Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-59/2022 18.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək KOD 30123018 JN:014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən, Qusar rayonu Xuray kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair onun 1/5 hissədə olan mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, KOD 30123018 JN:014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.24 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, anası Cavabdeh1, atası X1, qardaşları Anar və Əhməd Rəhimovların adlarına qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. X15 və qardaşı Əhməd Rəhimov vəfat etmişlər. O, Quba rayonu Kürkün kənd sakini Seymur Şixəliyevlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahdan sonra “Şixəliyeva” soyadını qəbul etmişdir. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, o, özünə aid torpaq sahəsində fərdi ev tikmək istəyir, cavabdehlər buna mane olur, nəticədə isə o, həmin hüquqlarını həyata keçirə bilmir. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Odur ki, hesab edir ki, yuxarıda göstərilən məlum torpaq sahəsinə dair 1/5 hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, ekspert rəyinə uyğun olaraq torpaq sahəsindən payının ayrılmasına razıdır, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 18 may 2022-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iş üzrə Cavabdeh1 onun anasıdır, anası hazırda xəstədir, məhkəmə iclasından xəbəri var, məhkəmə iclasına xəstə olduğundan gələ bilmir. O, iddianı qəbul edir, ekspert rəyinə uyğun olaraq iddiaçının torpaq sahəsindən payının ayrılmasına razıdır, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin, şəxsi işləri ilə əlaqədar 18 may 2022-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30123018 JN:014A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarına əsasən Qusar rayonu Xuray kəndində yaşayan X1, Cavabdeh1, Cavabdeh2, X5 və X3 mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 622771 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31 dekabr 2008-ci ildə Qusar rayonu Xuray kəndində ölmüşdür. İşdə olan AZ-İ 233246 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki X8 ilə X9 arasında nikah 07 iyun 2006-cı il tarixdə 13 saylı akt qeydi ilə Quba RİHB-nın Alpan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Şixəliyeva” soyadı verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. İşdə olan Quba rayon İHB-nın Alpan kənd inzbati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli 279 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu Kürkün kəndində yaşayır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli **********78 saylı məktubdan görünür ki, Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının və ailə üzvlərinin adına olan 0.24 ha torpaq sahəsinə verilmiş JN-014A KOD 30123018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan. keçmiş, DVJ məlumatlarında öz əksini tapmışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X10 26.11.2011-ci il tarixdə Qusar rayonu Xuray kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyindən görünür ki, mübahisə predmeti olan Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü variantına dair plan sxem rəyə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, torpaq sahəsinin sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, isə təxminən 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna çıxır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 sentyabr 2005-ci il tarixli 11/9 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2, X5 və X3 birgə mülkiyyətlərinə Qusar rayonu Xuray kəndi ərazisindən 0.24 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla KOD 30123018 JN:014A saylı Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızı özünün mülkiyyət payının müəyyən edilərək naturada ayrılıb onun ayrıca mülkiyyətinə verilməsini xahiş etmiş, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının yuxarıda göstərilən məlum rəyi ilə torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgü variantına dair plan sxem ekspert rəyinə əlavə edilmiş, həmin sxemdən görünür ki, torpaq sahəsi 0.24 ha olmaqla eni 51.7 metr, uzunluğu isə 47.24 metrdir. Torpaq sahəsi bir tərəfdən kənd yolu ilə, digər üç tərəfdən isə qonşu sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin kənd yolundan uzunluğu 47,24 metr, eni 10.33 metr olmaqla, sahəsi 0.048 ha olan beş hissəyə bölünməsi variantı mümkündür. Açılmalı olan 5 ədəd qapılar kənd yoluna açılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X1, Cavabdeh1, Cavabdeh2, X5 və X3 adlarına qeydiyyata alınmış Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkün olduğundan İddiaçı iddia tələbi təmin olunmaqla Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahəsi naturada bölünməli, rəyə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq torpaq sahəsinin uzunluğu 47,24 metr, eni 10.33 metr, sahəsi 0.048 ha olan hissəsi naturada ayrılaraq Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası iddiaçının və Cavabdeh2 Həməzəbəy oğlunun təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq KOD 30123018 JN-014A saylı 14 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət hüququ üzrə X1, Cavabdeh1, Cavabdeh2, X5 və Şixəliyeva (Rəhimova) Aytən Həmzəbəy qızının adlarına qeydiyyata alınmış, Qusar rayonu Xuray kəndi ərazisində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinin uzunluğu 47,24 metr, eni 10.33 metr, sahəsi 0.048 ha olan hissəsi (Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 10/6599 saylı ekspert rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq) naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-59/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-59/2022
18.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver