Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-850/2021 15.09.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı cavabdeh Qusar rayon İcra və Provasiya şöbəsinə qarşı qərarın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə vəzifənin qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayon İcra və Provasiya şöbəsinə qarşı qərarın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə vəzifənin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iddianın faktiki xarakterini Cavabdeh Qusar rayon məhkəməsi tərəfindən verilmiş 2(029)-905/2019 saylı 23.09.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 02.02.2021-ci il tarixli qərarının qanuniliyinin yoxlanılması təşkil edir. Bununla da, hazırkı ərizənin adı iddia ərizəsi olsa da, mahiyyət etibarı ilə əslində Cavabdeh həmin qərarından verilmiş şikayət ərizəsidir. Həmin qərardan şikayətə isə artıq Qusar rayon məhkəməsi tərəfindən baxılmış və məhkəmənin 25 avqust 2021-ci il tarixli 8(029)-27/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, “İcra haqqında” Qanunda icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı üzrə hüququn müdafiəsi üçün vasitə kimi iddia qaldırılması deyil, həmin qərardan icra sənədini vermiş məhkəməyə şikayət verilməsi hüququ təsbit olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki mühakimə icraatı qaydasında məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 153.1.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ona görə də, hesab edirəm ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmçinin, iddiaçıya izah edilməlidir ki, hazırkı ərizəyə şikayət qaydasında baxılaraq müvafiq qərardad qəbul edilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin qərardan şikayət vermək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayon İcra və Provasiya şöbəsinə qarşı qərarın qanunsuz hesab edilməsi və cavabdehin üzərinə vəzifənin qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, hazırkı ərizəyə şikayət qaydasında baxılaraq müvafiq qərardad qəbul edilmiş, həmin qərardaddan Qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin şikayət vermək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-850/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-850/2021
15.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver