Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-59/2021 24.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə dair payların ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbrəmxəlilov X1 Yeganə Kalas qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN:0099 KOD 30104018 saylı 23 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun ¼ hissədə olan mülkiyyət payı naturada ayrılmaqla həmin payın onun ayrıca mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, JN:0099 KOD 30104018 saylı 23 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və cavabdehlərin adlarına qeydiyyata alınmaqla həmin şəxslərin birgə mülkiyyətlərindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılmasına zərurət yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək istəyir, cavabdehlər isə bu barədə öz razılıqlarını bildirməmiş, buna mane olmuşlar, nəticədə isə o, həmin hüquqlarını həyata keçirə bilmir. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Odur ki, hesab edir ki, yuxarıda göstərilən məlum torpaq sahəsinə dair onun ¼ hissədə olan mülkiyyət payı ayrılaraq ona verilməlidir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, JN:0099 KOD 30104018 saylı 23 oktyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xüsusi mülkiyyət hüququ onun və cavabdehlərin adlarına qeydiyyata alınmaqla həmin şəxslərin birgə mülkiyyətindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılmasına zərurət yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək istəyir, cavabdehlər isə bu barədə öz razılıqlarını bildirməmiş, buna mane olmuşlar, nəticədə isə o, həmin hüquqlarını həyata keçirə bilmir. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən halları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan JN:0099 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 10 aprel 1998ci il tarixli 15 saylı qərarına əsasən Qusar rayonu Əcəxur kəndində yaşayan İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə həmin kənddə yerləşən 6.19 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. İşdə olan Vİİ-ЖГ 303404 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında 04 iyun 1998-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına İbrəmxəlilova soyadı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli C-13 saylı mütəxəssis rəyindən görünür ki, JN:0099 KOD 30104018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Qusar rayonu Əcəxur kəndində yerləşən 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6 hissədən ibarətdir və həmin hissələrdən cəmi 2 hissə naturada mütəxəssisə tanıdılmışdır. Naturada tanıdılan 2.39 ha (99M) və 0.83 ha (99V) naturada ölçüləri uyğun olaraq 2.28 və 0.97 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Bildirilir ki, qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan onlar tərəfdən bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, məhkəmə-torpaqşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli 10/1025 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx”MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən JN:0099 KOD 30104018 saylı 23 oktyabr 1998-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Qusar rayonu Əcəxur kəndi ərazisində yerləşən 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6 hissədən ibarətdir və həmin hissələrdən cəmi 2 hissə naturada mütəxəssisə tanıdılmışdır. Naturada tanıdılan 2.39 ha (99M) və 0.83 ha (99V) naturada ölçüləri uyğun olaraq 2.28 və 0.97 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlardan olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 mart 2021-ci il tarixli **********64 saylı məktubuna əlavə olunmuş smetadan görünür ki, 18 mart 2021-ci il tarixli C-13 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri cəmi 231.90 (iki yüz otuz bir manat doxsan qəpik) manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli 10/1025 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli C-13 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 06 may 2021-ci il tarixli 10/1025 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətlərinə Qusar rayonu Əcəxur kəndi ərazisində yerləşən 6.19 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmiş və həmin şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla JN:0099 KOD 30104018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı özünün mülkiyyət payının müəyyən edilərək naturada ayrılıb onun ayrıca mülkiyyətinə verilməsini xahiş etmiş, lakin iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının yuxarıda göstərilən məlum rəyləri ilə torpaq sahəsinin naturada ayrılmasının həmin torpaq sahəsinə tənasübsüz zərər vurmadan mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasənpaylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasənpaylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı ilə İddiaçı, X5, X3 və X4 birgə mülkiyyətlərinə verilmiş Qusar rayonu Əcəxur kəndi ərazisində yerləşən 6.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ayrılması həmin torpaq sahəsinə tənasübsüz zərər vurmadan mümkün olmadığından İddiaçı torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası iddiaçı tərəfin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 231.90 (iki yüz otuz bir manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 231.90 (iki yüz otuz bir manat doxsan qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq xxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-59/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-59/2021
24.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver