Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-78/2023 13.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X24, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və tərcüməçi X11 iştirakları ilə, İddiaçı X24 Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X43 Cavabdeh qarşı çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 10696 (on min altı yüz doxsan altı) manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X43 iddianı onunla əsaslandırmışdır ki, o, X5 və Cavabdeh oğlu X14 ilə 2013-cü ildə nikahı qeydiyyat orqanında qeyd etdiməklə ailə həyatı qurmuş, həmin nikahdan 10 aprel 2014-cü il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra Rasim Vəlibəyovla birlikdə bir müddət Rasimin valideynlərinə məxsus olmaqla Qusar rayonu Urva kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Sonradan Rasimin valideynləri ilə bir yerdə yaşamaqları çətinlik yaratdığına görə X5 adına olmaqla Qusar rayonu Urva kəndində yerləşən 10 ha həyətyanı torpaq sahəsində onun valideynlərinin maddi və fiziki köməyi ilə 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini tikmiş və 2019-cu ildən başlayaraq həmin evdə azyaşlı uşağı ilə birlikdə yaşamağa başlamışlar. Qeyd olunan və İlhanə Vəlibəyovanın adına olan torpaq sahəsində yaşayış evinin tikintisi qarşılıqlı razılıq əsasında valideynlərinin, xüsusilə atası Seymur Əhmədovun zəhməti və maddi köməkliyi sahəsində aparılmışdır. Evin tikintisi üçün vəsait olmadığına görə atası özünə məxsus pay torpaq sahəsini satmaqla əldə olunan vəsait hesabına qeyd olunan evin tikintisini başa çatdırmışlar. Sonradan ailə münasibətləri pozulmuş və onun ağır ürək xəstəliyinə görə Rasim Vəlibəyov aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, azyaşlı Yusif onun himayəsində saxlanılmışdır. Bundan başqa, Rasim Vəlibəyovdan azyaşlı Yusifin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat aliment alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Həmin vaxtdan da Rasim Vəlibəyov valideynlərinə məxsus evə qayıdaraq orada yaşamağa başlamış, o, isə azyaşlı oğlu Yusiflə birlikdə birgə nikah dövründə inşa etdikləri bir mərtəbəli evdə yaşamışdır. X12 onun yuxarıda qeyd olunan, valideynlərinin köməyi sayəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmağı barədə iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, onun Qusar rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021- ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X8 məxsus fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 520/2021 saylı qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Qusar rayonu Urva kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi X22 Vəlibəyovun arvadı olmuş İddiaçı özünün ailə üzvü hesab etməklə mübahisəli evə köçürsə də, sonuncunun həmin evdən istifadə etməsi həmin şəxslə Rasim Vəlibəyovun arasında olan ailə hüquq münasibətlərindən asılı olmuşdur. Belə ki, İddiaçı ilə İlhanə Vəlibəyova arasında evdən istifadə hüququnun əmələ gəlməsi barədə heç bir yazılı müqavilə bağlanmamış və həmin şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonradan İddiaçı ilə Rasim Vəlibəyovun arasında olan nikah pozulmuş və bununla da, İddiaçı mülkiyyətçi İlhanə Vəlibəyovanın ailə üzvləri sırasından çıxmışdır. Hazırda İddiaçı İlhanə Vəlibəyovanın keçmiş ailə üzvüdür. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə İddiaçı mübahisəli evə dair istifadə hüququ yaranmamış, ailə hüquq münasibətlərindən irəli gələn evdən istifadə etmək hüququ isə itirilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, İddiaçı tərəfindən İlhanə Vəlibəyovanın mübahisəli evə dair mülkiyyət hüququna əsassız müdaxilə baş vermiş və ona görə də, həmin müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İlhanə Vəlibəyovanın mülkiyyət hüququ müdafiə olunmaqla İddiaçı həmin evdən çıxarılmalıdır. Məhkəmə İddiaçı həmin evin onun valideynlərinin vəsaiti hesabına inşa edildiyi barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin hal evə dair mülkiyyət hüququnun, o cümlədən həmin hüququn tərkib hissəsi olan istifadə hüququnun əmələ gəlməsi əsası kimi qəbul edilə bilməz, belə bir hal mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair İlhanə Vəlibəyovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmiş, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmə İddiaçı həmin dəlillərini qəbul etmir”. Bununla da, məhkəmə qətnaməsi ilə onun Rasim Vəlibəyovla nikahda olduğu müddətdə yuxarıda qeyd etdiyi evin mülkiyyətçisi olan İlhanə Vəlibəyovanın ailə üzvü kimi həmin evin qanuni istifadəçisi və sahibi olduğu, orada qanuni şəkildə yaşadığı, lakin, Rasim Vəlibəyovla boşandıqdan sonra həmin istifadə hüququnun itirildiyi təsdiq olunmuşdur. Qusar rayon məhkəməsi onun istifadə hüququ itirildikdən sonra orada yaşamağının İlhanə Vəlibəyovanın mülkiyyət hüququnu pozduğu qənaətinə gəlmiş və həmin şəxsin mülkiyyət hüququnu müdafiə edərək onun həmin evdən çıxarılmağını qət etmişdir. O, aşağıda qeyd etdiyi xərcləri isə həmin evdə qanuni şəkildə yaşadığı və evin qanuni sahibi olduğu müddətdə çəkmişdir. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin tikintisinin başa çatdırılması və təmir edilməsi üçün onun tərəfindən aşağıdakı xərclər çəkilmişdir: Ustaya xərclənən pul - 2500 (iki min beş yüz) manat, qaz və işığın sayğacına verilən pul - 320 manat, ağdağ suvaq, divar kağızı,alcıpan, boya, emulsiyaya verilən pul - 1300 (min üç yüz) manat, fanerkaya, pol ağaclarına verilən pul 360 (üç yüz altmış) manat, taxtaya verilən pul - 1320 (min üç yüz iyirmi) manat, dam öıltiyünə verilən pul - 2200 (iki min iki yüz) manat, sement norm suvaq -646 (altı yüz qırx altı) manat, kabelə verilən pul - 200 (iki yüz) manat, elektrik ustaya - 50 ( əlli) manat, plastik pəncərəyə - 8 ədədinə - 1200 (min iki yüz) manat, əlavə təmir ücün verilən pul - 300 (üç yüz) manat, bakıdan maşına verilən pul – 300 (üç yüz) manat-cəmi 10696 (on min altı yüz doxsan altı) manat. Beləliklə qeyd olunan evin ümumilikdə tikintisi və təmiri üçün 10696 (on min altı yüz doxsan altı) manat məbləğində xərc çəkmişdir. Həmin xərcləri o, atasının maddi köməkliyi, həmçinin özünün qızıl-zinət əşyalarını satmaqla çəkmişdir. Həm də həmin xərcləri o, evin vicdanlı sahibi olaraq çəkmişdir. Çünki, həmin xərcləri çəkərkən o, İlhanə Vəlibəyovanın ailə üzvü olmuşdur, sonuncu həmin evin onların ailəsinə məxsus olduğunu, orada onların daimi yaşayacaqlarını, evin onunla Rasim Vəlibəyovun mülkiyyətinə keçəcəyini bildirmişdir. O, səhhətində yaranmış problemlərlə əlaqədar ümumiyyətlə işləyə bilmir, açıq ürək əməliyyatı keçirmiş və keçmiş həyat yoldaşı tərəfindən nikahın pozulmasının əsas səbəbi də bu olmuşdur. Hazırda cox ağır vəziyyətdə atasına məxsus evdə yaşayır. 10 aprel 2014-cü il təvəllüdlü oğlu Yusif də onun himayəsindədir. Bundan başqa, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bundan sonra Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 520/2021 saylı qətnaməsinin icrası məqsədi ilə Qusar Rayon İcra Şöbəsi tərəfindən vəfat etmiş şəxsi onun vərəsəsi ilə əvəz etmək məqsədi ilə ölüm faktının təsdiq edilməsi üçün Qusar Rayon Qeydiyyat Şöbəsinə, X5 ölümündən sonra miras qalmış əmlaklarına vərəsəliyin qəbul edilib-edilmədiyi barədə Qusar Rayon Notariat Ofisinə sorğular verilmişdir. Qusar Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/Q-106-19 saylı sorğuya cavab məktubunda X5 xx.xx.2022-ci il tarixdə ölməsi və bununla bağlı 0208 saylı ölüm haqqında akt qeydi aparildığı bildirilmişdir. Qusar Rayon Notariat Ofisinin 17 iyul 2022-ci il tarixli X-829 saylı sorğuya cavab məktubunda mərhum X5 ölümündən sonra miras qalmış əmlaka dair sonuncunun əri Cavabdeh müraciətinə əsasən vərəsəlik işinin açıldığı bildirilmiş və bundan sonra Qusar rayon İcra və Probasiya şöbəsinin rəisi X27 xx.xx.2022-ci il tarixli Qərarı ilə X5 hüquqi varisi onun həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi X12 vəfat etdiyindən və onun ölümündən sonra miras qalmış əmlakı vərəsəsi olan əri Cavabdeh qəbul və idarə etdiyindən, İlhanə Vəlibəyovanın miras passivi, yəni üçüncü şəxslər qarşısında olan öhdəlikləri Cavabdeh keçmiş və bu səbəbdən də, həmin şəxs onun hazırkı iddiası üzrə cavabdehlik daşıyan şəxsdir. Hal-hazırda o, tikintisinə və təmirinə xərc çəkdiyi fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə İlhanə Vəlibəyovanın mülkiyyətindədir, həmin əmlaklar Cavabdeh tərəfindən vərəsəlik yolu ilə faktiki olaraq, həmçinin notariat orqanına ərizə verilməklə həmin şəxsə keçmiş, onun öz yaxşılaşdırmalarını isə həmin evdən ayırmaq mümkün deyildir. Belə olan halda, həmin yaxşılaşdırmaların dəyəri, yəni 10696 (on min altı yüz doxsan altı) manat məbləğində pul Cavabdeh tutularaq ona verilməlidir. Həmçinin, onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin iddiaçı X24 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş və mübahisəli evin dəyəri 29700 manat müəyyən edilmişdir. Bundan başqa, ilkin iddia ərizəsində iddiaçının atasının usta olması, usta kimi mübahisəli evin təmir-tikintisində birbaşa iştirak edərək gördüyü işlərin dəyəri qeyd olunmamışdır. İddiaçının atasının gördüyü işlərin dəyəri təxminən 4400 manat təşkil edir. Odur ki, hazırda idda tələbinin həcminin artırılmasına zərurət yaranmış və ona görə də, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmi artırılaraq Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkiləb xərcin əvəzi kimi 15000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, həmin iddianı qəbul etmir və aşağıdakı əsaslara görə hesab edir ki, iddia tamamilə qanunsuz və əsassızdır, rədd edilməlidir. Belə ki, Qusar rayonu Urva kəndində yeləşən 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə həyat yoldaşı İlhanə Vəlibəyovaya məxsus olmuşdur. Həmin evə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla **********70-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X43 onun keçmiş gəlinidir. Belə ki, həmin şəxs 11 iyul 2013-cü il tarixdə oğlum X14 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Qusar rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən onların aralarındakı nikah pozulmuşdur. İddiaçı onun oğlu ilə ailə həyatı qurduqdan sonra gəlin kimi onların yaşadıqları evə köçmüş, bir müddət keçdikdən sonra isə oğlu X33rdan ayrı, başqa bir evdə yaşamaq istəmişlər və özləri üçün ev əldə edənədək müvəqqəti olaraq onların başqa bir oğlu üçün özlərinə məxsus torpaq sahəsində inşa etdikləri və həyat yoldaşı İLhanə Vəlibəyovanın mülkiyyətində olan evə köçərək orada yaşamağa başlamışlar. Rena Əhmədova onun oğlundan ayrılandan sonra oğlu özünün əvvəl yaşadığı evə, yəni onların yanına qayıtmış, Rena Əhmədova isə həmin evdən çıxmayaraq orada yaşamaqda davam etmişdir. Dəfələrlə həmin şəxsdən həmin evdən çıxmasını tələb etsələr də, həmin şəxs həmin evdən çıxmayacağını bildirmişdir. Bu səbəbdən də, X3 Əhmədovanın onlar tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(029)-504/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X48 rayonu Urva kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 28 aprel 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həyat yoldaşı X15ma məxsus fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Sonradan həyat yoldaşı İlhanə Vəlibəyova vəfat etmiş və həmin fərdi yaşayış evi vərəslik yolu ilə onun mülkiyyətinə keçmişdir. Rena Əhmədovanın guya həmin evdə yaxşılaşdırma işlərini aparması tamamilə yalandır, onun atası 3 gün evin bünövrəsi tikilərkən, 3 gün isə evin damı qoyularkən sadəcə usta kimi köməklik göstərmiş, lakin evin tikintisinə hər hansı pul xərcləməmişdir. Odur ki, iddiaçının həmin evə görə hər hansı xərc çəkməsi əsası ilə ondan pul tələb etməsi qanunsuzdur. Odur ki, hesab edir ki, X24 iddiası əsassız və qanunsuz olduğundan tam rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı X24 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, ərizədəki xüsusatlərı təsdiq etmiş və izahatında bildirmişdir ki, iddiaçı Rena Əhmədova Cavabdehnın oğlu Rasim Vəlibəyov ilə 2013-cü ildə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 10 aprel 2014-cü il təvəllüdlü Yusif adlı uşağı anadan olmuşdur. Sonradan iddiaçının əvvəlki qaynanası X8 məxsus Qusar rayonu Urva kəndində yerləşən 10 ha həyətyanı torpaq sahəsində ev tikmişlər. Ailə qurduqdan sonra bir müddət cavabdehə məxsus evdə yaşayıblar, sonradan 2019-cu ildən başlayaraq ev tikməyə başlayıblar. Ev tikilmiş torpaq sahəsi iddiaçının qayınanasına məxsus olsa da aparılmış tikinti işləri tərəflər qarşılıqlı olaraq aparılıb, iddiaçının atası Seymur və onun tərəfindən dəvət olunmuş ustalar tikinti işləri aparıb, tikinti malların gətirilməsində və alınmasında iddiaçının atası iştirak edib. Həm ustalara xərclənən pul, həm alınmış tikinti malların dəyəri ilə bağlı hazırki iddia qaldırmış və 10696 manat məbləğində pul tələb etmişdir. Məhkəmənin hazırlıq iclasında qiymətləndirilmə ekspertizası təyin olunmuş, ekspertin nəticəsi olaraq evin hazırki dəyəri 29300 manat müəyyən olunmuş, buna görə onların nəzərdə tutduqları məbləğdən artıq olduğuna görə sonra iddia həcmi artırılaraq 15000 manat məbləğində pul tələb etmişlər. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının himayəsində azyaşlı uşağı var, hal hazırda ağır vəziyyətdə yaşayır, gəlin köçdüyü və sonradan tikilmiş iki il yaşadığı mübahisəli evdə hər hansı istifadə hüququ verilməyib, hazırda Qusar şəhərində kirayədə qalır, maddi vəziyyəti həddindən artıq pisdir. Ev tikilmiş torpaq sahəsi X5 adında olsa da, İlhamə xx.xx.2022-cil il tarixdə vəfat etmiş, onun ölümündən sonra miras qalmış əmlaka dair əri Cavabdeh müraciətinə əsasən vərəsəlik işi açılıb və şəhadətnamə cavabdehə verilib. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X43 iddianı müdafiə edərək, ərizədəki xüsusatlərı təsdiq etmiş, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil dediklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, həmin ev dörd otaqdan ibarət olub. O, qızıllarını satıb evə xərcləmişdir. O, ağır vəziyyətdə bağlarda işləyir qazandığı pulla həmin evə qaz və işıq sayğacları çəkdirmişdir. Evin tikintisində atasının zəhməti var, evin pəncərələrini atası qoymuş, atası evə xərclədiyi pulu ona hədiyyə vermişdir. Bunların nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfin dedikləri hamısı yalandır. Həqiqətən də iddiaçının atası Seymur üç gün evə bünövrə qoyulanda işləyib, üç gün də evə dam vurulanda işləyib. Sonra tikintidə Seymurun nəvələri Zaur Laçinov və Zamir Cigərxanov dam vurulanda işləyiblər. O, pul qazanmır, ikinci qrup əlildir, pensiya alır, hamısı onun və üç oğlunun zəhmətidir. Oğlu iddiaçı ilə evləndikdən sonra iddiaçı gəlin kimi onun evinə gəlib. Cavabdeh onların evinə gəlin köçən gündən xəstə olub, daimi müalicələrdə olub. Arvadı bağlarda işləyib, qazandığı pulla bir iki cərgə hörüb. İddiaçını üç qardaşı var, pulları olsaydı onlar üçün ev tikərdi. Hər dəfə pensiya alanda iddiaçının anası gəlib qızını həkimə aparmaq üçün onlardan pul istəyib. O, oğlunu və gəlinini 2019-cu ilin yay ayında təzə evə çıxartmışdır. Evi 2018-ci ildən tikməyə başlayıb. Həmin evin bir otağı hazır idi. İddiaçının atası Seymur ağır qaldıra bilmirdi, evin tikintisində cəmi altı gün işləyib. Evi tikintisində o, üç oğlu, Zamir, General və Seymur işləyiblər. İddiaçı qızılları bu gün satıb, səhərisi gün isə pulu da götürüb gedib. İddiaçı tərəf pəncərə pulunu iddiaçının atası verdiyini deyir. Pulu o, vermişdir, bir dəfə verməyə imkanım olmadığına görə pulu hissə-hissə vermişdir. Pəncərələri 2019-cu ildə almışdır. Səkkiz pəncərə və üç nəfəslik üçün 970 manat pul vermişdir. Pəncərələri sifariş etməyə o, onun oğlu və Seymur getmişlər. Həmin pəncərə sifariş dəftərinə Seymur öz adını yazdırmışdır, qohum olduğundan bu hala etiraz etməmişdir. İddiaçının atası Seymur dəmir ustasıdır. Dam üçün dəmiri Seymur Bakı şəhərində olan sexlər ilə əlaqə saxlayıb sifariş etmişdir, dam üçün dəmiri Seymur öz adına götürüb, Seymur vasitəçi olub. Seymurun neçə kvadratlıq iş gördüyünü bilmir, başqa ustalar da olub. Beton tökən vaxt onlardan da gəlmiş, o da var idi. İddiaçı tərəf evə pul xərcləməyib, o, Dərbənd şəhərindən kredit alıb evə xərcləmişdir. Evin dəyəri dəqiq bilmir, 10-15 min manat olar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 ifadəsində bildirmişdir ki, evi əvvəldən o tikmişdir, əvvəl iplər çəkilmiş, bünövrə atılmış, birinci çay daşı hörülmüş, sonra mişar daşından hörülmüşdür. Evin birinci mərtəbəsinin tikilməsi üçün usta pulu min manat təşkil etmişdir. Evin ikinci mərtəbəsinin tikintisində o, iştirak etməmiş, özləri tikmişlər. Evin tikintisində evin sahibləri özləri də iştirak etmişdir. Ev tikiləndə 80-100 kisə sement alınmışdır. Evin birinci mərtəbəsini tikdikdən sonra o, başqa iş tapıb orada işləmişdir. Həmin evə dam vurulmasında o, iştirak etmişdir. Evə tirləri özləri almışlar. Qalan dörd kub taxtanı o, almışdır. Dəmiri Bakı şəhərindən almışdır. Dam vurulanda mismardan başlayıb nə lazımdısa özü almışdır. Ona borclu olan iki nəfər ona dam vurmağa kömək etmişdir. O, dam vuranda cavabdeh tərəf orada olmayıb. Səkkiz pəncərəni o, sifariş verib almışdır. Pəncərələrə min manatdan yuxarı pul vermişdir. Qusarçaydan nə lazımdısa gətirib bir otağı təmir etmiş, divar kağızına kimi vurulmuş, sanitar qovşağı qoyulmuşdur. Yuxarıda göstərdiyi işləri, çəkdiyi xərcləri qızına hədiyyə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, mübahisəli evin dam örtüyünün vurulmasında iştirak etmişdir. Onu həmin evin dam örtüyünün vurulması üçün Əhmədov Seymur dəvət etmişdir. O, dam qurtarana kimi iştirak etmiş, təxminən bir həftə orada işləmişdir. Onun gördüyü işin dəyəri ***-**** manatdır. Dam vurduğuna görə cavabdeh tərəfindən ona pul ödənilməmiş, onun Seymura borcu olmuş, həmin borcun əvəzi olaraq o, pulsuz işləmişdir. Dam vurulanda o, Seymur, cavabdehin oğlanları olublar. O, dəqiq neçə kvadrat metr dam vurduğunu bilmir, təxminən 90 kvadrat metr olmuşdur. O, öz əmək haqqını 900 manat qiymətləndirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, Seymur onun dayısıdır. Onun qazel markalı maşını var, bir dəfə evin damını bağlamaq üçün Piral kəndindən dörd kub taxta gətirmişdir. Taxta gətirməyə Əhmədov Seymur və Tahir adlı şəxslə getmişdir. Tahiri onlara kömək etmək üçün aparmışdır. O vaxt taxtanın bir kubunun qiyməti 400 manat olardı. Taxtanın pulunu onun yanında Əhmədov Seymur ödəmişdir. Bir dəfə də Xaçmaz rayonu Qusarçay kəndində olan mağazadan üç min manatlıq material gətirmişdir. Qusarçaya onunla Rena, sonuncunun anası və atası gəlmişdir. Qusarçaydan ağdaş, giper, alçipan, reka almışlar. Qusarçayda aldığı malların pulunu Seymur ödəmişdir. Cavabdeh həmin vaxt onlarla olmamışdır, həmin malların pulunun cavabdeh tərəfindən ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusudur, evlərinin arasında 50 metr məsafə var. İddiaçının atası evin bünövrəsi qoyulanda üç gün orada işləyib, qalan işlərin hamısını cavabdeh özü görüb. Orda iddiaçının atasından başqa gələn şəxslər də işləyib. Evin damını da iddiaçının atası bağlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, Şirinbalanı o, həmin torpaq sahəsini alandan orda görmüşdür, onun həyətində günə 15 manat fəhlə kimi işləmişdir. Həmin torpaq sahəsində çiy kərpiçdən köhnə tikili olmuş, o, oranı söküb, torpağı öz həyətinə aparmışdır. Cavabdeh evin bünövrəsindən dam vurulana kimi orada işləyib. Seymur da orda işləyib. O, bünövrədə işləməmiş, ancaq kərpic gətirən vaxtı işləmişdir. Seymuru orda evin damını bağlayanda usta kimi işlədiyini görmüşdür. Evin bünövrəsindən o, fəhlə kimi işləmişdir. Seymurun evin bünövrəsində işlədiyini görməmişdir. O, həmin vaxt mühafizədə işləyirdi, evdə olan vaxtlarda kömək etmək üçün orda işləmişdir. O, orda Fərrux və Ramaldini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, o, Şirinbalanın həyətində usta işləmişdir, özü və oğlanları da işləyib, ona pulu Şirinbala vermişdir. O, evin bünövrəsində işləməmiş, evin şkaturkasını vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Şirinbalanın həyətində usta işləmiş, bir mərtəbənin hörgü işini o görmüşdür. O, ora işləməyə gedəndə evin aşağı hissəsi tikilmiş hazır vəziyyətdə idi. O, evin birinci mərtəbəsini tikmişdir. Evin kürsüsü hazır idi, sonrasını o, payasaya kimi tikmişdir. Evin birinci mərtəbəsində və damın tikintisində iştirak etməmişdir. O, evin bünövrəsində işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Şirinbala onun qonşusudur, Cavabdeh orda evi təzə tikib. Evinə lazım olan materialları cavabdeh öz həyətində yer olmadığına görə onun həyətinə töküb. Evin bünövrəsini cavabdehin qudası yəni Seymur tikdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, Şirinbalanın evində o, hörgü işi və suvaq işi görmüşdür. O, evin kürsüsünün tikintisində işləməmiş, evin birinci mərtəbəsində hörgü işini işləmişdir. O, evin damın tikintisində işləməmişdir. Evin damının kim tərəfindən vurulduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, o, Seymuru üç gün evin bünövrəsi tikiləndə görmüş, altı gün isə evin damının quraşdırılması zamanı görmüşdür. İşə baxıb, tərəflərin izhatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X37 xx.xx.2014-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X4, anası İddiaçıdır. İşdə olan Qusar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X37 ilə İddiaçı arasındakı nikah Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Bundan sonra qadın “Əhmədova” soyadını qəbul etmişdir. İşdə olan X26, X2, X1, X7, X28, X20 və X21 iştirakları ilə tərtib olunmuş 20 avqust 2021-ci il tarixli aktdan görünür ki, Qusar rayonu Urva kənd sakini X26 qızı Əhmədova (Vəlibəyova) Rena Seymur qızı həmin kənd sakini X14 ilə 2013-cü ildə evlənmiş və həmin nikahdan onların 2014-cü ildə Yusif adlı uşaqları doğulmuşdur. İddiaçı 2019-cu ilə kimi X14 ilə birlikdə sonuncunun valideynlərinə məxsus evdə yaşamış, 2018-ci ilin yayından isə Rasim Vəlibəyovun anası İlhanə Vəlibəyovanın adına olan həyətyanı torpaq sahəsində hər iki tərəfin valideynlərinin köməkliyi ilə iki mərtəbəli fərdi yaşayış evini tikmiş və həmin vaxtdan da o evdə yaşamışlar. Həmin yaşayış evinin fundamentdən başlayaraq birinci mərtəbəsi İddiaçı atası Seymur Əhmədov tərəfindən öz qohum-qardaşlarının köməkliyi ilə tikilmiş, mişardaşı Rasim Vəlibəyovun atası Cavabdeh tərəfindən alınsa da sementin alınması və birinci mərtəbənin tikintisi Seymur Əhmədov tərəfindən öz qohumlarının köməkliyi ilə qarşı tərəfin heç bir köməkliyi olmadan aparılmışdır. Evin 2-ci mərtəbəsi Rasim Vəlibəyovun valideynlərinin vəsaiti hesabına tikilsə də tikilməsində Seymur Vəlibəyovun da iştirakı olmuşdur. Evin damının örtülməsi üçün metal kirəmiti Seymur Əhmədov Bakı şəhərindən öz vəsaiti hesabına alıb gətirmiş, 4 kub. metr taxta materialını da Qusar rayonu Piral kəndində yerləşən tikinti materialları mağazasından almış və damın örtülməsini, evin divarlarının suvaqlanması işlərini də Seymur Əhmədov görmüşdür. Evin işıqlandırılmasının və qazlaşdırılması işlərinin görülməsi ilə əlaqədar bütün xərcləri isə İddiaçı işləməklə ödəmiş, bundan başqa İddiaçı öz qızıl-zinət əşyalarını sataraq təxminən 3000 (üç min) manat məbləğində pulu həmin evin tikintisinə xərcləmişdir. İşdə olan 14 fevral 2019-cu il tarixli qaimə-fakturanın surətindən görünür ki, 200 kv.metr dam örtüyü 2200 manata alınmış, həmin qaiməni Əhmədov S. təhvil almışdır. İş materiallarında olan qəbzdən görünür ki, X38 2018-ci ildə kəndçisi Əhmədov Seymura 80 kisəyə yaxın sement vermişdir. İşdə olan Qusar rayon İcra şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli 2009/22 saylı icraata vərəsəlik və ya hüquq varisinin əvəz edilməsi haqqında qərardan görünür ki, icraat zamanı ölmüş X5 əvəzinə onun hüququ varisi həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli X-1388 saylı məktubdan görünür ki, Qusar rayon Notariat ofisinə xx.xx.2022-ci il tarixində Cavabdeh, xx.xx.2022-ci il tarixində vəfat etmiş mərhum X5 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciəti daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə 349 reyestr nömrəli vərəsəlik işi açılmışdır və Cavabdeh tərəfindən mərhum X5 miras qalmış əmlak üzrə vərəsəliyi qəbul olunmamışdır. İşdə olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli ƏEV/Y 05-005/23 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısına qoyulmuş sualın birinci hissəsinə əsasən iddiaçı X24 Cavabdeh qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair 2(029)-871/2022 saylı iş üzrə Qusar rayonu Urva kəndində yerləşən yaşayış evinin hal-hazırkı vəziyyətdə 09 yanvar 2023-cü il tarixinə bazar dəyəri 29700 (iyirmi doqquz min yeddi yüz) manat təşkil edir. Ekspert qarşısına qoyulmuş sualın ikinci hissəsinə əsasən iddiaçı X24 Cavabdeh qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” tələbinə dair 2(029)-871/2022 saylı iş üzrə Qusar rayonu Urva kəndində yerləşən yaşayış evinin təmir olunanadək olan vəziyyətdə 09 yanvar 2023-cü il tarixinə bazar dəyəri 26000 (iyirmi altı min) manat təşkil edir. İşdə olan Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli ƏEV/Y 05-005/23 saylı məktubundan görünür ki, xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 250 (iki yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Göründüyü kimi işin mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı Rena Əhmədova Cavabdeh oğlu Rasim Vəlibəyovla 11 iyul 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş və Rasim Vəlibəyovun valideynləri ilə birlikdə yaşadığı, sonuncunun atası Cavabdeh adına olan Qusar rayonu Urva kəndində yerləşən evə gəlin köçmüşdür. Rena Əhmədova 2019-cu ilədək həmin evdə yaşamış və həmin ildə mərhum X32 rayonu Urva kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş və xüsusi mülkiyyət hüququ üzrə İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmış, sahəsi 99.9 kv.metr təşkil edən fərdi yaşayış evinə köçmüşdür. X49 ilə Rasim Vəlibəyovun ailə münasibətləri pozulduğuna görə ayrılmışlar və Qusar rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(029)-315/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Bundan sonra həmin evin mülkiyyətçisi olmuş mərhum İlhanə Vəlibəyovanın iddiasına əsasən Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-520/2021 saylı qətnaməsi ilə Rena Əhmədova həmin evdən çıxarılmışdır. Evdən çıxarılmanın hüquqi əsasını Mülki Məcəllənin 157-ci maddəsi (mülkiyyətin müdafiəsi) təşkil etmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamədə qeyd olunmuşdur ki, “Qusar rayonu Urva kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi X22 Vəlibəyovun arvadı olmuş İddiaçı (Əhmədovanı) özünün ailə üzvü hesab etməklə mübahisəli evə köçürsə də, sonuncunun həmin evdən istifadə etməsi həmin şəxslə Rasim Vəlibəyovun arasında olan ailə hüquq münasibətlərindən asılı olmuşdur. Sonradan İddiaçı (Əhmədova) ilə Rasim Vəlibəyovun arasında olan nikah pozulmuş və bununla da, İddiaçı (Əhmədova) mülkiyyətçi İlhanə Vəlibəyovanın ailə üzvləri sırasından çıxmışdır. Bu səbəbdən də, İddiaçı (Əhmədovanın) mübahisəli evə dair istifadə hüququ yaranmamış, ailə hüquq münasibətlərindən irəli gələn evdən istifadə etmək hüququ isə itirilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, həqiqətən də, İddiaçı tərəfindən İlhanə Vəlibəyovanın mübahisəli evə dair mülkiyyət hüququna əsassız müdaxilə baş vermiş və ona görə də, həmin müdaxilə aradan qaldırılmalı, mülkiyyətçi İlhanə Vəlibəyovanın mülkiyyət hüququ müdafiə olunmaqla İddiaçı həmin evdən çıxarılmalıdır”. Həmçinin, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, qeyd olunan fərdi yaşayış evi Rena Əhmədova ilə Rasim Vəlibəyovun birgə nikahda olduqları müddətdə inşa olunmuş və inşası tamamlandıqdan sonra həmin şəxslər uşaqları ilə birlikdə həmin evə köçmüşlər. Həmin ev xüsusi mülkiyyət hüququ üzrə mərhum İlhanə Vəlibəyovanın adına qeydiyyata alınsa da, iddiaçı Rena Əhmədova evin bünövrəsinin salınması, damının quraşdırılması, həmçinin evin təmir olunaraq yaşayış üçün yaralı hala salınması üçün atasının və digər ailə üzvlərinin köməyi ilə müvafiq xərclər çəkmişdir. Həmin xərcləri atasının ona əvəzsiz olaraq, hədiyyə şəklində verdiyi pullar sayəsində çəkmiş, evin təmirquraşdırma işlərində atası da bilavasitə iştirak etmişdir. Həmin faktlar iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri ilə, o cümlədən evin tikintisi zamanı tikinti materialların alınmasına dair təqdim edilmiş sənədlərlə təsdiq olunmuşdur. İddiaçının həmin xərcləri çəkməsi faktına cavabdeh tərəfindən etiraz olunsa da, etirazın əsası kimi istinad olunmuş hallar iddiaçının dəlillərini təkzib edəcək və ya şübhə altına alacaq qədər sübuta yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər iddiaçının dəlillərini tam inkar etməmişlər, əksinə evin tikintisində iddiaçının atasının da iştirak etdiyini bildirmişlər, həmçinin ziddiyyətli ifadələr vermişlər ki, həmin ifadələr cavabdehin özünün etirazının əsaslı olmasını şübhə altına almışdır. Bununla da, Rena Əhmədova həmin evə köçdüyü vaxtdan, yəni 2019-cu ildən Rasim Vəlibəyovla boşandığı vaxtadək həmin evdən qanuni şəkildə istifadə etmiş, həmçinin evin mülkiyyətçisi olmasa da, yaşadığı müddətdə keçmiş əri birlikdə həmin evin sahibi olmuşdur. Bundan başqa, qeyd olunan fərdi yaşayış evinin tikintisi və yaşayış üçün yaralı hala salınması 2019-cu ildə başa çatsa da və iddiaçı həmin evə köçüb yaşamağa başlasa da, həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmamışdı və yalnız Rena Əhmədova ilə Rasim Vəlibəyovun arasındakı nikah məhkəmə tərəfindən pozulduqdan sonra həmin ev mülkiyyət hüququ üzrə İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmışdır Bundan başqa, yuxarıda qeyd edildiyi kimi iddiaçı həmin evi keçmiş əri ilə birlikdə özününkü hesab etməklə həmin evin onun ərinin mülkiyyətinə keçəcəyini ümid etmiş və məhz bu məqsədlə atasının köməkliyi ilə qeyd olunan xərcləri çəkmişdir. Buna baxmayaraq, həmin ev xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və keçmiş ərinin deyil, mərhum qaynanası İlhanə Vəlibəyovanın adına qeydiyyata alınmış və iddiaçı çəkdiyi xərclərin müqabilində əldə edəcəyini ümid etdiyi əmlakdan məhrum olmuşdur. Odur ki, məhkəmə hüquqi dəyərləndirmə zamanı Mülki Məcəllənin 1091, 1092-ci maddələrinin tətbiqini də zəruri hesab edir və belə qənaətə gəlir ki, işin faktiki halları ilə həmin maddələrin dispozisiya şərtləri də uzlaşmaqdadır. Çəkilmiş xərclərin məbləğinə gəldikdə isə məhkəmə tədqiqatı zamanı iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə həmin xərclərin 9526 manat olması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə xərcin məbləğinə dair hissədə iddiaçının dəlilləri ilə qismən razılaşır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 9526 (doqquz min beş yüz iyirmi altı) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul vəsaitin tutularaq iddiaçı X29 verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 250 (iki yüz əlli) manat təşkil edən ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar rayonu Urva kəndində yerləşən evin yaxşılaşdırılmasına çəkilən xərcin əvəzi kimi 9526 (doqquz min beş yüz iyirmi altı) manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 125 manat məbləğində pul vəsaitin tutularaq iddiaçı X29 verilsin. İş üzrə 250 (iki yüz əlli) manat təşkil edən ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-78/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-78/2023
13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver