Məhkəmə qərarları › İş №2(029)-638/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-638/2020

13.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-638/2020 13.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Xanbabayeva (Cavadova) Xədicə Əli qızının iştirakı ilə Xanbabayeva (Cavadova) Xədicə Əli qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X1rşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsinə və torpaq sahəsindən payın naturada ayrılmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xanbabayeva (Cavadova) Xədicə Əli qızı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X1rşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsinə və torpaq sahəsindən payın naturada ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Xanbabayeva (Cavadova) Xədicə Əli qızı məhkəməyə ərizə təqdim edərək işin baxılmasını tələb etmədiyini göstərmiş və mülki işin baxılmamış saxlanılaraq ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mülki işin baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Xanbabayeva (Cavadova) Xədicə Əli qızının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X1rşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyənləşdirilməsinə və torpaq sahəsindən payın naturada ayrılmasına dair iddia ərizəsi geri qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar