müvafiq icra hakimiyyəti orqanı ilə əvvəlcədən razılaşdırmamış və gördüyü işlərin hamısını qanunsuz və özbaşına həyata keçirmişdir. Belə olan halda, onun çəkilmiş xərclə bağlı Qusar rayonu Avaran bələdiyyəsindən pul tələb etməsi də qanunsuzdur və həmin tələbin də hüquqi əsası yoxdur. Beləliklə, iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı hər hansı mənəvi zərərin vurulması halı da müəyyən olunmamış və ona görə də, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsində tikilmiş tikiliyə çəkilmiş xərcin və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-503/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-503/2020
09.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver