Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-995/2022 20.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı aksiz markası olmayan malların müsadirə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı aksiz markası olmayan malların müsadirə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 258,0 manat olan 43 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus və Dövlət Gömrük Komitəsinin Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” Birliyinin ərazisində yerləşən müxtəlif fəaliyyət növünə aid olan təsərrüfat subeyktlərində (obyektlərində) xx.xx.2022-ci il tarixli, **********7308 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”a əsasən xx.xx.2022-ci il tarixdə aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi və digər məsələlər üzrə perativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı obyektdə dəyəri 258,0 manat olan 43 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilmiş və nəticəsi üzrə vergi ödəyicisi barəsində “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından çıxarılmasının aşkar edilməsi barədə” xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000333 nömrəli akt tərtib edilmişdir. Aşkar edilmiş tütün məmulatları “Aksiz markası ilə markalanmalı olan mallarm, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000443 nömrəli protokola əsasən götürülmüşdür. İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, Bakı və Sumqayıt şəhərlərində keçiriləcək məhkəmə iclaslarında olacaq və bu səbəbdən də qeyd edilmiş şəxslə bağlı xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməyi mümkün olmayacaq. Eyni zamanda bildirmişdir ki, iddia ərizəsini müdafiə edir və iddia ərizəsinin tam həcmdə təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki iş materiallarında olan **********282000 saylı xx.xx.2022-ci il tarixli Cavabdeh vergi uçotuna alınması haqqında Xidməti Məktubdan görünür ki, Dövlət Gömrük Komitəsinin Qusar rayonu, Samur qəsəbəsində yerləşən Azərterminalkompleks Birliyinin ərazisində operativ vergi nəzarəti həyata keçirilən zaman həmin ərazidə Rusiya Federasiyasının vətəndaşı Cavabdeh vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti göstərdiyi və Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün müvafiq sənədin olmadığı, bununla belə əvvəllər verilmiş müvafiq icazə sənədinə FİN kodunun 53FSFS0 olduğu müəyyən edilmişdir. Vergi orqanlarında əcnəbilər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən vəsiqənin FİN kodu ilə uçota alınırlar. Göstərilənlərə əsasən Rusiya Federasiyasının vətəndaşı Cavabdeh vergi uçotuna alınmasının mümkün olmaması barədə məlumatın Operativ vergi nəzarəti şöbəsinə təqdim edilməsi üçün göstəriş verməyi xahiş olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli seriya nömrəsi DVX 000333 olan markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktın surətindən görünür ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi zamanı həmin şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Qusar rayonu, DGK-nin “Azərterminalkompleks” birliyi ərazisində yerləşən marketdə keçirilən operativ vergi nəzarəti zamanı aşağıdakı qanun pozuntuları aşkar edilmişdir: Aksiz markaları ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların 258 manat məbləğində belə marka (nişanlanma) olmadan idxal edilməsi, satışı, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması. İşdə olan xx.xx.2022-ci il tarixli DVX 000443 seriya nömrəli markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokolun və xx.xx.2022-ci il tarixli DVX 000343 seriya nömrəli markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların siyahısının surətlərindən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Qusar rayonu Samur qəsəbəsi ünvanında yerləşən marketdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış 43 ədəd “Marlboro göy nazik” markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) mallar, habelə dini məzmunlu mal və məmulatlar vergi ödəyicisinə hüquq və vəzifələri izah edilməklə Vergi Məcəlləsinin 89.14-cü maddəsinə uyğun olaraq X1, X2 və Cavabdeh iştirakı ilə götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-ci və 23.1.15-4-cü maddələrinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil edilməsi, həmçinin aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il qərarında qeyd edilir ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Göründüyü kimi, Cavabdeh məxsus və Dövlət Gömrük Komitəsinin Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Azərterminalkompleks” Birliyinin ərazisində yerləşən müxtəlif fəaliyyət növünə aid olan təsərrüfat subeyktlərində (obyektlərində) xx.xx.2022-ci il tarixli, **********7308 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərar”a əsasən xx.xx.2022-ci il tarixdə aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi və digər məsələlər üzrə perativ vergi nəzarət tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı obyektdə dəyəri 258,0 manat olan 43 ədəd aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatları aşkar edilmiş və nəticəsi üzrə vergi ödəyicisi barəsində “Aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədi ilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından çıxarılmasının aşkar edilməsi barədə” xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 000333 nömrəli akt tərtib edilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaraq hesab edir ki, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış, alış dəyəri 258,0 manat olan 43 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə həmin tütün məmulatları müsadirə edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alış dəyəri 258,0 manat olan 43 ədəd tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə həmin tütün məmulatları müsadirə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-995/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-995/2022
20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver