Məhkəmə qərarları › İş №2(029)-838/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-838/2022

22.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-838/2022 22.11.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə dair paylarının müəyyən olunması və payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə dair paylarının müəyyən olunması və payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kod 30124018 olan JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun yəni İddiaçı X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Kod 30124018 olan JN-319F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən onun yəni İddiaçı X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin payı bərabər olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3472 saylı 23 aprel 2021-ci il tarixli ekspert rəyinə uyğun olaraq 1/4 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1985-ci il tarixdə Qusar rayonu Şirvanovka kəndində anadan olmuşdur. Ailəsi ondan, X1ndan, anası X2, qardaşı Cavabdeh Şaqulu oğlundan ibarət olmuşdur. X1 02 mart 2012-ci il tarixdə, anası X9 isə 07 mart 2012-ci i tarixdə vəfat etmişdir. Kod 30124018 olan JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Kod 30124018 olan JN-319F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 0,22 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onun və cavabdeh qardaşı Cavabdeh Şaqulu oğlunun, həmçinin 02 mart 2012-ci il tarixdə vəfat etmiş mərhum X1nun və 07 mart 2012-ci i tarixdə vəfat etmiş mərhum anası X4 birgə mülkiyyətindədirlər. Hal-hazırda həmin torpaq sahələrin payların müəyyən olunması və payların naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, öz sərəncam hüquqlarını həyata keçirmək istəsə də Cavabdeh Şaqulu oğlu buna mane olmuşdur. Nəticədə isə o, həmin hüququnu həyata keçirə bilmir. Torpaq sahəsində mülkiyyətçilər arasında heç bir razılaşma olmamış və hal-hazırda da yoxdur. Həmin torpaq sahəsinə dair hər bir mülkiyyətçinin mülkiyyət payı ¼ % pay müəyyən olunmalıdır. Bundan başqa mülkiyyətçilərin ¼ payı naturada ayrılmalı və hər bir mülkiyyətçiyə özünə düşən 1/4 payı verilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, əvvəllər bu tətəblə bağlı məhkəməyə müraciət etmiş, lakin bəzi şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilməmiş və iş Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)- 34/2021 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin iş üzrə ekspertiza təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3472 saylı 23 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən aşağıda göstərilən qaydada torpaq sahələrin naturada ayrılması mümkün olması qeyd edilmişdir. KOD 30124018 JN- 275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 2,69 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin hüquq müəyyənedici sənədə uyğun olmasını, 172,14 metr məsafədə yol ilə sərhəd olmasını, yerləşdiyi ərazinin düzən formada olmasını və bölünəcəyi təqdirdə təyinatı üzrə istifadəsinin mümkün olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissənin ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhədinin qonşu torpaq sahəsinin yerləşdiyi tərəfdən 71,8 metr, bir tərəfdən 27,5 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 172,58 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. KOD 301240** JN ***F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,22 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədə uyğun olmasını, iki tərəfdən yol ilə sərhəd olmasını, üzərində olan tikililərin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsinin ¼ hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhədinin fərdi yaşayış evinin yerləşdiyi tərəfindən başlayaraq bir tərəfdən 71,8 metr, bir tərəfdən 72,2 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 24,0 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Göründüyü kimi, hər iki torpaq sahələrin naturada bölmək mümkündür. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3472 saylı 23 aprel 2021-ci il tarixli ekspert rəyi iş üzrə sübut kimi qəbul edilməlidir və torpaq sahələrin həmin rəydə göstərilmiş forma və qaydada naturada bölünməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar himayəsində azyaşlı uşaqların olduğuna görə təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbləri barədə məhkəməyə heç bir məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30124018 JN-275 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən Qusar rayonu Şirvanovka kəndində yaşayan X8, X4, Cavabdeh Şaqulu oğlunun və İddiaçı mülkiyyətinə 2.69 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir. İşdə olan KOD 30124018 JN-319F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar islahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən Qusar rayonu Şirvanovka kəndində yaşayan X6, X3, X7 və X11 mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X14 27 fevral 2012-ci il tarixdə Qusar rayonu Şirvanovka kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X12 07 mart 2012-ci il tarixdə Qusar rayonu Şirvanovka kəndində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 23 aprel 2021-ci il tarixli 10/3472 saylı ekspert rəyindən görünür ki, KOD 30124018 JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 2,69 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin hüquq müəyyənedici sənədə uyğun olmasını, 172,14 metr məsafədə yol ilə sərhəd olmasını, yerləşdiyi ərazinin düzən formada olmasını və bölünəcəyi təqdirdə təyinatı üzrə istifadəsinin mümkün olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissənin ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhədinin qonşu torpaq sahəsinin yerləşdiyi tərəfdən 71,8 metr, bir tərəfdən 27,5 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 172,58 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. KOD 301240** JN ***F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0,22 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədə uyğun olmasını, iki tərəfdən yol ilə sərhəd olmasını, üzərində olan tikililərin yerləşmə vəziyyətini nəzərə alaraq həmin torpaq sahəsinin ¼ hissənin naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhədinin fərdi yaşayış evinin yerləşdiyi tərəfindən başlayaraq bir tərəfdən 71,8 metr, bir tərəfdən 72,2 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 24,0 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Torpaq sahəsinin bölgü variantına dair plan sxem rəyə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Kod 30124018 olan JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Kod 30124018 olan JN-319F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 0,22 hektar həyətyanı torpaq sahəsi X8, X4, Cavabdeh Şaqulu oğlunun və İddiaçı birgə mülkiyyətlərinə verilmişdir. Sözü gedən torpaq sahələrinin mülkiyyətçilərindən olan X14 27 fevral 2012-ci il tarixdə, X12 07 mart 2012-ci il tarixdə Qusar rayonu Şirvanovka kəndində ölmüşdür. Hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı özünün mülkiyyət payının ¼ hissədə müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Kod 30124018 olan JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının yəni İddiaçı, X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Kod 30124018 olan JN-319F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən onun yəni İddiaçı X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin payı bərabər olmaqla 1/4 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli 10/3472 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq Kod 30124018 olan JN-275 saylı 30 sentyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçının yəni İddiaçı, X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 2.69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Kod 30124018 olan JN-319F saylı 30 sentyabr 1997-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən onun yəni İddiaçı X8, X4 və Cavabdeh Şaqulu oğlunun birgə mülkiyyətlərində olan, Qusar rayonu Şirvanovka kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin payı bərabər olmaqla 1/4 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar