Məhkəmə qərarları › İş №2(030)-14/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-14/2025

25.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-14/2025 25.09.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı giriş-çıxış yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, ona məxsus 2/9 hissədə (0,10 ha) torpaq sahəsinin giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0991 ha torpaq sahəsi 12 iyun 2023-cü il tarixli çıxarışla tam mülkiyyət hüququ ilə ona məxsusdur. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək onun 2/9 hissədə (0,10 ha) payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək ümumi torpaq sahəsindən naturada ayrılması və onun adına qeydə alınması, ümumi torpaq sahəsinin qalan hissəsinin Cavabdeh mülkiyyətində saxlanılması qət edilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunu bağlamışdır. Valideynlərindən miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsinin 2/9 hissəsi, yəni 0,10 ha hissəsinin ona məxsus olmasına baxmayaraq, cavabdeh həmin torpaq sahəsindən onun istifadə etməsinə imkan vermir. Mülkiyyətində olan torpaq sahəsinə yol mövcud deyildir. Bu və ya digər ərazidən yolun açılması təmin olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh və üçüncü şəxs Daşkəsən rayon Qabaqtəpə bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçıya aid hər hansı bir yolu bağlamamışdır. Lakin, iddiaçının onun mülkiyyətində olan ərazidən istifadə etməsinə də razı deyildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən 30 iyun 2020-ci il tarixli, **********7 qeydiyyat nömrəli, çıxarışa əsasən ümumi paylı mülkiyyətində olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək İddiaçı 2/9 hissədə payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək 26,5m x 28,7m x 32m x 41,7 metr ölçüdə olmaqla ümumi torpaq sahəsindən naturada ayrılması və İddiaçı adına qeydə alınması, ümumi torpaq sahəsinin qalan hissəsinin Cavabdeh mülkiyyətində saxlanılması qət edilmişdir. İşə əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0991 ha torpaq tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli Çıxarışa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu mövcud deyildir. İddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi torpaq sahəsi, elektron kadastr məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yol kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi 0.0244 ha torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmiş, lakin həmin sahədə gediş-gəliş yolu göstərilməmişdir. Kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yolundan ayrılaraq, fərdi olaraq müstəqil şəkildə iddiaçının gediş-gəliş yolu kimi İstifadə etmək istədiyi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və eyni zamanda, **********90 şeyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istfadəsindədir. Əlavə olaraq qeyd edək ki, **********90 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə gediş-gəliş yolu, faktiki olaraq yalnız **********60-10301 teyesir nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mövcuddur ki, həmin yol Cavabdeh mülkiyyətində olun torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli 10/808 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli Çıxanşa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yolu kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi 0.0244 ha torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmiş, lakin həmin sahədə gediş-gəliş yolu göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yolundan ayrılaraq, fərdi olaraq müstəqil şəkildə iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və eyni zamanda, **********90 şeyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istifadəsindədir. Əlavə olaraq qeyd edək ki, **********90 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə gediş-gəliş yolu, faktiki olaraq yalnız **********60-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mövcuddur ki, həmin yol Cavabdeh mülkiyyətində olun torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir. İşə əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən 01 avqust 2025-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri bir-biri ilə qonşudurlar. İddiaçıya məxsus olan və naturada bölünmüş torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsindən aşağı hissədə yerləşir. Torpaq sahələri iki hissəyə bölündükdən sonra kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yoluna çıxış olan ərazi Cavabdeh mülkiyyətində olan hissədə qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş üzrə mütəxəssis və ekspert rəyləri, mübahisəli ərazinin yerində müayinəsi və digər sübutlarla müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu elektron kadastr məlumat bazasında mövcud olan xəritə və layihələrdə nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi, hazırda İddiaçı ilə Cavabdeh mülkiyyətində olan torpaq sahələri əvvəllər tam şəkildə olmuşdur. Həmin torpaq sahəsi Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən naturada paylara bölünmüşdür. Bölünmə nəticəsində torpaq sahəsindən iddiaçının 2/9 hissədə olan payı torpaq sahəsinin aşağı hissəsindən ayrılmışdır. Yəni torpaq sahəsi tam şəkildə olmuş və həmin torpaq sahəsinin yalnız bir gediş-gəliş yolu olmuşdur. Lakin, torpaq sahəsi iki hissəyə bölündükdən sonra kəndin daxilində ümumi istifadədə olan gediş-gəliş yoluna çıxış olan ərazi Cavabdeh mülkiyyətinə verilmiş hissədə qalmışdır. Həmin yoldan Cavabdeh hal-hazırda da istifadə edir. Torpaq sahəsi iki hissəyə bölündükdən sonra iddiaçının mülkiyyətinə verilmiş sahəyə yolun açılması məsələsi mübahisəyə çevrilmişdir. Ekspert və mütəxəssis rəylərində də göstərilmişdir ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol Qasım Qoşqar oğlunun mülkiyyətində olan torpaq sahəsindən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir. Beləliklə, iş üzrə sübutlarla təsdiqini tapır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol cavabdeh tərəfindən özbaşına olaraq bağlanmamışdır. İddiaçı mülkiyyətində olan əraziyə əvvəlki yoldan istifadə etməklə keçməsi Cavabdeh mülkiyyətində olan ərazidən keçməklə mümkündür. Əgər, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə kəndin daxilində ümumi istifadədə olan gediş-gəliş yoluna çıxışı bələdiyyə mülkiyyətində olan ərazidən əldə etmək istədiyi halda bu barədə yerli bələdiyyə orqanına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 47.3-cü maddəsinə görə, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33.4-cü maddəsinə görə, qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsi 3, SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VOEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar