Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-60/2023 24.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair onun 3/8 hissədə payının ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları paylı mülkiyyət olmaqla onun həmin torpaq sahəsinə dair mülkiyyət payı 3/8 hissə, Cavabdeh1 və Cavabdeh2 mülkiyyət payları 2/8 hissə, Cavabdeh3 mülkiyyət payı isə 1/8 hissə müəyyən olunmuşdur. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarımı həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, özünə aid torpaq sahəsini satmaq istəsə də, cavabdehlər bu barədə öz fikirlərini bildirmirlər. Nəticədə isə o, özünün mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Odur ki, hesab edir ki, yuxarıda göstərilən məlum torpaq sahəsinə dair onun 3/8 hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, naturada bölünməsini tələb etdiyi, Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin digər paylı mülkiyyətçiləri olan cavabdehlər onun keçmiş ailə üzvləridirlər. Belə ki, Cavabdeh3 onun keçmiş arvadı, Mahir və Reyhan isə övladlarıdır. O, 20-25 ildir ki, Cavabdeh3 ayrılmış, lakin, övladlarının saxlanmasında iştirak etmişdir. Hazırda torpaq sahəsinin digər paylı mülkiyyətçiləri ilə torpaq sahəsinin idarə ediməsi, barəsində sərəncam verilməsi barədə razılığa gələ bilmir, həmin şəxslər onunla yola getmirlər. Bu səbəbdən də o, özünün 3/8 hissədə olan mülkiyyət payının naturada ayrılmasını tələb edir. İş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə razıdır, mütəxəssis rəyindəki bölgü planının 1-ci variantına uyğun olaraq öz payının ayrılıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, İddiaçı onun atasıdır. Həmin şəxs onun anasından ayrılmış və uzun müddətdir ki, başqa qadınlarla yaşayır, öz ailəsinin qayğısına isə qalmamışdır. Hazırda o, Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 torpaq sahəsinin naturada ayrılmasına, mütəxəssis rəyindəki bölgü planının 1-ci variantına uyğun olaraq atasının 3/8 hissədə olan mülkiyyət payının ayrılaraq atası İddiaçı ayrıca mülkiyyətinə verilməsinə razıdır. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, İddiaçı və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh1, İddiaçı və Cavabdeh3 adlarına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət payı 3/8 hissə, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət payları 2/8 hissə, Cavabdeh3 mülkiyyət payı isə 1/8 hissə təşkil edir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********* qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli DƏDRX-dən verilmiş çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Qusar rayonu Haçatala kəndində yerləşən **********39 reyestr nömrəli 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrin koordinatları daxilindədi və naturada mövcuddur, ölçüləri hüquqmüəyyənedici sənədə uyğundur. Mübahisə predmeti olan Qusar rayonu Haçatala kəndi ərazisində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunur. ********* qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma məxsus olan, Qusar rayonu Haçatala kəndində yerləşən **********39 reyestr nömrəli 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi, gediş-gəliş yollarına əsasən 2-variantda mümkün olur. Torpaq sahəsinin bölgü varianların plan-sxemi rəyə əlavə edilmişdir. Həmin rəyə əlavə olunmuş bölgü sxeminin 1-ci variantına əsasən Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin eni bir tərəfdən 31.05 metr, digər tərəfdən 32.46 metr, uzunluğu bir tərəfdən 109.93 metr, digər tərəfdən 92.54 və 22.13 metr olmaqla sahəsi 0.375 ha hissəsinin naturada ayrılıb İddiaçı verilməsi texniki cəhətdən mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 20 dekabr 2022-ci il tarixli 10/6979 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi İ.Əlixanovun mütəxəssis rəyində qeyd edilir ki, ********* qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan Qusar rayonu Haçatala kəndində yerləşən **********39 reyestr nömrəli 1.0 ha k/t təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə nöqtələrin koordinatları daxilindədi və naturada mövcuddur, ölçüləri hüquqmüəyyənedici sənədə uyğundur. Mübahisə predmeti olan Qusar rayonu, Haçatala kəndi ərazisində yerləşən 1.0 ha k/t torpaq sahəsinin Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən mülkiyyətçilər (payçılar) arasında bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən olunur. ********* qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı.Cavabdeh1. Cavabdeh2 və X2 məxsus olan Qusar rayonu, Haçatala kəndində yerləşən **********39 reyestr nömrəli 1.0 ha k/t təyinatlı torpaq sahəsinin bölünməsi, gediş-gəliş yollarına əsasən 2 variantda mümkün olur. Torpaq sahəsinin bölgü variantlarının plan-sxemi rəyə əlavə edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 10/6979 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 dekabr 2022-ci il tarixli 10/6979 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, həmçinin cavabdeh Mahir Əskərov məhkəmə iclasında iddianı etiraf edərək iddiaçının mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə razı olduğunu bildirdiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 10/6979 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahəsi naturada bölünməli, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin bölgü planının 1-ci variantına uyğun olaraq həmin torpaq sahəsinin eni bir tərəfdən 31.05 metr, digər tərəfdən 32.46 metr, uzunluğu bir tərəfdən 109.93 metr, digər tərəfdən 92.54 və 22.13 metr olmaqla sahəsi 0.375 ha olan 3/8 hissəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası iddiaçının təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş bölgü planının 1-ci variantına uyğun olaraq xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin eni bir tərəfdən 31.05 metr, digər tərəfdən 32.46 metr, uzunluğu bir tərəfdən 109.93 metr, digər tərəfdən 92.54 və 22.13 metr olmaqla sahəsi 0.375 ha olan 3/8 hissəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə mülkiyyətinə verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-60/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-60/2023
24.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver