Məhkəmə qərarları › İş №2(029)-675/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-675/2020

28.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-675/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 tərəfindən Qusar rayonu, Qaratoba kəndində yerləşən, Seriya RX ******* saylı xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 2.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.38 hektar hissəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 adlarına verilmiş Seriya RX ******* saylı xx xxx 2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonu Qaratoba kəndi ərazisində yerləşən 2.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Bu yaxınlarda həmin torpaq sahəsinə dair sərəncam hüququnu həyata keçirmək istəyərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1.38 hektar hissəsinə dair başqa şəxslərin, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 adlarına Seriya RX ******* saylı, xx xxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, həmin torpaq sahəsini heç bir şəxsə, o cümlədən cavabdehlərə satmamışdır, torpaq sahəsinə dair sərəncam hüququ üzrə üumumiyyətlə heç bir müqavilə bağlamamışdır. Bu buradə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 müraciət etmiş və oradan şifahi şəkildə bildirilmişdir ki, həqiqətən də, cavabdehlərin adlarına olan çıxarış texniki səhv ucbatından ona məxsus torpaq sahəsinə dair verilmişdir. Həmin çıxarışın ləğv edilməsini tələb etdikdə isə bunun üçün cavabdehlərin razılığının lazım olduğu bildirilmişdir. Cavabdehlər isə belə bir ərizə verməkdən imtina etmişlər. Ona görə də, hazırki tələb ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkiyyətində olan 2.0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2-619a/2006 saylı qətnaməsi ilə ona xx xxx 2006-cı il tarixli JN:1xx xxx 30124078 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. Bundan sonra o, Daşınmaz əmlakın dövlət reyestri xidmətin 5 saylı ərazi idarəsindən xx xxxx 2014-ci il tarixdə Seriya RX N0343647 saylı öz adına çıxarış almışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Qusar rayonu, Qarat oba kənd sakinidir. Qusar rayon X5 xx xxxxxxxx 1997-ci il tarixli 14/2 saylı qərarı ilə onun və ailə üzvləri Cavabdeh2, X6, Cavabdeh4 sinin mülkiyyətlərinə Qusar rayonu, Qarat oba kəndi ərazisindən 2.83 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir Həmin torpaq sahəsinə dair onların adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən JN-00xx xxx 30124078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Onlar iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Belə ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi guya iddiaçıya məxsus 1.38 hektar torpaq sahəsinə dair onların adına verilmiş Seriya RX № ******* nömrəli xx xxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tam qanuni əsaslarla verilmişdir. AN-İ № ******* nömrəli xx xxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən onlar özlərinə məxsus olmuş yuxarıda qeyd etdiyi 2.83 hektar kənd təssərrüfatı təyinalı torpaq sahəsindən 1.45 hektar hissəsini Qusar rayonu, Qarat-oba kəndində yaşayan X1, həmin 2.83 hektar torpaq sahəsindən qalan 1.38 hektar hissəsinə dair onların adına № ******* nömrəli xx xxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair İddiaçı da adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin onlar iddiaçıya torpaq sahəsi satmamışlar. Əksinə iddiaçının adına verilmiş onların torpaq sahəsinə dair Çıxarışın özü saxtadır. Odur ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, X8 və Cavabdeh4 iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsassızdır. Belə ki, iş materiallarında olan JN-01xx xxx 30124078 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-619a/2006 saylı qətnaməsi ilə Qusar rayonu Qaratoba kənd sakini İddiaçı Qusar rayonu Qaratoba kəndi ərazisindən 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli, ********* qeydiyyat nömrəli, xx xxxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu, Qaratoba kəndi ərazisində yerləşən **********82 reystr nömrəli 2.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu, Qaratoba kəndi ərazisində yerləşən **********01 reyestr nömrəli 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0.224166 ha Cavabdeh1 payı, 0.224166 ha Cavabdeh2 payı, 0.224166 ha X4 payı və 0.7075 ha Cavabdeh4 payı olmaqla Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Arxiv Arayışından görünür ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında 2-619a/2006 saylı mülki iş üzrə çıxarılmış 2-619a/2006 saylı, xx xxxxx 2006-cı il tarixli qətnamə mövcud deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı adına verilmiş Qusar rayonu Qaratoba kəndi ərazisindən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi reyestr nömrəsi **********82 olan xx xxxx 2014-cü il tarixli Serira RX N0343647 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış xx xxx 2006-cı il tarixli JN:1xx xxx 30124078 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. Həmin Dövlət Aktı isə Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli 2- 619a/2006 saylı qətnaməsi əsasında verilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Qusar rayon məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında 2-619a/2006 saylı mülki iş üzrə çıxarılmış 2-619a/2006 saylı, xx xxxxx 2006-cı il tarixli qətnamə mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-4-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci hissəsinə əsasəntorpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin həmin Maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Şərh olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9rşı Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar