Məhkəmə qərarları › İş №2(030)-142/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-142/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-142/2023 17.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı İsrfail oğlunun iştirakı ilə, İddiaçı İsrfail oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı İsrfail oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 6025 manat əsas borc və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İsrfail oğlu iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, oğlu İlqar Cəfərov işsiz olduğu üçün ona iş axtarmış. 2018-ci ildə qonşusu Əli kişinin kürəkəni Elşad adlı şəxslə bu barədə söhbət etmişdir. Cavabdeh ona müəyyən pul müqabilində oğluna pensiya düzəldə biləcəyini demişdir. Bu məqsədlə o, 2019-cu ildə dostu İltifatın yanında Şanxay deyilən ərazidə Cavabdeh 5000 manat məbləğində pul vermişdir. Elşad 3 ay müddətində pensiya düzələcəyinə dair söz vermişdir. Ancaq 3 aydan sonra pensiya düzəlməmiş, bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh hər dəfə yaxın vaxtlarda düzələcəyinə vəd vermişdir. Nəhayət ki, 2022-ci ilin sentyabr ayında cavabdeh işin tam düzəlməsi üçün əlavə 1000 manat pul lazım olduğunu bildirmişdir. O, da 1000 manat məbləğini 3 ay ərzində hissə-hissə 200 manat, 300 manat və 500 manat olmaqla, üç dəfəyə 2022-ci ili sentyabr ayında cavabdehə vermişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh işin tam düzəldiyini, bir-iki nəfərə hörmət etmək lazım olduğunu, bu səbədən də əlavə olaraq ondan 25 manat pul almışdır. Lakin yenə oğlunun pensiyası düzəlməmişdir. Bundan sonra dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, cavabdehə məxsus olan mobil nömrələrə zəng çatmamışdır. Cavabdehin onun etibarından sui-istifadə edərək ondan 6025 manat məbləğində pul alması barədə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 21 noyabr 2022-ci il tarixli HK-1/462 saylı qərarı ilə ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakterli olduğu bildirilmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Tərəfləri tanıyır. 2019-cu ilin yanvar ayında İddiaçı onun yanında Cavabdeh 5000 manat məbləğində pul vermişdir. İşə əlavə edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X4 Elşad adlı tanışının ona oğlu X7 pensiya düzəldəcəyinə söz verdiyi üçün yaşadığı yerin yaxınlığında müxtəlif vaxtlarda 2019-cu ilin yanvar ayında 5000 manat, 2022-ci ilin sentyabr ayında 1000 manat və 2022-ci ilin oktyabr ayında isə 25 manat pul verdiyini, sonradan həmin şəxsin dələduzluq yolu ilə pulu mənimsədiyi barədə ərizəsi üzrə araşdırma aparılmış, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında 2018-ci ildə X8 ilə qayınatası Əlinin evindən tanış olmuş, Kamilin işlədiyini və maddi vəziyyətinin normal olduğunu bildiyi üçün 2019-cu ilin yanvar ayında X2 3000 manat borc pul istədiyini, İddiaçı 2019-cu ilin yanvar ayında onun yaşadığı əraziyə gələrək “QAZ 3110” markalı dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sonradan adını öyrəndiyi İfaq adlı şəxsin yanında ona 3000 manat məbləğində borc pul vermiş, bir neçə gündən sonra isə Kamildən 700 manat məbləğində borc pul istəmiş, Kamil də onun xahişini nəzərə alaraq yaşadığı əraziyə gələrək ona 700 manat məbləğində pul vermişdir. O, borc məbləğini hissə-hissə ödəcəyini bildirsə də, maddi imkansılıqdan ödəniş edə bilməmişdir. Bir neçə aydan sonra Kamil ona zəng edərək pulu hissə-hissə ödəməcəyi təqdirdə faiz pulu da ödəyəcəyini bildirmişdir. O, Kamildən 6025 manat deyil, cəmi 3700 manat məbləğində borc pul aldığını göstərmişdir. Materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı İsrfail oğlu 2019-cu ilin yanvar ayında X3 yanında Cavabdeh 5000 manat məbləğində pul vermişdir. Cavabdeh Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin TB-də verdiyi izahatında İddiaçı İsrfail oğlu 2019-cu ilin yanvar ayında 3000 manat, bir neçə gün sonra isə 700 manat olmaqla, cəmi 3700 manat məbləğində borc pul aldığını və maddi imkansızlıqdan qaytara bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışında iddiaçının izahatı və şahid ifadəsi ilə iddiaçının cavabdehə 5000 manat məbləğində pul verməsi öz təsdiqini tapmışdır. İddiaçı İsrfail oğlu əlavə olaraq Cavabdeh 2022-ci ili sentyabr ayınadək 3 ay ərzində hissə-hissə 200 manat, 300 manat və 500 manat olmaqla, cəmi 1000 manat və 2022-ci ilin oktyabr ayında 25 manat məbləğində pul veridiyini bildirsə də, bu halı təsdiq edən sübütları məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 manat əsas borc alınıb İddiaçı İsrfail oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun 37 manatı cavabdehə, 08 manatı isə iddiaçıya aid edilməlidir. Азярбайъан Республикасы Мцлки-Просессуал Мяъяллясинин 217.3-ъц маддясинин тялябиня эюря, гятнамя иш цзря мцяййян едилмиш щягиги щаллара вя тяряфлярин гаршылыглы мцнасибятиня уйьун ясасландырылмалыдыр. Həmin Мяъяллянин 217.4-ъц маддясинин тялябиня эюря, мящкямя (щаким) юз гятнамясини йалныз мящкямя иъласында тядгиг олунмуш сцбутларла ясасландырыр. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat əsas borc və ödənilmiş 37 manat dövlət rüsumu olmaqla, cəmi 5037 (beş min otuz yeddi) manat məbləğində pul vəsaiti alınıb iddiaç İddiaçı İsrfail oğluna verilsin. Ödənilmiş dövlət rüsumunun 08 (səkkiz) manatı iddiaç İddiaçı İsrfail oğluna aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar