Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-853/2025 24.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli (Seriya RX və 1325721) çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünürki, iddiaçı Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli, **********50 reyestr nömrəli çıxarışın ləğv hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh və Qusar bələdiyyəsinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş olmuş, həmin iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. İddiaçı hazırki iş üzrə iddia qaldırmaq üçün ilkin olaraq sözü gedən çıxarışın ləğv edilməsi üçün inzibati orqana müraciət etməli, inzibati orqan həmin çıxarışın ləğv edilməsindən imtina etdiyi təqdirdə İnzibati məhkəməyə müraciət etməlidir. Həmin tələb mülki deyil, inzibati hüquqi xarakter daşıyır və həmin tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxıla bilməz. AzərbaycanRespublikasınınMPM-nin 25.1-cimaddəsinəəsasənmülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi iləəlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərəümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlıəmlak tələbinə, habelə inzibati orqanların qanunsuz hərəkətlərindən (hərəkətsizliyi) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Göründüyü kimi hazırkı iddiaya ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır və bu səbəbdəndə hesab edirəm ki, iddia ərizəsi və əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah edilməldir ki, hal-hazırki, iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu iddiçıya qaytarılır. İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hal-hazırki iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə müraciət etsin. İddiaçı məhkəmədə işə baxılması üçün üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: ƏliCəlilov
Məhkəmə qərarları › İş №2(029)-853/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-853/2025
24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver