Məhkəmə qərarları › İş №2(029)-734/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-734/2020

25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-734/2020 25.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər X11, Cavabdeh3 Şixverdi oğlunun və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər X12, X13, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər X12, X13, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X8, X9, Cavabdeh3 Şixverdi oğlundan, Cavabdeh4, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X25ndən maddi ziyan kimi 19.000 (on doqquz min) manat, mənəvi ziyan kimi 5000 (beş min) manat və dövlət rüsumu kimi 30 (otuz) manat qismində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2018-ci ilin iyun ayında Qusar rayonu Hil kəndində yerləşən, onun mülkiyyətində olan bağ sahəsində yetişdirilmiş 2 (iki) iri qoz ağaclarını işıq çəkmək adı ilə 5 nəfər Qusar rayonu Hil kəndinin sakinləri Cavabdeh3 Şixverdi oğlu, X20, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 tərəfindən razılıq alınmadan və icazəsiz ağacları gövdədən elektrik mişarı ilə kəsmişlər. Həmin qoz ağacların kəsilməsində X23 işçiləri də iştirak etmişlər. Qanunsuz olaraq onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindənkənd sakinlərinə işıq xətti çəkmişlər. Halbuki həmin ərazidən işıq xəttinin keçməsi nəzərdə tutulmamışdır. xx xxxx 2018-ci il tarixdə Qusar rayon Hil kəndinin sahə müvəkkili Elvin Allahquliyevə müraciət edib həyətindəki qoz ağaclarının icazəsiz kəsilməsi barədə məlumat vermişdir. Elvin Allahquliyev həyətlərinə gəlib telefonla kəsilmiş ağacların şəklini çəkib, tezliklə işə baxacağına söz vermiş, lakin heç bir ölçü götürməmişdir. Qusar rayon Polis İdarəsinə müraciət etsə də, xx xxxxxxx 2018-ci il tarixli Qusar RPŞ-nin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Müraciətinə cavab olaraq Sonradan “X28 Təchizatı və Satışı İdarəsi” X25 xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, “istismara yararsız, qəzalı dayaqların dəyişdirilməsi məqsədi ilə işlərin görülməsi zamanı insan sağlamlığına təhlükə yaratdığından qoz ağaclarının budaqları kəsilmiş və naqillər üzrə dayaqlar keçirilmiş, xəttdə dayaqların dəyişdirilməsi zamanı 0.4 KV-lıq xəttin trassası və istiqaməti dəyişdirilməmişdir”. Onların həyətindən elektrik naqillərinin keçməsi planda nəzərdə tutulmamışdır. Həyətində olan qoz ağacları elektrik naqillərinə mane ola bilməzdi. İşıq xəttini dəyişib onların həyətindən keçirməsəydilər onun əmlakına qəsd edilməzdi. İşıq naqillərinin dəyişdirilməsi nəticəsində əmlakına qarşı qəsd edilmiş, gəlir mənbəyi kimi istifadə etdikləri qoz ağacları məhsula yararsız vəziyyətə salınmışdır. Həmin qoz ağaclarının hər birinin ayrılıqda qiyməti 2500 (iki min beş yüz) manatdan başlayır, ikisi ən azı 5 min manat dəyərindədir. Nəzərə alanda ki, bu qoz ağacları basdırıldıqdan10 il sonra bar verir, yəni əvvəlki hala gəlməsi üçün 10 il vaxt lazımdır ki, bar versin. Bir qoz ağacından ildə minimum 700 manat gəlir götürürülməsi nəzərə alınaraq iki qoz ağacının illik gəliri 1400 manat təşkil edir. 1400 manat 10 il müddətinə vurulduqda 14(on dörd min) min manat pul vəsaiti əldən çıxmış, fayda kimi dəyərləndirilməlidir (14 min manat + 5 min manat= 19 min manat). 19(on doqquz min) min manat onun əmlakının əvəzi kimi və mülki dövriyyədən əldə etdiyi gəlir kimi ona ödənilməlidir. X10 həyətində kəsilmiş qoz ağacları ilə əlaaqədar Qusar rayon məhkəməsində iddia qaldırmış, lakin onun iddiası təmin edilməmiş, Apellyasiya Məhkəməsi də həmin qətnaməni qüvvəsində saxlamışdır. Onun Anası 80 yaşdan yuxarı olan ahıl qadındır. Özü isə 2-ci qrup əlildir. Onları xəbərdar etmədən, razılıqlarını almadan icazəsiz əmlakına ziyan vurulması, onların müxtəlif instansiyalara şikayət etmələri, qapılara ayaq döyməkləri, keçirdikləri əsəb və iztirablar sarsıntı keçirmələri müşahidə olunmuş, bunun nəticəsində də ona mənəvi ziyan dəymişdir. Ona dəyən mənəvi ziyan da cavabdehlər tərəfindən ödənilməlidir. Ona dəymiş mənəvi ziyanı 5000 (beş min) manat qiymətləndirir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını mıəhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 Şixverdi oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Qusar rayonu Hil kəndində yaşayır. İddiaçı və iş üzrə cavabdehlər X20, Cavabdeh4, X21 və Cavabdeh5 onun qonşularıdırlar. 2018-ci ilin iyun ayında “xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X23 işçiləri İddiaçı həyətinə naqilləri yeniləmək üçün gəlmişdilər. Həmin elektrik xətti əvvəlcədən orada mövcud olmuş, “xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X23 işçiləri naqilləri yeniləmişlər. O, digər cavabdehlərlə birlikdə xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X23 işçilərinə elektrik naqillərinin dəyişdirilməsinə mane olan, küçə tərəfə çıxmış İddiaçı məxsus bağ sahəsində olan qoz ağaclarını budamaq üçün köməklik göstərmişlər. Onlara qarşı məhkəmədə qaldırılmış iddia tələbi əsassızdər, rədd olunmalıdır. İddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, hazırki iddia tələbi ilə 2019-cu ildə iddiaçının anası X1 rayon məhkəməsində ona və qeyrilərinə qarşı iddia qaldırmış, Qusar rayon məhkəməsinin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsinə əsasən iddia əsassız olduğundan rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)-569/2020 saylı qətnaməsinə əsasən Qusar rayon məhkəməsiin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və X21 iddianı qəbul etməyərək Cavabdeh3 Şixverdi oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdehlər X20, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X25 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X20, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X25nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər X20, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X23 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh3 Şixverdi oğlunun, Cavabdeh4 və X11 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-409A KOD 30111018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon X16 xx xxxxxxx 1998-ci il tarixli 17/3 nömrəli qərarı ilə X4 mülkiyyətinə Qusar rayonu Hil kəndi ərazisindən 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı X14 xx xxxxxxx 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Minayət Hacıqayıbovaya tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X25 tərəfindən Minayət Hacıqayıbovaya ünvanlanmış xx xxxxx 2019-cu il tarixli SQƏ-80 saylı cavab məktubundan görünür ki, 2018-ci ilin may ayında Hil kəndində 0.4 KV-luq HX-də istismara yararsız, qəzalı dayaqların dəyişdirilməsi məqsədilə həmin ünvana 3 ədəd dayaq göndərilmişdir. Xətdə dayaqların dəyişdirilməsi işləri görülməsi zamanı 0.4 KV-luq HX-nə toxunduğu üçün insan sağlamlığına təhlükə yaratdığından qoz ağacının budaqları kəsilmiş və naqillər təzə dayaqlara keçirilmiş, xəttdə dayaqların dəyişdirilməsi zamanı 0.4 KV-luq xəttin trassası və istiqaməti dəyişdirilməmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh3 Şixverdi oğluna, X12, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, “xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 569/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X3 apelyasiya şikayət təmin olunmamışdır. Qusar rayon məhkəməsinin 2(029)-767/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən görünür ki, iddiaçı X7 hazırki iddia tələbini irıli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etmədiyindən apelyasiya şikayətinin dəliləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün MPM-nin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmçinin həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin müddəalarına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Beləliklə, Qusar rayon məhkəməsinin icraatında olmuş 2(029)-767/2019 saylı mülki iş üzrə iddiaçı, hazırkı iş üzrə iddiaçının anası X2 cavabdehlər Cavabdeh3 Şixverdi oğluna, X12, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, “xxxxxxxx” ASC “X28 Təchizatı və Satışı İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən araşdırılmış və həmin iddianın əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən iddia rədd edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və qətnamə hazırda qüvvədədir. Odur ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmənin icraatında olmuş 2(029)-767/2019 saylı mülki iş üzrə qəbul edilmiş və hazırda qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiytindən hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X12, X13, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X12, X13, Cavabdeh3 Şixverdi oğluna, Cavabdeh4, Cavabdeh5 və “xxxxxxxx” ASC-nin X28 Təchizatı və Satış İdarəsi X18rşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar