Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-807/2020 19.08.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinə qarşı pulun qaytarılması və torpaq sahəsinin satılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinə qarşı pulun qaytarılması və torpaq sahəsinin satılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Təqdim olunmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin iddiada pulun qaytarılması tələbindən başqa, həm də, torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasının təmin olunması tələb olunmuşdur. Belə olan halda həmin iddiaya ümumi məhkəmələrdə baxıla bilməz, bələdiyyənin torpaq sahəsinin satılmasından imtina olunduğu təqdirdə, torpaq sahəsinin satılması öhdəliyinin bələdiyyəyənin üzərinə qoyulması tələbinə dair iddiaya baxılması müvafiq inzibati məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı ərizədə göstərilmiş tələblərə ümumi məhkəmədə baxıla bilməz və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya torpaq sahəsinin satılmasının təmin olunması tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinə qarşı pulun qaytarılması və torpaq sahəsinin satılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı torpaq sahəsinin satılmasının təmin olunması tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-807/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-807/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver