Məhkəmə qərarları › İş №2(029)-901/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-901/2020

05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-901/2020 05.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Cavabdeh qarşı saxta sənədlərə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı saxta sənədlərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Təqdim olunmuş iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin iddiada onu aldadaraq saxta sənədlərlə torpaq satan, bələdiyyənin keçmiş sədri Cavabdeh barəsində tədbir görülməsi tələb olunmuşdur. Belə olan halda həmin iddiaya mülki mühakimə icraatı qaydasında məhkəmələrdə baxıla bilməz, həmin faktın araşdırılması müvafiq hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı ərizədə göstərilmiş tələblərə məhkəmə qaydasında baxıla bilməz və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya ona qarşı törədilmiş hər hansı cinayət və ya inzibati xəta hadisəsi ilə bağlı müvafiq hüquq mühafizə orqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı saxta sənədlərə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı ona qarşı törədilmiş hər hansı cinayət və ya inzibati xəta hadisəsi ilə bağlı müvafiq hüquq mühafizə orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar