Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-54/2025 03.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X3 məxsus cəmi 2,2862 ha torpaq sahəsindən onun 1/4 hissədə payının, yəni 0,57155 ha torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Ləgər Qışlaq kəndində onun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin mərhum anaları X1 mülkiyyətlərində hərəsinə 1/4 hissədə pay məxsus olmaqla, 2,0 ha və 0,2862 ha ölçülərdə iki müxtəlif yerdə yerləşməklə, cəmi 2,2862 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı Dövlət Aktına əsasən onun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin mərhum anaları X1 birgə mülkiyyətlərində olmuşdur. Qusar Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(029)-103/2024 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsindən onun 1/4 hissədə payı müəyyənləşdirilmişdir. Qusar Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(029)-103/2024 saylı qətnaməsinə əsasən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onlar paylı mülkiyyətçilərin adlarına cəmi 2,2862 hektar torpaq sahəsinin 2 (iki) hektar hissəsinə hərəsinin 1/4 hissədə payları göstərilməklə 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0,2862 ha hissəsinə isə 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə cavabdehlərin mərhum anaları X3 məxsus cəmi 2,2862 ha torpaq sahəsindən onun 1/4 hissədə payının, yəni 0,57155 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsini tələb edir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə vəkili Vəkil iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, o, işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. Həmçinin bildirmişdir ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 29 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 2 ha yaşayış məntqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə paylar ¼ olmaqla İddiaçı, X1, Cavabdeh2 və Cavabdeh1 adlarına qeydiyyata alınmışdır. İşdə olan 10 iyun 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən 0.2862 ha yaşayış məntqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə paylar ¼ olmaqla İddiaçı, X1, Cavabdeh2 və Cavabdeh1 adlarına qeydiyyata alınmışdır İşfə olan xx.xx.2024-cü il tarixli 2(029)-103/2024 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 21 yanvar 1999-cu il tarixli, JN:0058 KOD 30123038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X1, Cavabdeh1, Cavabdeh2 və İddiaçı birgə mülkiyyətində olan, Qusar rayonu Ləgər Qışlaq kəndində yerləşən 2,29 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət payı 1/4 hissə müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-17149/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsi naturada 2.0 hektar ölçüdə təşkil edir. 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən torpaq sahəsi naturada 0.2862 hektar ölçüdə təşkil edir. 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan, Qusar rayonu Ləyərqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissədə naturada bölünməsi mümkündür və onun payı 0.50 hektar ölçüdə təşkil edir. 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətlərində olan, Qusar rayonu Ləgərqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissədə naturada bölünməsi mümkündür və onun payı 0.07155 hektar ölçüdə təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 fevral 2025-ci il tarixli 10/7036 saylı ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 29 aprel 2024cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışa əsasən torpaq sahəsi naturada 2.0 ha ölçüdə təşkil edir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışa əsasən torpaq sahəsi naturada ölçülərO.2862 ha ölçüdə təşkil edir. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışa əsasən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan, Qusar rayonu, Ləyərqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qərardadın 4cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1/4 hissədə naturada bölünməsi mümkündür və onun payı 0.50 ha ölçüdə təşkil edir. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışa əsasən İddiaçı, X1, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan, Qusar rayonu, Ləyərqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür.Qərardadın 6cı sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən ¼ hissədə naturada bölünməsi mümkündür və onun payı 0.07155 ha ölçüdə təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2025-ci il tarixli 10/7036 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, 24 fevral 2025-ci il tarixli 10/7036 saylı ekspert rəyini və xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-17149/2024 saylı mütəxəssis rəylərini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə hesab edir ki, 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X3 məxsus cəmi 2,2862 ha torpaq sahəsindən İddiaçı 1/4 hissədə payının, yəni 0,57155 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi təmin edildiyindən, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 29 aprel 2024-cü il tarixli, **********62 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və 10 iyun 2024-cü il tarixli, **********63 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və X3 məxsus cəmi 2,2862 ha torpaq sahəsindən İddiaçı 1/4 hissədə payının, yəni 0,57155 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-54/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-54/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver