Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-159/2023 14.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1073 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Cavabdeh "xxxx" ASC-dən kredit götürmək üçün ona zamin durmasını xahuş etmiş, o, da cavabdehə inandığı üçün ona zamin durmuşdur. Cavabdeh 18 dekabr 2019-cu il tarixli “Kredit müqaviləsi”nə əsasən bankdan 1091,50 manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, kredit borcunu ödəmədiyi üçün bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı qətnaməsi ilə Cavabdeh və ondan 112,34 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. O, Daşkəsən rayonu X1ndə işlədiyi üçün məhkəmə qətnaməsi icraya yönəldikdə sonra borc məbləği onun əmək haqqına yönəldilmiş və borc məbləği onun əmək haqqından tutulmuşdur. 17 yanvar 2023-cü il tarixdə borc məbləği onun tərəfindən tam ödənildiyi üçün icra məmuru tərəfindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh qısa müddət ərzində pulu geri qaytarcağına söz versə də, hal-hazıradək heç bir ödəniş etməmişdir. Yaranmış vəziyyətdə məhkəməyə mürcaiət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasınının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli 10-MZ-3-0-2438-14 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış illik 1 faiz olmaqla 5 il müddətinə 1091,50 manat məbləğinə güzəştli şərtlərlə 18 dekabr 2019-cu il tarixli 10-MZ-3-0-2438-14 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Güzəşt müddəti ərzində hər təqvim ayının 18-dək 0,91 (manat 91 qəpik) AZN. Güzəşt müddəti bitrikdən sonra kredit müddəyinin sonunadək hər təqvim ayının 18-dək 23,21manat ödənilməlidir. İşə əlavə edilmiş 18 dekabr 2019-cu il tarixli 10-MZ-3-0-2438-14 saylı “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, bu müqaviləyə əsasən zamin (digər cavabdeh) İddiaçı kredit alan Cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halında Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədikdə dəymiş zərərin əvəzinin borcalan və zamnai və ya zaminlərdən tələb etmək hüquqları vardır. İşə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 18 dekabr 2020-ci il tarixli 10-MZ-3-0-2438-14 saylı kredit müqaviləsi üzrə 1112 (min yün on iki) manat 34 (otuz dörd) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASCnin hesabına ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş ödəniş vərəqələrinin surətlərindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra sənədi üzrə İddiaçı 08 avqust 2022-ci il tarixli 2080PX12222024CA saylı ödəniş vərəqi ilə 180 manat, 08 sentyabr 2022-ci il tarixli 2080PX122251019D saylı ödəniş vərəqi ilə 180 manat və 06 oktyabr 2022-ci il tarixli 2080PX********** saylı ödəniş vərəqi ilə 180 manat, 15 noyabr 2022-ci il tarixli 2080PX********** saylı ödəniş vərəqi ilə 141,75 manat, 07 dekabr 2022-ci il tarixli 2080PX********** saylı ödəniş vərəqi ilə 141,75 manat və 28 dekabr 2022-ci il tarixli 2080PX12236303E3 saylı ödəniş vərəqi ilə 141,75 manat, olmaqla cəmi 965,25 manat məbləğində pul vəsaiti tutlub "xxxx" ASC-nin hesabına ödənimişdir. İşə əlavə edilmiş 19 yanvar 2023-cü il tarixli mədaxil qəbzində görünür ki, İddiaçı tərəfindən Daşkəsən rayon İcra və probasiya şöbəsinin hesabına 79,96 manat məbləğində pul vəsaiti köçürülümüşdür. İşə əlavə edilmiş "xxxx" ASC-nin Məhkəmə orqanları ilə iş şöbəsinin 19 yanvar 2023cü il tarixli KBD 599 saylı məktubundan görünür ki, cavabdehlər Cavabdeh və qeyriləri tərəfindən Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı qətnaməsi üzrə borc tam ödənilmişdir. Odur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı qətnaməsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin 26 yanvar 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra sənədi üzrə borclular Cavabdeh və İddiaçı müştərək qaydada 1142,34 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra sənədi üzrə tələb olunan məbləğ borclular Cavabdeh və İddiaçı tərəfindən tam şəkildə təmin olunmuşdur. Belə ki, icra sənədi üzrə borc məbləği İddiaçı əmək haqqında tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilmişdir. Odur ki, Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)- 320/2021 saylı icra sənədinə xitam veirlmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra və probasiya şöbəsinin 14 aprel 2023-cü il tarixli 255725/2021 saylı məktubundan görünür ki, Daşkəsən rayon İcra və probasiya şöbəsinin icraatında olmuş Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra vərəqəsi üzrə borclular Cavabdeh və İddiaçı 1112,34 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulub tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra sənədi üzrə yaranmış kredit borcunun ödənilməsi üçün tələbin borclunun əmək haqqına yönəldilməsinə dair 30 iyun 2022-ci il tarixdə qərar qəbul olunaraq borclu İddiaçı iş yerinə X1 MMC-yə göndərilmişdir. İş üzrə borclu İddiaçı əmək haqqından 965,25 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilmişdir. Borclular tələbi könüllü müddətdə təmin etmədiklərinə görə iş üzrə borclu İddiaçı 79,96 manat icra ödənişini Daşkəsən rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödəmişdir. İcra sənədi üzrə "xxxx" ASC-nin 19 yanvar 2023-cü il tarixli KBD599 nömrəli məktubuna əsasən kredit borcu tam şəkildə ödənildiyi üçün Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra vərəqəsinin icraatına xitam verilməsi xahiş olunmuşdur. Odur ki, 26 yanvar 2023-cü il tarixdə Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələnin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında illik 1 faiz olmaqla 5 il müddətinə 1091,50 manat məbləğinə güzəştli şərtlərlə 18 dekabr 2020-ci il tarixli 10-MZ-3-0-2438-14 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bağlanmış 18 dekabr 2019-cu il tarixli 10-MZ-3-0-2438-14 saylı “Zaminlik müqavilə”sinə əsasən borclu (zamin) İddiaçı kredit alan Cavabdeh bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin tələbləri pozularaq ödənişləri gecikdirildiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 18 dekabr 2020-ci il tarixli 10-MZ-3-0-2438-14 saylı kredit müqaviləsi üzrə 1112 (min yün on iki) manat 34 (otuz dörd) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə çıxarılmış 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra vərəqəsi icra olunması üçün Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Daşkəsən rayon İcra və probasiya şöbəsi tərəfindən Daşkəsən Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(030)-320/2021 saylı icra sənədi üzrə yaranmış kredit borcunun ödənilməsi üçün tələbin borclunun əmək haqqına yönəldilməsinə dair 30 iyun 2022-ci il tarixdə qərar qəbul olunaraq borclu İddiaçı iş yerinə X1 MMC-yə göndərilmişdir. İş üzrə borclu İddiaçı əmək haqqından 965,25 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən 79,96 manat məbləğində icra ödənişi Daşkəsən rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh 1073 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. İş üzrə göründüy kimi, İddiaçı əmək haqqından 965,25 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına, 79,96 manat məbləğində icra ödənişi isə Daşkəsən rayon İcra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Bununla da, İddiaçı tərəfindən icra sənədi üzrə cəmi 1045,21 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC-dən götürülmüş kredit üzrə zamin durduğu Cavabdeh öhdəliyi üzrə bank tərəfindən ondan tutulmuş 1073 manat kredit ödənişinin və ödnilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsini tələb etdiyindən tərəflər arasında yaranmış münasibətlərə mülki qanunvericiliyin zaminlik müqaviləsini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2–ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1–ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1–ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2–ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442.1–ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" ASC–yə ödəməli olduğu kredit öhdəliyinin 965,25 manat hissəsi zamin İddiaçı tərəfindən icra edildiyindən həmin öhdəlik üzrə hüquqları həmin məbləğdə, yəni 965,25 manat həcmində Cavabdeh keçmişdir. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında illik 1 faiz olmaqla 5 il müddətinə 1091,50 manat məbləğinə güzəştli şərtlərlə 18 dekabr 2019-cu il tarixli 10-MZ- 3-0-2438-14 saylı “Kredit müqaviləsi” bağlanmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bağlanmış 18 dekabr 2019-cu il tarixli 10-MZ-3-0-2438-14 saylı “Zaminlik müqavilə”sinə əsasən borclu (zamin) İddiaçı kredit alan Cavabdeh bank qarşısındakı öhdəliyini icra etmədikdə həmin öhdəliyin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin kredit öhdəliyini icra etmək üçün 965,25 manat kredit borcu ödənilmişdir. Həmçinin, iş ateriallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 10-MZ-3-0-2438-14 saylı müqavilə üzrə 965,25 manat kredit borcu, 79,96 manat məbləğində icra ödənişi və 30 manat dövlət rüsumu ödəniş edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İlyas oğlundan 1045,21 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29 manatı cavabdehə, 01 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1045,21 manat əsas borc və ödənilmiş 29 manat dövlət rüsumu olmaqla, cəmi 1074 (bir min yetmiş dörd) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hisəsədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-159/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-159/2023
14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver