Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-108/2023 17.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən oğurlanmış mal-qaranın dəyəri 12000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlərdən ona məxsus mal-qaranı oğurlamaları nəticəsində ona vurulmuş maddi ziyan kimi 12000 manat və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixdə ona məxsus mal-qaranın 8 başını oğurlamışlar. Bununla da, cavabdehlər 8 baş mal-qarasını gizli talamaqla ona külli miqdarda ziyan vurmuşlar. Cavabdehlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, iş yekunlaşdırılaraq Daşkəsən Rayon Məhkəməsinə verilmişdir. O, iş üzrə zərrçəkmiş şəxs kimi ona dəymiş maddi ziyan kimi 12000 manat pulun cavabdehlərdən alınıb ona verilməsini tələb etməli olmuşdur. Belə ki, mal-qaradan götürdükləri gəlir sayəsində ailəsinin dolanışığını təmin edir. Mal-qara oğurlandığı üçün onlar gələn gəlirdən məhrum olmuşlar. Ona görə də, cavabdehlərdən ona dəymiş maddi ziyan kimi 12000 manat pul tələb edir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tamimlə qanunsuz və əsassızdır. Belə ki, o və digər Cavabdeh2 İddiaçı məxsus hər hansı mal-qaranı oğurlamamışdır. Onlar barəsində İddiaçı məxsus mal-qaranın oğurlanmaqla bağlı heç bir cinayət işi açılmamış və araşdırma aparılmamışdır. Odur ki, məhəkəmədən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyniməzmunlu izahat verib məhəkəmədən iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili X1 Rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı X2 17 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərarının surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini İddiaçı məxsus 6 baş iribuynuzlu heyvanların 2020-ci ilin oktyabr ayının ortalarında naməlum şəxs və ya şəxslər tərəfindən orğulanması faktı ilə əlaqədar Daşkəsən rayon prokuroruluğunda xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanmış, 20 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsilə istintaq aparılan 21036601 nömrəli cinayət işi həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilməklə istintaq həmin maddə ilə davam etdirilmişdir. İş üzrə bir sıra istintaq hərəkətlər aparılmış, zərərçəkmiş şəxs tanınaraq dindirilmiş, şahidlərin dairəsi müəyyən edilərək dindirilmiş, hadisə yerinə baxış keçirilmiş, əmtəəşünaslıq ekspertizası təyin eidlmiş, lakin cinayət işinin ibtidai istintaq dövründə cinayət əməlini törətmiş şəxs və ya şəxslər, eləcə də təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxs(lər) müəyyən etmək mümkün olmamışdır. Odur ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 dekabr 2022-ci il tarixli 462 saylı arayışından görünür ki, İddiaçı adına 01 yanvar 2020-ci il tarixə Daşkəsən RİHBnin Zağalı İƏDÜN-nin 02 nömrəli təsərrüfatbaşına kitabının 124 nömrəli şəxsi hesabında 13 baş iribuynuzlu mal-qara qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24 oktyabr 2020-ci il tarixdə ona məxsus 8 baş mal-qaranı oğurladıqlarını, cavabdehlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham elan edildiyini və cinayət işinin yekunlaşdırılaraq Daşkəsən Rayon Məhkəməsinə verildiyini bildirərək, cavabdehlərdən mal-qaranı oğurlamaları nəticəsində ona vurulmuş maddi ziyan kimi 12000 manat pul tələb edir. İş üzrə göründüyü kimi Daşkəsən Rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı X2 17 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırlması haqqında qərarı ilə qeyd edilən fakt öz təsdiqini tapmamışdır. Belə ki, qərardan da göründüyü kimi, Daşkəsən rayonu Xoşbulaq kənd sakini İddiaçı məxsus 6 baş iribuynuzlu heyvanların 2020-ci ilin oktyabr ayının ortalarında naməlum şəxs və ya şəxslər tərəfindən orğulanması faktı ilə əlaqədar Daşkəsən rayon prokuroruluğunda xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə başlanmış, 20 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsilə istintaq aparılan 21036601 nömrəli cinayət işi həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilməklə istintaq həmin maddə ilə davam etdirilmiş, iş üzrə bir sıra istintaq hərəkətlər aparılmış, zərərçəkmiş şəxs tanınaraq dindirilmiş, şahidlərin dairəsi müəyyən edilərək dindirilmiş, hadisə yerinə baxış keçirilmiş, əmtəəşünaslıq ekspertizası təyin eidlmiş, lakin cinayət işinin ibtidai istintaq dövründə cinayət əməlini törətmiş şəxs və ya şəxslər, eləcə də təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxs(lər) müəyyən etmək mümkün olmamışdır. Odur ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə gorə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini muəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş, ona məxsus qazların cavabdehin donuzları tərəfindən yeyilməsinə dair video ilə bağlı qeyd edir ki, həmin videoda ölmüş qazın donuzlar tərəfindən yeyilməsi əksini tapsa da, iş materialları ilə, o cümlədən mütəxəssis rəyi ilə donuzların diri quşu yeməsi təkzib edilmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini hər hansı sübutla əsaslandırmadığından, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən oğurlanmış mal-qaranın dəyəri 12000 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 126 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən oğurlanmış mal-qaranın dəyəri 12000 manat məbləğində pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 126 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-108/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-108/2023
17.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver