Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-203/2023 19.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Quşçu ərazi dairəsi, Quşçu kəndində qeydiyyatda olan Cavabdeh 3000 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən cavabdehə 3100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin krediti 07 aprel 2022-ci il tarixə kimi hər ay 310 manat şərti ilə qaytarmağa dair öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi icra etməmişdir. Belə ki, cavabdeh ödəniş müddəti ərzində heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun geri qaytarılmasını tələb etsə də, hər dəfə cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmış, onu get-gələ salmış, borcu ödəməkdən imtina etmişdir. 26 oktyabr 2022-ci il tarixdə cavabdeh borcundan 100 manat ödəmiş və bundan sonra hər ay 100-150 manat ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh yenidən onu aldatmış və qalan 3000 manat borcu ödəməmişdir. Son zamanlar cavabdehin mobil nömrəsinə zəng etsə də, cavab verməmiş, başqa nömrə ilə zəng etdikdə isə onun səsini eşidən kimi telefonu söndürmüşdür. Hal-hazırda cavabdehin ona 3000 manat məbləğində borcu qalmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ona 2000 manat məbləğin əvəzinə 4000 manat qaytarmaq şərti ilə borc vermişdir. Aldığı borc məbləğindən 1000 manat məbləğini geri qaytarmış, qalan 3000 manat borc məbləği və 100 manat notarius rüsumu olmaqla, cəmi 3100 manat dair onunla iddiaçı arasında Notariat ofisdə “Kredit müqaviləsi” bağlanmışdır. Sonradan 3100 manat borc məbləğində 2300 manat ödəniş etmişdir. Hazırda onun iddiaçıya 800 manat borcu qalmışdır. Məhkəmədən iddia tələbinin 800 manat dair hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş 07 iyun 2021-ci il tarixli 3M-281 saylı “Kredit müqaviləsi”ndən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli 3M-281 saylı “Kredit müqaviləsi”nin 1-ci bəndində əsasən “Borc verən” “Borc alana” 3100 manat məbləğində pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, “Borc alan” krediti 07 aprel 2022-ci il tarixədək hər ay 310 manat şərti ilə “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci maddəsinə əsasən, “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, işin faktik hallarını nəzərə alaraq, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən İddiaçı Cavabdeh 3100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin krediti 07 aprel 2022-ci il tarixədək hər ay 310 manat şərti ilə İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. 26 oktyabr 2022-ci il tarixdə Cavabdeh 3100 manat borc məbləğindən iddiaçıya 100 manat ödəmiş, qalan borcu isə hər ay 100-150 manat ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nəticədə 3000 manat məbləğində borc ödənilməmiş qalmışdır. Cavabdeh İddiaçı 3100 manat pul aldığını etiraf etmişdir. Cavabdeh aldığı 3100 manat məbləğdən 2300 manat məbləği geri qaytardığını, hal-hazırda 800 manat borcu qaldığını bildirsə də, bu halı təsdiq edən heç bir sübütü məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 744.1-ci maddəsinə görə, borc müqaviləsi müəyyən müddət üçün sabit faizlərin şərtləşdirilməsi ilə bağlana bilər. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun pisk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə gorə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş uzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat pul məbləği alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat əsas borc və ödənilmiş 50 manat dövlət rüsmunun olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləği alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev İş № 2(030)-203/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏDƏN Çıxarış Daşkəsən Rayon Məhkəməsi Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Daşkəsən şəhərində 19 may 2023-cü ildə İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat əsas borc və ödənilmiş 50 manat dövlət rüsmunun olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləği alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Telefon: (022) ***-**-** Faks: (022) 215-47-55 İş № 2(030)-203/2023 26 may 2023-cü il İddiaçı Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 58 mənzil 23 Surəti: Cavabdeh Daşkəsən rayonu Quşçu kəndi Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(030)-203/2023 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: qətnamənin surəti – 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Telefon: (022) ***-**-** Faks: (022) 215-47-55 İş № 2(030)-48/2022 20 aprel 2022-ci il X6 Daşkəsən şəhəri A.Abdullayev küçəsi, ev 171 Surəti: X2 Daşkəsən şəhəri Ş.İ.Xətai küçəsi ev 5 mənzil 15 Daşkəsən Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(030)-48/2022 saylı qətnaməsinin surəti Sizə göndərilir. Qoşma: qətnaməninsurəti– 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 2(030)–357/2022 İCRAVƏRƏQƏSİ Daşkəsən Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(030)–357/2022 saylı qətnaməsi üzrə DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X6 verilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 10-cu maddəsinə əsasən icra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtında verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu: X5, xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri İ.Qayıbov küçəsi, ev 20, mənzil 2 Tələbkar: X7, xx.xx.1994-cü ldə Daşkəsən şəhərində anadan olmuş, Ünvanı: Daşkəsən şəhəri A.Abdullayev küçəsi ev 171 İcra vərəqəsi 28 oktyabr 2022-ci il tarixdə verilmişdir. Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Telefon: (022) 215-56-44 Faks: (022) 215-47-55 İş № 2(030)-357/2022 28 oktybar 2022-ci il Daşkəsən rayon İcra və probasiya şöbəsində Daşkəsən Rayon Məhkəməsinin 28 oktybar 2022-ci il tarixli 2(030)-357/2028 saylı icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Qoşma: icra vərəqəsi – 01 vərəqə Qətnamənin surəti – 02 vərəqə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-203/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-203/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver