Məhkəmə qərarları › İş №2(029)-726/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-726/2020

28.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-726/2020 28.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 İdarəsinin nümayəndəsi X1 Cavabdeh Qayıbəli oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin Cavabdeh Qayıbəli oğluna qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin Cavabdeh Qayıbəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənimsənilmiş 9102.35 (doqquz min bir yüz iki manat otuz beş qəpik) manat dövlət vəsaitinin Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qayıbəli oğlu məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyi bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin Cavabdeh Qayıbəli oğluna qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X5 idarəsinin Cavabdeh Qayıbəli oğluna qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar