Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-880/2025 07.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 (on beş min) manatın, ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun, cəmi 15135 (on beş min yüz otuz beş) manatın tutularaq iddiaçıya ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı məhkəməyə iddia həcminin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciətedərək bildirmişdir ki, müraciət etdiyi ərizəsində pul tələbinə dair müddəanı sənədlərin əslini tələb edir müdəasi ilə əvəz edilməsini xahiş edir. O, məhkəməyə saxta sənədlərin əslinin almaq üçün müraciət edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında olan boş torpaq sahəsini əldə etmək məqsədilə 2019-cu ilin yay aylarında Qusar şəhər Bələdiyyəsinə getmişdir. Qusar rayon Bələdiyyəsinin işçisi olan Cavabdeh2lə həmin boş torpağın alınmasına görə söhbət etmiş. Kamil, ona həmin yerin başqa bir şəxsə satıldığını bildirmişdir. Bundan sonra o, evinə getmişdir. Bundan 2 saat sonra ona məxsus telefona Cavabdeh2 zəng edib müraciət etdiyi torpağı həmin şəxsin almadığını bildirmişdir. Cavabdeh2 ona bildirmişdir ki, “istəsən həmin torpağı sənin adına rəsmiləşdirərəm”. O, razı olmuş və Kamil ona bildirmişdir ki, 2006-cı ilə qədər satılan torpağa görə Xaçmaz Regional Ərazi İdarəsinə tez-tez getmək lazımdır. Bunun üçün bir makler lazımdır. O, Xaçmazda tanış adama zəng etmişdir. Həmin şəxs ona Zabilin telefon nömrəsini vermişdir. O, onunla Xaçmazda görüşmüşdür. Zabillə alınacaq torpağın rəsmiləşdirililməsinə görə razılaşmışlar. Həmin şəxs Cavabdeh1 idi (tel: 055 268-96-06). Cavabdeh1 hər dəfə hansısa bir sənədin alınması üçün müxtəlif adlarla ondan pul almışdır və alınan sənədlərin surətlərini whatsapp vasitəsi ilə onun telefonuna göndərmişdir. X1 torpağın sənədləşməsi məqsədilə 13000 (on üç min) manatdan artıq pul almışdır (2891 manat poçt göndərişi vasitəsi ilə, 1800 manat bankomat vasitəsi ilə, qalan pullar isə nəğd olaraq verilmişdir). Sonradan cavabdeh Z.Əzizov onun telefonuna cavab verməmişdir. O, cavabdehi axtarmağa başlamış və bu məqsədlə Xaçmaz şəhərinə dəfələrlə getməli olmuşdur. Bir neçə vaxtdan sonra cavabdeh Z.Əzizov mənimlə əlaqə saxladı və bildirmişdir ki, hərraca sənədləri hazırlamaq üçün əlavə olaraq pul lazımdır. Bunun üçün Zabil 13000 manatdan əlavə ondan 1300 manat (tenderdə iştiraka görə) + 700 manat (ehtiyat üçün) pul almışdır. X3 görüşmüşdür. Bələdiyyə üzvü Kamili də oraya dəvət etmişdir. Sənədləri bir yerdə yoxlamışlar. Zabil bildirmişdir ki, saat 11:00-da Bakıda olacaq, tender yolu ilə torpağı rəsmiləşdirmək üçün. Zabil Kamilə bildirdi ki, köhnə qərarı ləğv etmək lazımdır. Kamil bildirdi ki, “biz bunu edə bilmərik, idarədə yoxlama var”. Zabil bunun üçün yuxarıda qeyd etdiyi kimi ondan aldığı 1300 manat + 700 manat pul almışdır. O, bildirmişdir ki, 31 avqusta qədər sənədlər hazır olacaq. Vədləşən vaxt hər ikisi yoxa çıxdı. Sonradan Qusar rayon Polis İdarəsinə müraciət etmişdir. Qusar PŞ-də Kamil və Zabil sənədləri 3 aya hazırlayacağını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, onların hazırladığı sənədlər saxtadır. Həmin sənədlər 2006-cı ilə aid olan sənədlərdir. Cavabdehlər oğlu X2 adına Kassa mədaxil orderinin qəbzini, “Torpaqların Alqı-satqısına dair" Aktını, Qusar Bələdiyyəsinin qərarını və Dövlət Torpaq və Xəritəçkmə Komitəsinin Qusar rayon Şöbəsinin rəyini whatsapp vasitəsi ilə onun telefonuna göndərmişlər. Sənədlərin saxta olduğunu bildikdə o, onlara etiraz etmiş, cavabında onlar ona bildirdirmişlər ki, 2025-ci ilin may ayının 31-nə qədər sənədləri lazımi qaydada ona verəcəklər. Əks-təqdirdə ondan almış olduqları 15000 manatı geri qaytaracaqlar. Bu məsələ ilə əlaqədar X6 müraciət etdikdən sonra cavabdehlər ona yazılı olaraq 31 may 2025-ci ilə qədər sənədləri təhvil verəcəklərini, əks-təqdirdə 10000 manatı qaytaracaqlarını bildirmişlər. Cavabdehlərin günahı üzündən ona 15000 (on beş min) manatdan artıq ziyan dəymişdir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15000 (on beş min) manatın, ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun, cəmi 15135 (on beş min yüz otuz beş) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia həcminin dəyişdirilməsinə dair ərizəni müdafiə etmiş, ona sözügedən sənədlərin əsillərinin verilməsi üçün məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, onun iddiaçı ilə aralarında şifahi surətdə söhbətləri olmuşdur. O, iddiaçıya sözügedən torpaq sahəsini onun adına qeydiyyata salacağına köməklik göstərəcəyini bildirmişdir. İddiaçı onun yanına gəldikdə əlində Bələdiyyə Protokolu olmuşdur. O, torpaq sahəsini qeydiyyata salmaq üçün sənədlərin əsillərini tələb etmişdir, həmin sənədlər bu günə kimi ona verilməmişdir. Əgər sənədlərin əsilləri ona təqdim olsa 21 gün ərzində o, iddiaçıya çıxarış təqdim edəcəkdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etmişdir. Məhkəmə iddiaçının izahatınıdinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözü gedən torpaq sahəsinin mülkiyyətçisi deyildir. Tərəflər arasında iddiaçının iddia ərizəsinin dəyişdirilməsi tələbinə dair ərizəsində qeyd edilmiş sənədlərin əsillərinin ona təqdim edilməsi barədə tərəflər arasında hər hansı bir müqavilə olmamış, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən verilən iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, iddiaçının iddia ərizəsində tələb etdiyi dövlət rüsumuna isə münasibətdə belə hesab edir ki, iddia tələbi təmin olunmadığından 135 (yüz otuz beş) manat dövlət rüsumuna dair hissədə tələb İddiaçı özünə aid edilməlidir. Yuxarıdagöstərilənlərəəsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-880/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-880/2025
07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver