Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-11/2024 15.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X3 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 34000 manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 34000 manat pulun və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, tanışı Cavabdeh müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 34000 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh pulu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi müxtəlif bəhanələrlə bundan yayınmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı hissə-hissə olmaqla faizə 27000 manat məbləğində pul almışdır. O, aldığı məbləği hissə-hissə olmaqla bir hissəsini iddiaçının kart hesabına köçürmüş, qalan hissələri isə şəxsən iddiaçının özünə vermiş, taksi sürücüsü ilə onun evinə göndərmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. İddia tələbi tam əsassız və qanunsuz olduğundan rədd olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Polis şöbəsinin İstintaq qrupunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı hissə-hissə olmaqla cəmi 27600 manat məbləğində pul vəsaiti aldığını və qeyd olunan məbləği geri qaytara bilmədiyini etiraf etmişdir. İddiaçı şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş "xxxx" ASC-nin 03 may 2023-cü il tarixli 2023/111/3205 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü tarixədək köçürülmüş pul vəsaiti barədə çıxarışda Cavabdeh istifadəsində olan plastik kartdan və Vüsalə Ələkbərovanın istifafdəsində olan plastik kartlardan İddiaçı istifadəsində olan plastik karta köçürülən vəsaitlərə dair məlumatlar qeyd olunmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, kart hesablarına 150 manat, 50 manat, 100 manat və 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2024-cü il tarixli 9/1056 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan İddiaçı anna olan 4169........4032 nömrəli kart hesabının çıxarış məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə Cavabdeh adına dan 5103 ........1431 nömrəli kart hesabından cəmi 3245 manat, Vüsalə Ələkbərovanın adına olan 5103 .........7795 nömrəh kart hesabından cəmi 100 manat, 5103 ......... 0732 nömrəli kart hesabından isə cəmi 450 manat, ümumilikdə 3795 manat pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. İşə əlavə edilmiş 06 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 196 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tərəflər arasında olan WhaatsApp yazışmalarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında dəfələrlə pul söhbətləri olmuşdur. Məhkəmə tərfələrin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı tələbini əsaslandıran bütün faktiki halları və bu barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh iddiaçının təqdim etdiyi faktları mübahisələndirirsə o da öz növbəsində bu barədə sübutlar təqdim etməlidir. Hazırkı iş üzrə cavabdeh həm məhkəməyə, həm də polis orqanına təqdim etdiyi izahatlarında iddiaçıdan 27000 manat məbləğində pul vəsaiti almasını etiraf etmişdir. Lakin, cavabdeh iddiaçının haqlı olmamasını aldığı pulları tam şəkildə ödəməsi ilə əsaslandırır. Belə olan vəziyyətdə cavabdeh sübutetmə vəzifəsinə uyğun olaraq ödənişlər barədə sübutlar təqdim etməlidir. Cavabdeh 27.000 pul vəsaitini iddiaçıya şəxsən, sürücülər və bank kartı vasitəsilə qaytarmış olduğunu bildirsə də, iş üzrə keçirilmiş ekspertiza rəyi və digər ödəniş qəbzləri əsasında onun cəmi 5045 manat ödəniş etməsi təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı adına olan kart hesabına Cavabdeh kart hesabından 3245 manat, onun həyat yoldaşı Vüsalə Ələkbərovanın adına olan kart hesabından cəmi 100 manat, digər nömrəli kart hesabından isə cəmi 450 manat, ümumilikdə 3795 manat pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. Həmçinin cavabdeh iddiaçının kart hesabına ödəniş sistemlərindən 1250 manat pul köçürmüşdür. Odur ki, məhkəmə qeyd olunanlara nəzərə alaraq hesab edir ki, 21.955 (27000- 3795-1250= 21.955) manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 196 manat dövlət rüsumunun 155,71 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, 40,29 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21,905 (iyirmi bir manat doqquz yüz beş) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 155,71 (bir yüz əlli beş manat yetmiş bir) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “Məhkəmə Ekspertizası Mərkəzi“-nə ödənilməli olan 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh `oğlundan tutularaq (büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Ekspertiza xərci, SAP (XİİS) hesabı, Adı: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN 170032661, AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-11/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-11/2024
15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver