Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-20/2024 14.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X4 Hafiz оğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 65560 manat məbləğində pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 65560 manat və ödənilmiş 286,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə qardaşı Aqil Cəfərov və onun şəriki Asimin çayxanasında çayçı kimi işləmişdir. 1995-ci ildə İddiaçı qardaşı Aqil Cəfərov və Asimə 600 manat pul verib çayxananı onlardan alaraq özü istifadə etməyə başlamışdır. Cavabdeh 1991-ci ildən 1996-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1996-cı ildə özü həqiqi hərbi xidmətə getdiyi üçün həmin çayxananı müvəqqəti işələtmək üçün təmənnasız olaraq Cavabdeh vermişdir. 1999-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra çayxananı özü işlətməyə başlamışdır. 2001-ci ildə Cavabdeh müharibə veteranı və güzəştlərə malik olduğu üçün iddiaçı işlətdiyi çayxananı Cavabdeh adına özəlləşdirmişdir. 2001-ci ildə Cavabdeh ailəsi ilə birlikdə İsrailə köçüb orada yaşamışdır. 2006-cı ildə Daşkəsən Rayon İcra Hakimiyyətiin başçısı Daşkəsən şəhərində abadlıq işləri ilə bağlı ona çayxananın köhnə tipli olduğunu, onu söküb müasir tipli çayxana tikməsini bildirmişdir. O, da mal-qarasını satıb, borc alaraq hazırki çayxananı 2007-ci ildə tikib başa çatdırmışdır. Çayxananın tikilməsi üçün 34905 manat xərc çəkmişdir. Hal-hazırda çayxananın real bazar qiyməti 95000 manat təşkil edir. 2016-cı ildə Cavabdeh İsraildən Daşkəsən şəhərinə gəlmiş və onlar görüşüb söhbət edərkən cavabdeh iddiaçıya Daşkəsən şəhərindən ev alıb kirayə verib qazanc əldə etməyi məsləhət görmüş, İsrailə qayıtdıqdan sonra xərclədiyi bütün pulun hamısını qaytaracağını bildirmişdir. Bundan sonra, cavabdehin verdiyi etibarnaməyə əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsində kirayə vermək məqsədilə mənzillər almış, onların təmirinə vəsaitlər xərcləmişdir. Qaraj inşa etdirmişdir. Bu işlərə görə cəmi 99160 manat məbləğində pul xərcləmişdir. Cavabdeh isə İsraildən iddiaçıya 21000 ABŞ dolları, manatla 33600 manat məbləğində pul göndərmişdir. Hazırda cavabdehin iddiaçıya 65560 manat məbləğində borcu qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin işin məhkəmə aidiyyətinin düzgün seçildiyini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, bütün əmlaklar onun öz pulu ilə alınmış. Çayxana özünə məxsusdur. Mənzilləri qazanc məqsədilə kirayə vermiş, sonra isə satmışdır. Odur ki, iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd olunmalıdır. Eyni zamanda tərəflərin vergi ödəyicisi olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iş məhkəmə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işə əlavə edilmiş vergi məlumatlarından görünür ki, İddiaçı sahibkar kimi 24 dekabr 2018-ci il tarixdə VÖEN: ********* nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdeh sahibkar kimi 04 yanvar 2018-ci il tarixdə VÖEN: ********** nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi hər iki tərəf vergi orqanında qeydiyyatda olmaqla sahibkar statusuna malikdir. Tələb pul tələbi olmaqla onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq yaranmışdır. Belə ki, çayxana sahibkarlıq fəaliyyəti göstərilən obyektdir. İddia tələbində göstərildiyi kimi mənzillər də istifadə üçün deyil, kirayəyə verilib qazanc əldə etmək məqsədilə alınmışdır. Tərəflərin hər ikisi mənzillərin kirayə verilməklə qazanc əldə etmək məqsədilə alınmış olduğunu təsdiq edirlər. Odur ki, tələb mənzil mübahisəsi sayılmır. Qaraj isə qeyri-yaşayış binasıdır. Həmçinin iddiaya çayxanaya aid pul tələbinə dair hissədə xitam verilməsi işin ümumi məhkəmədə baxılmalı olmasına əsas yraratmır. Çünki, Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadı ilə iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, həmin sazişə uyğun olaraq iddiaçı və cavabdeh Daşkəsən şəhəri İsmət Qayıbov küçəsində yerləşən Cavabdeh məxsus 114 m² qeyri yaşayış sahəsi olan 5 saylı çayxanaya dair icarə müqaviləsi bağlamışlar. Razılaşmanın şərtlərinə görə obyekt 10 (on) il müddətinə, yəni 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2031-ci il tarixədək aylıq icarə haqqı 500 (beş yüz) manat olmaqla icarəyə verilməli idi. Göründüyü kimi məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin də məzmununda tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlər yer almışdır. Yəni hər iki tərəfin məqsədi gəlir əldə etmək olmuşdur. Razılaşmanın şərtlərinə görə bu münasibətlər hal-hazırda da davamlı olmaqla, 01 noyabr 2031-ci il tarixədək davam etdirilməlidir. Bundan başqa, tələblər bir-biri ilə bağlı şəkildə icraata qəbul edilmiş, ərizə icraata qəbul edildikdən sonra tələbin bu hissəsi iddiaçı tərəfindən azaldılmamış, sonradan məhkəmə tərəfindən xitam verilmişdir. İşin bu halı ilə bağlı məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 32.3-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. 403-1.3-ci maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 403-1.5-ci maddəsinə əsasən şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 266-269, 402-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-20/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-20/2024
14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver