Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-815/2021 23.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək, onun adına tərtib olunmuş doğum haqqında akt qeydində düzəliş edilməklə ata qrafasında “X11” göstərilməklə adına yeni doğum haqqında şəhadətnamə verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1956-cı il tarixdə Qusar rayonu Yasab kəndində X11 ilə X1 birgə nikahlarından anadan olmuş və hazırda həmin kənddə yaşayır. X5 26 iyul 2005-ci ildə, anası X3 06 fevral 2005-ci il tarixdə vəfat etmişlər. O, mərhum atasının mirasını notariat orqanına ərizə verməklə vərəsəlik yolu ilə qəbul etmək istəyərkən məlum olmuşdur ki, ona məxsus doğum haqqında şəhadətnamədə onun soyadı və adı “Ayibov Ayib” olmuşdur. Onun bütün qohum-əqrabaları və tanışları bilirlər ki, onun atası məhz 26 iyul 2005-ci il tarixdə vəfat etmiş X9r. Həmin səhvlərin düzəldilməsi üçün o, Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, ona məxsus doğum haqqında akt qeydində olan həmin səhvlər aradan qaldırılmalı, ona məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında “X11” göstərilməklə adına yeni doğum haqqında şəhadətnamə verilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etmiş, işə onun iştirakı olmadan baxılmasına və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X4 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 24 avqust 2021-ci il tarixli 13875 saylı arayışdan görünür ki, X12 xx xxxxx 1956-c il tarixdə Qusar rayonunda anadan olmuşdur. X6, anası X2r. İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli X- 279 saylı məktubdan görünür ki, Notariat ofisinə təqdim olunmuş sənədlərdə vəfat etmiş şəxsin soyadı və adı Ayibov Ayib, vərəsənin adı, soyadı və ata adı isə Ərizəçi qeyd edilmişdir. Göstərilən ad soyad və ata adı arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən faktın təsdiq olunması, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi Ərizəçi tövsiyyə olunmuşdur. İşdə olan AZ 146719 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 26 iyul 2005-ci il tarixdə Qusar rayonu Yasab kəndində ölmüşdür. İşdə olan AZ 146959 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 fevral 2005-ci il tarixdə Qusar rayonu Yasab kəndində ölmüşdür. İşdə olan Maraqlı şəxs 27 aprel 2021-ci il tarixli 05-Q-74/15 saylı məktubundan görünür ki, Ərizəçi doğum akt qeydində soyadının «Ayibov» əvəzinə «Eyyubov», ata adının «Ayib» əvəzinə «Eyyub» qeyd edilməsinə dair düzəlişlərin aparılmasının qeyrimümkün olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi məxsus doğum akt qeydində onun soyadı səhvən «Eyyubov», ata adı isə «Eyyub» göstərilmişdir. Həqiqətdə isə onun soyadı «Ayibov», ata adı isə «Ayib» olmuşdur. Hazırda doğum akt qeydində ərizəçinin soyadının və ata adının səhv göstərilməsi onun üçün müəyyən hallarda müxtəlif çətinliklər yaradır. Belə ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməklə şəxsiyyət vəsiqəsi almalıdır, lakin həmin səhvlərə görə bunu edə bilmir. Azərbaycan Respublikasının MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçiyə məxsus doğum haqqında akt qeydində olan həmin səhvlər aradan qaldırılmalı, onun soyadı «Məmmədova», ata adı isə «Rübabə» göstərilməklə ərizəçinin adına yeni doğum haqqında akt qeydi tərtib edilməklə ona doğum haqqında yeni şəhadətnamə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında ərizəçinin doğumu haqqında akt qeydində soyadının “Eyyubov”, ata adının isə “Eyyub” qeyd edilməsinin düzgün olmaması müəyyən edilsin və doğum haqqında vətəndaşlıq vəziyyəti aktlarında düzəliş aparılmaqla soyadı “Ayibov”, ata adı isə “Ayib” qeyd edilməklə adına yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-815/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-815/2021
23.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver