Məhkəmə qərarları › İş №2(029)-911/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-911/2020

18.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-911/2020 18.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun iştirakları ilə, ƏrizəçiMaraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 20avqust 1955-ci ildə Qusar rayonu Samur qəsəbəsində anadan olmuş, hazırda orada yaşayır. Onun adına verilmiş doğum haqqında şəhadətnamədə isə onun təvəllüdü “xx xxxxxx 1958-ci il” göstərilmişdir. Halbuki, onu tanıyan bütün tanış və qohumlar bilirlər ki, əslində onun təvəllüdü 20avqust 1955-ci ildir. Bundan başqa, onun adına verilmiş xx xxxx 1983-cü il tarixli AZ-İİ 525981 saylı təhsil haqqında şəhadətnamədə təvəllüdü 1955-ci il göstərilmişdir. Bundan başqa, onun doğma qardaşı X10 xx xxx 1959-cu il təvəllüdlüdür və belə olan halda həmin şəxslə onun yaş fərqi cəmi 9 ay edir. Halbuki, bütün ailə üzvləri və qohum-tanışlar bilir ki, həmin şəxslə onun arasında 4 yaş fərq vardır. Bunu qardaşı da təsdiq edə bilər.Bununla da, onun adına verilmiş doğum haqqında şəhadətnamədə təvəllüdü naməlum səbəblərdən səhvən «xx xxxxxx 1958-ci il» göstərilmişdir. Həmin səhv isəonun yaşının süni olaraq az olmasına gətirib çıxarmışdır. Hesab edir ki, doğum haqqında şəhadətnamədə olan bu səhv aradan qaldırılmalı, onun adına tərtib edilmiş doğum akt qeydi ləğv edilməli və onun öz təvəllüdüyəni «xx xxxxxx 1955-ci il» göstərilməklə adına yeni doğum haqqında akt qeydi tərtib edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə edərək ərizədə göstərilən xüsusatları tam təsdiq etmiş və izahatında göstərmişdir ki, o, xx xxxxxx 1955-ci ildə Qusar rayonu Samur qəsəbəsində anadan olmuş, 1962-ci ildə orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1970-ci ildə isə orta məktəbin 8-ci sinfini bitirmədən məktəbdən çıxaraq işləməyə getmişdir. Sonradan o, yenidən orta məktəbə daxil olaraq gecə şöbəsində orta təhsilini davam etdirmiş və 1983-cü ildə 8-ci sinfi bitirərək müvafiq şəhadətnamə əldə etmişdir. Daha sonra o, orta məktəbin 9 və 10-ci siniflərini də oxuyub bitirmiş və 1986-cı ildə ona tam orta təhsil haqqında şəhadətnamə verilmişdir. Onun adına verilmiş hər iki şəhadətnamədə təvəllüdü 1955-ci il göstərilmişdir. Bundan başqa, məhkəməyə təqdim etdiyi digər sənədlərlə də, təsdiq olunur ki, onun təvəllüdü məhz “xx xxxxxx 1955-ci il”dir. O, anadan olan zaman Samur yeni salınmış qəsəbə olduğundan və həmin ərazi üzrə nümayəndəlik olmadığından o zaman vaxtında adına doğum haqqında şəhadətnamə alınmamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Mövlanov Adıgözəl Mövlüd oğlu göstərmişdir ki, Ərizəçi ərizə ilə Maraqlı şəxsnə müraciət edərək onun doğum akt qeydində təvəllüdünün səhvən «xx xxxxxx 1958-ci il» göstərildiyini, əslində onun təvəllüdünün «xx xxxxxx 1955-ci il» olduğunu göstərmiş və həmin səhvin düzəldilərək bu barədə ona yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şöbədə ondan təvəllüdünün əslində «xx xxxxxx 1955-ci il» olmasını təsdiq edən hər hansı sənədinin olmasını soruşduqda o, bu barədə onda heç bir sənəd olmadığını bildirmişdir. Bu səbəbdən də, onun doğum akt qeydində düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda ərizənin təmin olunubolunmaması məsələsini məhkəmənin öz mülahizəsinə buraxır və iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Həqiqətən də, ərizəçi xx xxxxxx 1955-ci ildə Qusar rayonu Samur qəsəbəsində anadan olmuşdur. Həmin şəxs ondan 4 yaş böyükdür. Belə ki, o, özü xx xxx 1959-cu ildə anadan olmuşdur. Ərizəçinin təvəllüdü səhvən xx xxxxxx 1958-ci il göstərilmişdir. Bütün ailə üzvləri və qohumlar yaxşı bilirlər ki, qardaşı Ramizin təvəllüdü əslində xx xxxxxx 1955-ci ildir. Ramizin doğum haqqında şəhadətnaməsində nə üçün təvəllüdünün səhv göstərilməsi məlum deyildir, görünür bu, texniki səhv ucbatından belə olmuşdur. İşə baxıb, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayonu Yuxarı Zeyxur kənd sovetində rəsmiləşdirilmiş AZB 079516 saylı xx xxxxxx 1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X5 ilə X1 birgə nikahlarından xx xxxxxx 1958-ci ildə Qusar rayonu Samur qəsəbəsində anadan olması göstərilmişdir. İşdə olan xx xxxx 1959-cu il tarixli İ-İE 750841 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 X5 ilə X1 birgə nikahlarından xx xxx 1959-cu ildə Qusar rayonu Samur qəsəbəsində anadan olması göstərilmişdir. İşdə olan xx xxxx 1983-cü il tarixli AZ-İİ 525981 saylı şəkkizillik təhsil haqqında şəhadətnamədən görünür ki, 1955-ci ildə anadan olmuş Ərizəçi həmin ildə orta məktəbin 8-ci sinfini bitirmişdir. İşdə olan xx xxxx 1986-cı il tarixli AK 168924 saylı orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1955-ci ildə Qusar rayonu Samur qəsəbəsində anadan olmuş Ərizəçi həmin ildə orta məktəbi bitirmişdir. İşdə olan İİ-JQ 363927 saylı xx xxxxxx 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 xx xxxxxx 1980-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan X6, X11, X7, X4 və X8 tərəfindən tərtib olunmuş və Qusar rayon İHB-nın Samur qəsəbə İƏN tərəfindən təsdiq olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, həqiqətən Ərizəçi 1955-ci il təvəllüdlüdür, onun həmin ildə anadan olduğunu bilirlər və imzaları ilə təsdiq edirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-208/15 saylı məktubdan görünür ki, Ərizəçi təvəllüdünün “xx.xx.1958-ci il” əvəzinə “xx.xx.1955-ci il”-ə düzəliş edilməsi barədə müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, Maraqlı şəxsnə təqdim edilmiş doğum şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində arxivdə saxlanılan Qusar rayon Samur qəsəbə İƏD üzrə xx.xx.1958-ci il tarixli 85 saylı doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1958-ci il göstərilmişdir. Təvəllüdünün xx.xx.1955-ci il olmasını təsdiq edən heç bir sənəd və əsas yoxdur. Göstərilənləri nəzərə alaraq təvəllüdünün “xx.xx.1958-ci il” əvəzinə “xx.xx.1955-ci il”-ə düzəliş edilməsi şöbə tərəfindən qeyri-mümkündür. Kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi məxsus doğum akt qeydində onun doğulduğu tarix səhvən «xx xxxxxx 1958-ci il» göstərilmişdir. Həqiqətdə onun öz doğulduğu tarix isə xx xxxxxx 1955-ci ildir. Bu, ərizəçi tərəfindən təqdim edilmiş bir çox sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə də tam təsdiq olunur. Doğum akt qeydində ərizəçinin doğulduğu tarixin səhv göstərilməsi onun süni şəkildə yaşından az göstərilməsinə səbəb olmuşdur ki, bu da ərizəçi üçün müəyyən hallarda müxtəlif çətinliklər yaradır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 saylı qərari ilə təsdiq edilmiş «Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşliq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşliq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərildiyi hallarda edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşliq vəziyyəti aktlarinin qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqinda məhkəmənin qətnaməsi vətəndaşliq vəziyyəti aktlarinin qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin təvəllüdü xx xxxxxx 1955-ci il olmasına baxmayaraq onun doğum akt qeydində təvəllüdü səhvən xx xxxxxx 1958-ci il qeyd edilmişdir. Ona görə də, ərizəçinin ərizəsi təmin edilməli, ərizəçinin adına Maraqlı şəxsndə tərtib edilmiş doğum akt qeydi ləğv edilməli, Qusar rayonu Samur qəsəbəsində anadan olmuş Ərizəçi adına, təvəllüdü «xx xxxxxx 1955-ci il» göstərilməklə yeni doğum akt qeydi tərtib edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi adına Qusar rayonu Yuxarı Zeyxur kənd sovetində tərtib edilmiş xx.xx.1958ci il tarixli 85 saylı doğum akt qeydi ləğv edilsin. Ərizəçi adına, təvəllüdü «xx xxxxxx 1955-ci il» göstərilməklə yeni doğum haqqında akt qeydi bərpa edilsin və adına yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar