Məhkəmə qərarları › İş №2(029)-548/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-548/2024

20.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-548/2024 20.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçlar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətin mülkiyyətçisinə pay əvəzinə kompensasiya ödənilməklə həmin payın itirilmiş hesab edilməsinə” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətin mülkiyyətçisinə pay əvəzinə kompensasiya ödənilməklə həmin payın itirilmiş hesab edilməsinə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan Çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, ümumi sahəsi 24,9 kv. metr olan fərdi yaşayış evinin Cavabdeh düşən 1/4 hissə payının əvəzinə 6750 (altı min yeddi yüz əlli) manat kompensasiya ödənilməklə həmin əmlaka olan payının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçlar İddiaçı1, X3 və İddiaçı3 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hazırki iddia tələbinin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı1 məhkəmədə işə baxılması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi 2809) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı1 qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, X1 və İddiaçı3 Cavabdeh qarşı “paylı mülkiyyətin mülkiyyətçisinə pay əvəzinə kompensasiya ödənilməklə həmin payın itirilmiş hesab edilməsinə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, X2 və İddiaçı3 geri qaytarılsın. İddiaçı1 məhkəmədə işə baxılması üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi 2809) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı1 qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar