Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-670/2025 18.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən cehizlərin çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən cehizlərin çıxarılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(029)-313/2023 nömrəli qərarı ilə cavabdeh İddiaçı2 alınıb Cavabdeh qızma verilməsi olan cehiz əmlaklarını; Divar saatı, çilçıraq, stol üstü işıq, 2 ədəd güldan, güldan, Madonna güldan, xrustalfujer, xrustal külqabı, çay dəsti, “Balıq” xrustal, 3 ədəd meyvə qabı, şərbət xrustal qrafın, kampot dəsti, qaşıq dəsti, bıçaq dəsti, qazan dəsti, divan kreslo, tək çarpayı, 5 dəst yorğan döşək, sintifon yorğan balınc, 5 ədəd tük balmc, 5 ədəd yun nalça, lədədodyal, 1 ədəd odyal, pokrıval, pərdələr, 5 metrə tül, atlas, 5 ədəd yataq dəsti, 2 ədəd yataq dəsti, 3 ədəd prostin, 2 ədəd hamam dəsmalı,3 ədəd əl-üz dəsmalı, çay dəsmalı, 2 ədəd yastıq üzü, 1 ədəd süfrə, uşaq çarpayışı, çimizdirmə dəsti,odyal, yorğan döşək, tozsoran, ütü, ətçəkən, antikvar su qabı, 2 ədəd xalça, 6 ədəd şiş, maşa, tiyan, təknə, güzgü, taxta, padnos dəsti, vanna, tava, taxta qaşıq dəsti Qusar rayonu,Yasab kəndində yerləşən bizə məxsus olan evdən çıxarılılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, Qusar rayon Məhkəmsinin icraatında onun İddiaçı2 qarşı 2(029)-313/2023 saylı mülki iş olmuşdur. Həmin iş üzrə iddiası qismən təmin olunmuşdur. O, Qusar rayon Məhkəməsinin qəbul edilmiş qətnaməsi ilə razı deyildir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 2(029)-313/2023 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Dəyəri 15 manat olan divar saatı, dəyəri 60 manat olan çilçıraq, dəyəri 35 manat olan stol üstü işıq, dəyəri 40 manat olan 2 ədəd güldan, dəyəri 25 manat olan güldan, dəyəri 30 manat olan Madonna güldan, dəyəri 39 manat olan xrustal fujer, dəyəri 13 manat olan xrustal külqabı, dəyəri 15 manat olan çay dəsti, dəyəri 50 manat olan “Balıq” xrustal, dəyəri 6 manat olan 3 ədəd meyvə qabı, dəyəri 30 manat olan şərbət xrustal qrafın, dəyəri 50 manat olan kampot dəsti, dəyəri 180 manat olan qaşıq dəsti, dəyəri 25 manat olan bıçaq dəsti, dəyəri 80 manat olan qazan dəsti, dəyəri 680 manat olan divan kreslo, dəyəri 180 manat olan tək çarpayı, dəyəri 500 manat 5 dəst yorğan döşək, dəyəri 150 manat olan sintifon yorğan balınc, dəyəri 100 manat olan 5 ədəd tük balınc, dəyəri 50 manat olan 5 ədəd yun nalça, dəyəri 80 manatolan 1 ədəd odyal, dəyəri 50 manatolan 1 ədəd odyal, dəyəri 280 manat olan pokrıval, dəyəri 200 manat olan pərdələr, dəyəri 120 manat olan 5 metrə tül, dəyəri 12 manat olan atlas, dəyəri 250 manat olan 5 ədəd yataq dəsti, dəyəri 80 manat olan 2 ədəd yataq dəsti, dəyəri 30 manat olan 3 ədəd prostin, dəyəri 30 manat olan 2 ədəd hamam dəsmalı, dəyəri 36 manat olan 3 ədəd əl-üz dəsmalı, dəyəri 40 manat olan çay dəsmalı, dəyəri 16 manat olan 2 ədəd yastıq üzü, dəyəri 42 manat olan 1 ədəd süfrə, dəyəri 125 manat olan uşaq çarpayısı, dəyəri 35 manat olan çimizdirmə dəsti, dəyəri 20 manat olan odyal, dəyəri 250 manat olan yorğan döşək, dəyəri 95 manat olan tozsoran, dəyəri 35 manat olan ütü, dəyəri 95 manat olan ət çəkən, dəyəri 25 manat olan antikvar su qabı, dəyəri 260 manat olan 2 ədəd xalça, dəyəri 6 manat olan 6 ədəd şiş, dəyəri 10 manat olan maşa, dəyəri 6 manat olan tiyan, dəyəri 12 manat olan təknə, dəyəri 20 manat olan güzgü, dəyəri 3 manat olan taxta, dəyəri 50 manat olan padnos dəsti, dəyəri 12 manat olan vanna, dəyəri 12 manat olan tava, dəyəri 4 manat olan taxta qaşıq dəsti və ya onların dəyəri cavabdeh İddiaçı2 alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə Hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır: Məhkəmə, hesab edir ki, iddia tələbində qeyd edilən hal eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olmuşdur. İddia ərizəsində qeyd edilən halla bağlı xx.xx.2023-cü il tarixli 2(029)-313/2023 saylı Qusar rayon Məhkəməsinin qətnaməsi mövcuddur, həmin qətnamə qanuni qüvvəyə minmişdir, ona görə də iddia ərizəsində qeyd edilən halla bağlı yenidən işə baxıla bilməz, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank rekvizitləri təqdim edilmədiyindən, işə baxılması üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması mümkünsüzdür. İddiçıya izah edilməlidir ki, o, bank rekvizitlərini təqdim etməklə, məhkəməyə rüsumun qaytarılmasına dair ərizə ilə müraciət etdiyi təqdirdə rüsum geri qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən cehizlərin çıxarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiçıya izah edilsin ki, o, bank rekvizitlərini təqdim etməklə, məhkəməyə rüsumun qaytarılmasına dair ərizə ilə müraciət etdiyi təqdirdə rüsum geri qaytarıla bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-670/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-670/2025
18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver