Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-651/2020 23.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki işə kiçik iddialar üzrə icraat qaydasında baxıb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə ödənilmiş 745 (yeddi yüz qırx beş manat) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh2 “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxx 2019-cu il tarixdə 14:45 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində yol nəqliyyat hadisəsi törədərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisə Azərbaycan Respubliklası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh2 inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında tərtib edilərək, xx xxxx 2019-cu il tarixdə 301766? Nömrəli inzibati tənbeh haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər 745 (yeddi yüz qırx beş) manat məbləğində müəyyən edilmiş və həmin məbləği İddiaçı ASC xx xxxxxxx 2019-cu il tarixdə EBAB SERİYALİ 536149 NÖMRƏLİ ELEKTRON Qaimə ilə avtomobil sahibinə ödəmişdir. Cavabdeh1 sahibliyində olmuş nəqliyyat vasitəsini etibarnamə olmadan Cavabdeh2 vermiş, nəticədə də axırıncı qəza törədərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomaşına 745 manat məbləğində ziyan vurduğuna görə iş üzrə avtomobili idarə etmiş şəxslə birgə cavabdeh kimi cəlb olunmalı, mülkli məsuliyyət daşımalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 3551M/CML- 1161/2019 nömrəli Sığorta Aktından görünür ki, . Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş 745 (yeddi yüz qırx beş) manat məbləğində zərəri İddiaçı ASC xx xxxxxxx 2019-cu il tarixdə avtomobil sahibinə ödəmişdir. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək “Avtinəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. İşdə olan İnzibati Xəta haqqında İXP ******* nömrəli Protokolun surətindən görünür ki, Cavabdeh2 “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxx 2019-cu il tarixdə 14:45 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan X3 haqqında TP3017667 nömrəli Qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ Dövləy X5 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 046-42370 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin iccbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, Ağabalayev X1 Elşad Alim oğluna məxsus “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə olmadan idarə edərkən xx xxxx 2019-cu il tarixdə 14:45 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan “GOLD Avto Servis” tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli Qüsur Aktının surətindən görünür ki, şirkətin serviz mərkəzinin ekspertləri tərəfindən keçirilmiş baxış nəticəsində ili 2012 Chevrolet Cruze ** PN *** DQN-lı avtomobilə dəymiş zərərin məbləği 745 (yeddi yüz qırx beş) manat müəyyən edilmişdir. İşdə olan Paşa Bank tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC X2 745 (yeddi yüz qırx beş) manat ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh1 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh2 “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən xx xxxx 2019-cu il tarixdə 14:45 radələrində Bakı şəhəri, H.Əliyev küçəsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə Azərbaycan Respubliklası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qeydə alınmış, araşdırmanın nəticəsi olaraq Cavabdeh2 inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş İXP ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilərək, xx xxxx 2019-cu il tarixdə TP3017667 Nömrəli inzibati tənbeh haqqında Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər 745 (yeddi yüz qırx beş) manat məbləğində müəyyən edilmiş və həmin məbləği İddiaçı ASC xx xxxxxxx 2019-cu il tarixdə EBAB SERİYALİ 536149 NÖMRƏLİ ELEKTRON Qaimə ilə avtomobil sahibinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1. maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, Cavabdeh2 etibarnamə olmadan Cavabdeh1 məxsus “Hundai Elantra” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilə 745 (yeddi yüz qırx beş) manat məbləğində maddi ziyan dəymnişdir ki, həmin ziyan İddiaçı ASC tərəfindən zərərçəkmişə ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pul məbləğini nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə ödənilmiş 745 (yeddi yüz qırx beş manat) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus “Chevrolet Cruiz” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərə görə ödənilmiş 745 (yeddi yüz qırx beş manat) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-651/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-651/2020
23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver