Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-518/2021 26.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı iddianın təmini tədbiri tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddianın təmini tədbiri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2, 149.2.3-cü maddələrinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddia tələbi Cavabdeh başqa, həm də X1 qarşı yönəlsə də, həmin şəxs ərizədə cavabdeh kimi göstərilməmiş, həmçinin onun poçt ünvanı qeyd edilməmişdir. Bundan başqa, iddianın adı kimi “iddianın təmini tədbiri tələbi” göstərilmiş, iddianın nəticə hissəsində isə mənzilin özününküləşdirilməsinin qarşısının alınması tələb olunmuşdur. Qeyd olunmalıdır ki, iddianın təmini tədbiri məhkəmənin icraatında olan mülki iş üzrə tətbiq olunur və bu barədə ərizəyə müstəqil iddia kimi baxıla bilməz. Bununla da, tələb aydın olmamaqla qeyri-müəyyəndir və ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-518/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-518/2021
26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver