Məhkəmə qərarları › İş №2(030)-216/2024

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-216/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-216/2024 24.01.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 6000 ABŞ dolları pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh torpaq sahəsi və hüquqi sənəd almaq üçün verdiyi 6000 ABŞ dolları pulunun və pulu özündə saxladığına görə ABŞ dolları faiz pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsinə əlavə olunan sənədlərə şəxsiyyət vəsiqəsinin surəti, Göygöl Rayon Polis Şöbəsi İQ-nun cinayət işi başlanmasının rədd edilməsi qərarının surəti, məcburi köçkün vəsiqəsinin surəti, iddia ərizəsinin surətinin əlavə edildiyi göstərilsə də, heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda, iddia ərizəsində iddiaçıların imzası yoxdur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunan nöqsanlar ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun hazırlanmamasını ehtiva edir, belə olan halda isə MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 6000 ABŞ dolları pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar