Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3133/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Qusar rayonu Aşağı Ləyər bələdiyyəsinə qarşı pulun qaytarılması və torpaq sahəsinin satılmasının təmin edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qusar rayonu, Aşağı Ləyər bələdiyyəsinə qarşı 419,64 manat pulun qaytarılması,0,08 ha torpaq sahəsinin satılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi Maraqlı şəxs ASC-nin Qusar filialına ödənilmiş GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Maraqlı şəxs ASC ərizə ilə məhkəməyə müraciət edərək dövlət rüsumunun geri qaytarılması ilə bağlı qərardadın müvafiq hissəsinə, yəni dövlət rüsumunu tutan orqan hissəsinə düzəliş olunmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(029)-807/2020 saylı qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılmış, həmin qərardadın nəticə hissəsində göstərilmiş “İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi Maraqlı şəxs ASC-nin Qusar filialına ödənilmiş GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın” sözləri “İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi Maraqlı şəxs ASC-nin Qusar filialına ödənilmiş GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın və onun 2808-9071-7552-1773 nömrəli və 6168-7624-9492-1805 nömrəli hesabına köçürülsün” kimi oxunması qərara alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs ASC ondan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Maraqlı şəxs ASC şikayət ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı əsassızdır. İddiaçı tərəfindən ödənilmiş rüsumun Maraqlı şəxs ASC vasitəsilə dövlət büdcəsinə ödənilməsini, həmin vəsaitin bankın hesabında olmamasını, bankın bu ödəniş zamanı sadəcə vasitəçi rolunu oynamasını, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq məsələnin tənzimlənməsi ilə bağlı qərarını nəzərə alaraq bank tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixli, 157000/1-37 saylı ərizə ilə müraciət olunaraq qərardadın bank tərəfindən icrasının mümkünsüzlüyü bildirilmiş, qərardada müvafiq düzəlişin olunması xahiş olunmuşdur. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadında məhkəmə bankın ərizəsi ilə razılaşaraq ərizənin təmin edilməli olduğunu qeyd etsə də, ərizədə qeyd olunmuş xüsusatlar nəzərə alınmamış, qərardadın nəticəvi hissəsinə hesab nömrəsi əlavə olunaraq oxunması qərara alınmışdır. Buna görə də bankın ərizəsinin təmin olunması qərardadda formal olaraq qeyd olunmuş, ərizə faktiki təmin olunmamışdır. “xxxx” ASC bank olaraq dövlət büdcəsinə ödənilmiş vəsaitin bankın vasitəsilə geri qaytarılmasına etiraz etmir, lakin hazırda vəsait Dövlət Xəzinədarlıq Agentliyində olduğundan qərardadın icrası da həmin təşkilata həvalə edilməlidir. Həmçinin “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən də vəsaiti ödəyən şəxs həmin rüsumu tutan orqana (indiki halda DXA-val müraciət etməlidir. Bank isə rüsumu tutan orqan deyildir. Bununla yanası, bank tərəfindən vəsaitin geri qaytarılmasını texniki cəhətdən də təmin etmək mümkün deyil. Bank yalnız vəsaiti tutmuş orqandan həmin vəsait ödənişi etmiş şəxsin adına geri qaytarılacağı təqdirdə vəsaiti ödəniş etmiş şəxsə təqdim edə bilər. Həmçinin bank icra qurumu olmadığından DXA-dan vəsaitin qaytarılmasını da tələb edə bilməz. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, dövlət rüsumunun geri qaytarılması ilə bağlı qərardadın müvafiq hissəsinə, yəni dövlət rüsumunu tutan orqan hissəsinə düzəliş edilməsi barədə ərizə təmin edilməlidir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2020 və xx.xx.2020 tarixli qəbzlərdən görünür ki, İddiaçı “xxxx” ASC vasitəsilə ümumilikdə 20 (10+10) manat məhkəmə ödənişi etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı dəyişdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Qusar rayonu, Aşağı Ləyər bələdiyyəsinə qarşı pulun qaytarılması və torpaq sahəsinin satılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi Maraqlı şəxs ASC-nin Qusar filialı vasitəsilə dövlət büdcəsinə GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbznömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumu ödənilmişdir. Həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunduğundan dövlət rüsumu X1 geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1, 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsinə görə dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir). Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla “Avtomobil Yolları” X3 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 18 faizi (bu Qanunun 4.1-1 – 4.1-4-cü maddələrində nəzərdə tutulmuş hal istisna olmaqla və ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Qeyd edildiyi kimi, İddiaçı hazırkı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunu büdcəyə ödədiyindən və onun iddia ərizəsi məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarıldığından sadalanan normaların tələbinə əsasən dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Bu məbləğin əməmliyyatçı rolunu oynayan “xxxx” ASC-dən tutulmalı olması barədə məhkəmənin gəldiyi nəticə qanunsuzdur. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, heç bir əsas olmadan ödənilmiş dövlət rüsumunun Maraqlı şəxs ASC-dən tutulması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)- 807/2020 saylı qərardadı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-807/2020 saylı qərardadı dəyişdirilsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(029)-807/2020 saylı qərardadında nəticə hissəsində göstərilmiş “İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi Maraqlı şəxs ASC-nin Qusar filialına ödənilmiş GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın” sözləri “İddiaçı tərəfindən dövlət rüsumu (məhkəmə ödənişi) kimi dövlət büdcəsinə ödənilmiş GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, GPP qəbz nömrəsi ********* olan xx.xx.2020-ci il tarixli qəbz üzrə 10 manat, cəmi 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın və onun 2808-9071-7552-1773 nömrəli və 6168-7624-9492-1805 nömrəli hesabına köçürülsün” kimi oxunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3133/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3133/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver