Məhkəmə qərarları › İş №2(030)-160/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-160/2023

05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-160/2023 05.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Allahverdi oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, 10 aprel 2015-ci ildə "xxxx" ASC-dən 3000 manat məbləğində kredit götürmüş və həmin pulun 1000 manatını Cavabdeh borc vermişdir. Cavabdeh əməmk haqqını aldıqdan sonra borcu qaytaracağına dair öhdəlik götürmüşdür. O, 2015-ci ildə həbs olunmuş, 2022-ci ilin may ayında isə həbsdən azad edilmişdir. Cavabdehdən borc verdiyi pulu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdeh işləyir və əmək haqqı alır. Məhkəmə prosesinin gedişində aralarında ümumi razılığa gələrək barışıq sazişi bağlanmışdır. Məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, məhkəmə prosesinin gedişində İddiaçı ilə aralarında ümumi razılığa gələrək barışıq sazişi bağlanmışdır. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı və Cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək mübahisə üzrə razılığa gəldiklərini bildirmiş və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Razılığın şərtlərinə əsasən, Cavabdeh “pul tələbinə dair” iddiada qeyd edilən 1000 (bir min) manat məbləğində pulun borc olaraq İddiaçı tərəfindən ona verilməsini etiraf edir, cavabdeh həmin 1000 (bir min) manat məbləğində pulu hər ayın 15-i hissə-hissə 50 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürür, iddiaçı 1000 (bir min) manat məbləğində pulu hər ayın 15-i hissə-hissə 50 manat olmaqla cavabdeh tərəfindən ona ödənilməsi şərti ilə iddiasından imtina edir, cavabdeh bu sazişi imzalandığı gündən sonra növbəti aydan başlayaraq pulun ödənilməsinə başlayacağını öhdəsinə götürür, iddiaçı iddia tələbindən imtina edir və məhkəmənin icraatında olan mülki işin icraatına xitam verilməsini xahiş edir, tətəflər göstərilən şərtlərlə iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir və hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamaq hüququna malikdirlər. Həmin Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdən sonra iş üzrə icraata xitam verməlidir. Barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 268, 269-cu maddlərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Cavabdeh “pul tələbinə dair” iddiada qeyd edilən 1000 (bir min) manat məbləğində pulun borc olaraq İddiaçı tərəfindən ona verilməsini etiraf edir.

2. Cavabdeh həmin 1000 (bir min) manat məbləğində pulu hər ayın 15-i hissə-hissə 50 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürür.

3. İddiaçı 1000 (bir min) manat məbləğində pulu hər ayın 15-i hissə-hissə 50 manat olmaqla cavabdeh tərəfindən ona ödənilməsi şərti ilə iddiasından imtina edir.

4. Cavabdeh bu sazişi imzalandığı gündən sonra növbəti aydan başlayaraq pulun ödənilməsinə başlayacağını öhdəsinə götürür. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar