Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-532/2020 28.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tibb müalicəxanasından 2000 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, onun burnunun ucu qabarıq, forması donqar olmuşdur. Qərara gəlmişdir ki, burnunu estetik əməliyyat etdirsin. Bu səbəbdən də, Qusar şəhərində yerləşən Cavabdeh özəl tibb müalicəxanasına müraciət etmiş və orada Nizami həkimlə görüşmüşdür. Daha sonra isə ona septoplastik (məhdud edilmiş rinolastika) əməliyyatı olunacağını bildirmişlər. Əməliyyat olunmazdan əvvəl ona təxminən 800 manat ödəniş etdirmişlər. Bundan əlavə, o, təxminən 300 manat yenidən ödənişlər etmişdir (dərman və yoxlanışlar üçün). Onun burnunda estetik əməliyyat aparılmalı olmuşdur. Belə ki, onun burnunun ucu şişkin, yəni toppuş olmuş və istəmişdir ki, burnunun xarici görnüşündə dəyişiklik olsun. xx xxxx 2018-ci il tarixdə axşam saatlarında əməliyyatdan çıxmışdır. Onu əməliyyat edən həkim Nizami Rüstəmov ona əməliyyatdan sonra 2 gün müalicəxanada qalacağını bildirsə də, əməliyyatın səhəri günü onu evə buraxmışdır. Həmin əməliyyatdan bir müddət keçdikdən sonra o, nəfəs almada əziyyət cəkmişdir. Üzündə əlavə şişlər və ağrılar əmələ gəlmişdir. Lakin, o, əməliyyat olmamışdan əvvəl hec bir əziyyət cəkməmişdir. Əməliyyat olub evə gəldikdən sonra bir necə gün evdə agrılardan nəfəs ala bilməməyindən və şişlər əmələ gəlməsinə ğörə o, yenidən Cavabdeh tibb müalicəxanasında həkim işləyən Nizami Rüstəmovun yanına getmişdir. Həkimə iradlarını və şikayətini bildirsə də, həkim ona yenidən müalicələr yazmış və həmin müalicələr 6 ay davam etmişdir. O, həmin müalicələri 6 ay etdirsə də, sonra heç bir xeyri olmamış və heç bir dəyişiklik görməmişdir. Bununla bağlı o, həkimlə görüşmüş və həmin zaman həkim ona bildirmişdir ki, nəfəs alma narahatlığına görə o, əməliyyat olunmalı və əlavə ödəniş etməlidir, lakin, xarici görünüşdəki qüsura dəyişiklik olunmayacaqdır. O, həkimə bildirmişdir ki, o, burnunun xarici görnüşünə görə müraciət etmiş, ancaq əlavə olaraq da nəfəsalmada problemi yaranıb, həkim isə bildirmişdir ki, nəfəs alma rahatlaşacaq, müvvəqəti cətinlikdir, keçib gedəcəkdir. O, əməliyyat olmamışdan əvvəl nəfəs almasından heç bir şikayəti olmamışdır. Dəfələrlə o, həkimin qəbulunda olsa da, hər dəfə ona müxtəlif müalicələr və dərmanlar yazdıraraq onu aldatmışdır. Sonuncu dəfə o, bir necə adiyyəti üzrə orqanlara şikayət etdikdən sonra o, “OKİ“ klinikasının baş həkiminin qəbulunda olmuş və həmin zaman ona bildirilmişdir ki, heç bir yoxlanış etmədən cəkdiyi xərcin yarısını, yəni 500 manatı qaytara bilərlər, ya da yenidən əməliyyat edə bilərlər, ancaq o, yarı ödəniş etməlidir. Daha sonra yoxlanış üçün onu əməliyyat edən həkimin otaqına göndərmişlər, lakin həkim Nizami Rüstəmov işdə olmadığından başqa həkim müayinə etmişdir. Müayinə zamanı həkimlər rusca danışmışlar və onun başa düşməməyi üçün burnunda problem olduqu halda, ona bildirilmişdir ki, heç nə yoxdur və onu yola vermişlər. O, burnunun əməliyyatına görə müalicəxanaya 800 manat, iynə-dərmana isə 1200 manat pul xərcləmişdir. Əməliyyat olunandan sonra onun nəfəsalması tamamilə çətinləşmiş, burnunun ucundakı şişkinlik isə qalmışdır. Həmin vaxtdan o, dəfələrlə həkimlərin yanına gəlib-getmiş, iynə və dərmanlara xeyli vəsait xərcləmiş, hər dəfə Xaçmaz rayonundan Qusar rayonuna gəlib-getmişdir. Bununla bağlı xeyli xərcləri çıxmışdır. Əlavə olaraq ona narkoz verilib, həmçinin burnuna görə ikinci əməliyyata girməlidir və ona mənəvi zərər dəymişdir. Bunu isə 5000 manat hesablayır. Qeyd olunanları nəzərə alaraq ona dəymiş olan 2000 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 7030 manat məbləğində pulun Cavabdeh özəl tibb müalicəxanasından alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə razı olmadığını, iddianın əsaslı və qanuni olduğunu göstərmiş və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, İddiaçı Qusar rayonunda yerləşən “OKİ Tibb Müalicəxanası”na müraciət edərək burnunda olan şikayətləri bildirmiş və nəticədə LOR həkimi otorinolarinqoloq Nizami Rüstəmov tərəfindən müayinə olunmuşdur. Xəstənin müayinəsi nəticəsində müvafiq müayinə protokolu tərtib edilmişdir. Müayinə nəticəsində məlum olmuşdur ki, iddiaçı uşaq çağlarından burun tənəffüsünün pozğunluğundan və diş çənə sisteminin anormallığından əziyyət çəkir, yəni “adenoidniy” üz tipi var və ağız daim açıq qalır. Uşaq vaxtı heç zaman bu problemdən qurtulmaq üçün müalicə almayıb, tibbi yardıma müraciət etməmişdir. Xəstənin və onun anasının sözlərinə görə 2015-ci il tarixində iddiaçının 18 yaşı olan zaman adenotomiya həyata keçirilmişdir ki, elə bu zaman da ilk dəfə xəstənin mövcud tibbi probleminin diaqnozu qoyulmuşdur. Elə həmin vaxtdan etibarən diş-çənə skeleti sistemində də yuxarı tənəffüs yolları sistemi skeletində geri dönülməz dəyişikliklər əmələ gəlməyə başlamışdır. 2018-ci ilin iyul tarixində həyata keçirilən ilkin Lor müayinəsində iddiaçının şikayəti burun tənəffüsünün çətinliyi və burnun xarici görünüşündən – burunda donqarın olmasından narazılıq kimi 2 şikayət olmuşdur. Obyektiv baxış zamanı isə-ön rinoskopiya zamanı sağ tənəffüs yolunun daralması üzə çıxmışdır, burun qığırdağının isə sağa əyilərək burnun tənəffüs yolunun daralmasına səbəb olması aşkarlanmışdır. Arxa rinoskopiya zamanı isə burun qığırdağının sağ tərəfdən davam etməsi müəyyən edilir ki, bu da öz növbəsində burun tənəffüs yolunu darlaşdırır. Digər LOR orqanlar isə xüsusiyyətsizdir. Müayinələrdən sonra xəstəyə Məhdud Rinoseptoplastika (burun çəpərinin qığırdağının kiçildilməsi) məsləhət görülmüşdür. SEPTOPLASTİKA ilə yanaşı xəstə yəni iddiaçı RİNOPLASTİKA (“roma”tipi burnunun (dik burunluluğun) dəyişdirilməsi) istəyinin olmasını bildirmişdir. Adeonoid vegetasiyaları- burun udlaq nahiyyəsində yerləşən limfaadenoid toxumaları xəstənin 18 yaşı olan zaman çıxarılmış, lakin, fəsadlar (ağıralaşmalar) yaranmışdır. Adenoidlərin Burun-udlaq nahiyəsində yerləşən limfadenoid toxumanın çıxarılması əməliyyatının fəsadları: üz skeletinin pozulmasına, sümüklərin deformasiyasına və üst və alt çənədə müəyyən fəsadlara gətirib çıxarır. Müayinə sonunda müəyyən edilmişdir ki, xəstə uzun müddətdir ki, burun boşluğundan şikayətlənir. Dəfələrlə məsləhət verilmiş, lakin, burunun estetik əməliyyatını istəmişdir. Ona görə də xəstənin istəyinə uyğun olaraq rinoplastika əməliyyatına hazırlanılmış, əməliyyata əks göstəriş olmamışdır. Beləliklə, tərəflər arasında bağlanmş xx.xx.2020-ci il tarixli tibb xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə “OKİ Tibb Müalicəxanası” tərəfindən vətəndaş İddiaçı tibbi xidmət göstərilmiş və sonuncu xəstəxana tərəfindən məhdud rinoseptoplastika əməliyyatı edilmişdir. Əməliyyatdan sonra xəstənin vəziyyəti yaxşı olduğundan o, ambulator nəzarətə götürülməklə evə buraxılmışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Cavabdeh tİbb müalicəxanasına qarşı qaldırdığı iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tibb müalicəxanasınən nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini, iddianı əsassız hesab etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, işdə olan ******* saylı xəstəlik tarixindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh özəl tibb müalicəxanasının cərrahiyyə şöbəsinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmışdır. İşdə olan Cavabdeh özəl tibb müalicəxanası tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “cərrahi müdaxiləyə, xüsusi proseduraya və ya tibbi müdaxiləyə razılıq”dan görünür ki, İddiaçı cərrahi müdaxilənin nəticələri izah edilmiş və sonuncu cərrahi müdaxiləyə öz razılığını vermişdir. İş üzrə keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 322/KEŞ saylı xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı adına Cavabdeh X5 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə mərkəzin cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Hündür burun” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı burun nahiyəsində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatından sonra hal-hazırda onun burun nahiyəsinin xarici görünüşündə patologiyanın olmadığı, burun çəpərinin isə orta xətdə olduğu və tənəffüsün sərbəst olduğu müəyyən edilmişdir. İddiaçı üzərində təkrar cərrahiyyə əməliyyatına göstəriş yoxdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 322/KEŞ saylı xx.xx.2020-ci il tarixli rəyini müzakirə edərək həmin rəyi tam, dolğun və əsaslı hesab edərək işin hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iсlasında müəyyən olundu ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh özəl tibb müalicəxanasının cərrahiyyə şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Hündür burun” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı razılığı əsasında onun burun nahiyəsində “Rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2018-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Ofelya Əhmədxanəvanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan mövcud təlimat və qaydalara uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatından sonra hal-hazırda onun burun nahiyəsinin xarici görünüşündə patologiyanın olmadığı, burun çəpərinin isə orta xətdə olduğu və tənəffüsün sərbəst olduğu müəyyən edilmişdir. İddiaçı üzərində təkrar cərrahiyyə əməliyyatına göstəriş yoxdur. Həmin hallar yuxarıda göstərilən məhkəmə tibbi ekspertizasının məlum rəyi ilə tam təsdiq olunmuşdur. Odur ki, Cavabdeh özəl tibb müalicəxanası tərəfindən İddiaçı hər hansı maddi və ya mənəvi zərərin vurulması məhkəmədə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuş, iddiaçı tərəfindən bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbayсan Respublikasının Mülki Məсəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi, Cavabdeh özəl tibb müalicəxanası tərəfindən cərrahi müdaxilə və müalicə zamanı iddiaçıya hər hansı zərərin vurulması öz təsdiqini tapmamış və bu səbəbdən də, məhkəmə iddiaçının bu barədə dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən və bununla da iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-сı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Tibb Müalicəxanasına qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-532/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-532/2020
28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver