Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-867/2022 27.10.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Xanəhməd oğlunun cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh Adıgözəl oğluna və Maraqlı şəxs Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Xanəhməd oğlu cavabdeh Qusar rayon Notariat ofisinin xüsusi notariusu Cavabdeh və Maraqlı şəxs Bank of Baku" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon notariat ofisinin xüsusi notariusu D.Tagiyevin apardığı icra qeydi "Notariat haqqında" qanunun 76-cı məddəsinə zidd olaraq mübahisəli iddia edildiyi üçün MPM-nin 149-150, 216-220 maddələrinə əsasən ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Xanəhməd oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qusar rayon notariat ofisinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ondan "xxxx"- nun xeyrinə 2341 ABŞ Dolları 08 sent tutulması haqqında xüsusi notarius X2 icra qeydi verərək icra olunması üçün Qusar rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. D.Tagıyev icra qeydini verərkən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas tutmuşdur. Həmin Qanunun 76-cı maddəsində göstərilir ki, icra qeydi ancaq iddianın mübahisəsiz olduğu halda verilə bilər. İddiaçı "xxxx" ona qarşı Qusar rayon məhkəməsinə iddia verərək "xxxx"-nun xeyrinə ondan 1570,45 (min beş yüz yetmiş dollar qırx beş sent) ABŞ dolları əsas və 2407,36 (iki min dörd yüz yeddi dollar otuz altı sent) ABŞ dolları faiz borcunun, cəmi 3977,81 (üç min doqquz yüz yetmiş yeddi dollar səksən bir sent) ABŞ dolları və ödənilmiş 30 (otuz manat) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 08 sentyabr 2018-ci il tarixdə həmin iddiaya Qusar rayon məhkəməsində hakim X1 ilə baxılmış, məhkəmə prosesində o, izahat vermiş, iddia qaldıraraq bildirmişdir ki, o, nə həmin bankdan borc almamış, nə də borc alana zamin durmamışdır. Məhkəmə iddiaçıdan onun Bankdan borc götürməsi və ya zamin durması haqqında sənədləri təqdim etmək tələbini qoyaraq ekspertiza keçirilməsi haqqında qərar vermişdir. Lakin, göstərilən tarixdə iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 17 oktyabr 2012-ci il tarixli MKO 2582/19-12-B nömrəli kredit sazişinin əslini məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin ona qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yuxarıda sadalanan faktlardan görünür ki, o, nə Bankdan borc götürmüş, nə də zamin durmuşdur. Ona qarşı olan iddia da məhkəmə qaydasında mübahisəli olaraq baxılmadan saxlanmışdır. İddiaçı Xanəhməd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işləri ilə əlaqədar 27 oktyabr 2022-ci il tarixə saat 12:00-a təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon notariat ofisinə və Maraqlı şəxs Bank of Baku" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli 8İ-897 reyestr nömrəli İcra Qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı Xanəhməd oğlundan MK02582/19-12-B nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2341 ABŞ Dolları 08 SENT (iki min üç yüz qırx bir ABŞ Dolları səkkiz SENT) tutulması qeyd edilmişdir. Bundan əlavə borclu İddiaçı Xanəhməd oğlundan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və 2341 ABŞ Dolları 08 SENT (iki min üç yüz qırx bır ABŞ Dolları səkkiz SENT) pul tutulması qeyd edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-556/2018 saylı 08 oktyabr 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Maraqlı şəxs ASC-nin İddiaçı Xanəhməd oğluna qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına dair mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün 17 oktyabr 2012-ci il tarixli MK 02582/19-12-B nömrəli zaminlik müqaviləsinin əslinin Maraqlı şəxs ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi qərara alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-59/2019 saylı 08 iyul 2019-cu il tarixli qərardadının surətindən görünür ki, Maraqlı şəxs ASC-nin İddiaçı Xanəhməd oğluna qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Qusar rayon məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(029)-556/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin iddiaçı Maraqlı şəxs ASC ilə cavabdeh İddiaçı Xanəhməd oğlu arasında bağlanmış 17 oktyabr 2012-ci-cü il tarixli MK02582/19-12-B nömrəli kredit sazişinin əslini təqdim etmədiyinə görə ekspertiza aparılması mümkün olmamış və mülki iş məhkəməyə qaytarılmışdır. Mülki işin baxılması 08 iyul 2019-cu il tarixə təyin edilmiş və iddiaçıdan həmin sazişin əslinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin göstərilən tarixdə iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə heç bir məlumat verməmiş və iddiaçı 17 oktyabr 2012-ci-cü il tarixli MK02582/19-12-B nömrəli kredit sazişinin əslini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci və 259.0.6-cı maddələrinə əsasən baxılmamış saxlanılmalıdır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 76-cı maddəsinin 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Göründüyü kimi, Qusar rayon məhkəməsinin icraatında "xxxx" ASC-nin İddiaçı Xanəhməd oğluna qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasına” dair iddiası üzrə mülki iş olmuş, həmin işə baxılarkən İddiaçı Xanəhməd oğlu iddianı qəbul etməmiş, məhkəmə tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin "xxxx" ASC tərəfindən onun iddiasının əsası kimi istinad olunmuş kredit müqaviləsinin əsli ekspertizanın keçirilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmədiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Qusar rayon məhkəməsi tərəfindən "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bununla da, Qusar rayon Notariat ofisi tərəfindən verilmiş icra qeydi verilməmişdən əvvəl Maraqlı şəxs ASC ilə İddiaçı Xanəhməd oğlu arasında kredit müqaviləsi üzrə öhdəlik barəsində mübahisə olmuşdur. Bundan başqa, Maraqlı şəxs ASC tərəfindən İddiaçı zamin olaraq pul tələb olunmuş, lakin bankdan pulu götürmüş əsas borcluya qarşı hər hansı tələb irəli sürülməmişdir. Bu, isə bir daha Maraqlı şəxs ASC-nin İddiaçı tələb etdiyi borcun mübahisəli olduğunu təsdiq edir. Bundan başqa, Maraqlı şəxs ASC-nin tələb hüququnun əsasını təşkil edən kredit müqaviləsi 17 oktyabr 2012-ci il tarixdə 18 ay müddətinə bağlanmış, müqavilənin müddətinin bitdiyi vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mülki Məcəllənin tələblərinə əsasən isə müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il nəzərdə tutulmuşdur. Qusar rayon Notariat ofisi tərəfindən məlum icra qeydi verilərkən isə həmin 3 il müddət keçmiş və bununla da icra qeydi Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan müddət daxilində verilməmişdir. Beləliklə, Qusar rayon Notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin, o cümlədən Mülki Məcəllənin tələbləri pozulmuş, Maraqlı şəxs ASC tərəfindən təqdim olunmuş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmək üçün kifayət etmədiyi, o cümlədən Azərbaycan Respublikasının Müliki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyi halda, əsassız olaraq xx.xx.2022-ci il tarixli, 8İ-897 reyestr nömrəli icra qeydi verilmişdir. Bu isə İddiaçı qanuni mənafeyinin pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmə İddiaçı Xanəhməd oğlunun dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Qusar rayon notariat ofisi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli, 8İ-897 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-867/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-867/2022
27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver