Məhkəmə qərarları › İş №2(030)-126/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-126/2023

15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-126/2023 15.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Allahverdi oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə 058 saylı protokolun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı xx.xx.2021-ci il tarixli protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(030)-57/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Daşkəsən rayonu Zağlı kəndində 0,2569 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı və X1 əşyaları ilə birlikdə çıxarılması, evin boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, cavabdeh İddiaçı Daşkəsən rayonu Zağalı kəndində yerləşən iddiaçı Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi irəli sürülən iddiamı təmin edərkən, işin halları kimi müəyyən etmişdir ki, məhkəmə qətnaməsinə əsasən mübahisəli ev hərracda satılmış və iddiaçı tərəfindən cavabdehin payı ödənilməklə ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaqla bütünlüklə Sahil Quliyevanın mülkiyytətinə keçmişdir. O, bütün bunlara etiraz etmiş, ona təklif edilən 5000 manatla razılaşmammış və rədd etmişdir. Evin dəyəri 22500 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı 13 oktyabr 2021-ci il tarixli protokolun və "xxxx" MMC-nin direktoru X2 ilə Cavabdeh1 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 13 oktyabr 2021-ci il tarixli müqaviləsi ilə Cavabdeh1 ilə onun payı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,2569 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi hərracda 30000 manat məbləğində qiymətləndirilməklə Cavabdeh1 satılmışdır. Onun qeyd olunan hərracdan xəbəri olmamışdır. Evinin dəyəri son dərəcədə ucuz satılmışdır. Bacısı bu vəziyyətdən isatifadə edərək evi öz adına keçirmiş, 60000 manat dıyırində olan evi iki dəfə ucuzlaşdırmışdır. Bu səbəbdən də, "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı xx.xx.2021-ci il tarixli protokolunu əsaslı hesab etmir. Qeyd olunan protokol onun mülkiyyət üzərində hüquqlarını pozmuşdur. İşə əlavə olunmuş "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı 13 oktyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, hərrac ünvan 1 ünvanında keçirilmişdir. 1/6 hissəsi İddiaçı və 5/6 hissəsi Cavabdeh1 məxsus Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,2569 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin tam dəyəri 30000 manat qiymətləndirilmişdir. Hərracın keçirilməsinə əsasən: Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)- 1764/2020 saylı icra vərəqəsi və Daşkəsən rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 140217/2021 saylı sifarişli məktubu. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsi imkanını aradan qaldıran Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə xx.xx.2022 tarixli qərardadında qeyd edilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarından olan Gəncə Apelyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(104)-2235/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Daşkəsən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(030)-57/2022 saylı qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarını təsdiq edən sənədin adı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli Çıxarışa kimi, əmlakın yerləşdiyi kəndin adı isə Daşkəsən rayonunun Zağalı kəndi kimi qeyd edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmış Daşkəsən rayonunun Zağalı kəndində 0,2569 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı və X1 əşyaları ilə birlikdə çıxarılmaları, evin boşaldılaraq iddiaçı Cavabdeh1 təhvil verilməsi, iddiaçı Cavabdeh1 mülkiyyətində olan, Daşkəsən rayonunun Zağalı kəndində yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı istifadə hüququna xitam verlməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi icra olunmuş, hərrac keçirilmiş, ev 30000 manata qiymətləndirilmiş, bu zaman iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı payına düşən 5000 manat məbləğini ödəmiş və hərracın nəticəsi olaraq həmin ev iddiaçı Cavabdeh1 tərəfindən satın alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən iddiaçı Cavabdeh1 adına Daşkəsən rayonu Zağalı kəndində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə 25 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli Çıxarış verilmişdir. Hazırda iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Arifə Əliyevanın mülkiyyət hüququ ilə ona məxsus olan evdən çıxarılmasını tələb etmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin irəli sürülən iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının mübahisəli əmlak üzərində tam mülkiyyət hüququ vardır. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçılə ümumi paylı mülkiyyətdə olan əmlakı açıq hərracdan satın almış və həmin əmlakın İddiaçı düşən hissəsinin dəyərini ödəmişdir. Cavabdehlərin həmin evdə yaşaması qanunvericilikdə təsbiq olunmuş başqasına məxsus mülkiyyət hüququndan sərbəst və səmərli istifadə etmək istəkləri tam əsassızdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 221-ci maddəsinin tələblərinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, ev istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verir. Əmlakdan istifadə hüququ isə mülkiyyət hüququnun tərkib hissəsi olmaqla, mülkiyyət hüquqlarına xitam verildiyi halda həmin hüquq da itirilmiş sayılır. Göründüyü kimi, Gəncə Apelyasiya Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(104)- 2235/2022 saylı işə baxarkən hazırkı iş üzrə mübahisələndirilən "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı xx.xx.2021-ci il tarixli protokolun etibarlılığı ümumi qaydada yoxlanıldığından və həmin hüquqa söykənən tələb həll edildiyindən, artıq həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır. Bu baxımdan "xxxx" MMC-nin hərracın yekunları barədə 058 saylı xx.xx.2021-ci il tarixli protokolun etibarlılığını ümumi qaydada yoxlanılmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan həmin hal üzrə iddianın yenidən qaldırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İşin konkret halı və şərh olunan qanunun tələbi baxımından məhkəmə hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə 058 saylı protokolun nəticələrinin ləğv edilməsi tələbi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar