Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-236/2023 19.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6600 manat məbləğində pulun və ödənilmiş 58 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddia ərizəsinin məzmununa uyğun izahatında göstərmişdir ki, Cavabdeh 2013-cü ildən tanıyır. X1 5 yaşı olanda həkim ona dağ havası məsləhət görmüşdür. Oğlunun səhhəti ilə əlaqədar olaraq 2013-cü ildən Daşkəsən rayonu Zağalı kəndində kirayə qalmışlar. Oranın havası çox xoşlarına gəldiyi üçün torpaq almaq qərarına gəlmişlər. Həmin dövrdə Cavabdeh bələdiyyədə işləmişdir. Cavabdeh öz qardaşına məxsus olan 0,06 ha torpaq sahəsini onlara satmışdır. O, da həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Lakin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxmaqda çətinlik çəkdikləri üçün, aşağı ərazidən yerləşən torpaq sahəsinə gediş-gəliş asan olduğuna və həmin ərazidə daima su olduğuna görə həmin ərazidən torpaq sahəsi satın almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 0,06 ha torpaq sahəsini ona göstərərək həmin torpaq sahəsinin onların olduğunu bildirmiş, əvəzindən ondan 6600 manat məbləğində pul almışdır. 3-4 ay içində isə torpağa dair sənədi onlara verəcəyinə dair söz vermişdir. Ancaq sənədi tələb etdikdə pandemiyanı əsas gətirərək vaxtı uzatmışdır. Bir neçə il keçdikdən sonra cavabdeh onlara bir neçə sənəd təqdim edərək DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarıəsinə təqdim edib çıxarış almalarını bildirmişdir. 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə ona 09 mart 2022-ci il tarixli **********88 saylı məktub ilə torpaq sahəsinin əldə edilməsinə dair hüquqmüəyyənedici sənədin olmadığı üçün onun Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakda qeydiyyata alınmasından imtina edilmişdir. Həmin məktubu cavabdehə göstərdikdə, narahat olmamasını sənədləri düzəldəcəyini bildirmişdir. Buna baxmayaraq, hal-hazıradək cavabdeh ona heç bir sənəd təqdim etməmişdir. Cavabdehin göstərdiyi 0,06 ha torpaq sahəsini 0,02 ha hissəsi qoruq ərazisinə düşür. Cavabdeh 6600 manatdan 4000 manatı ona verdiyi üçün iddia tələbinin 2600 manata dair hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 6600 manat məbləğində pul vəsaiti almışdır. Həmin məbləğdən 4000 manatı geri ödəmişdir. Hal-haırda iddiaçıya 2600 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmədən iddia tələbinin 2600 manata dair hissədə təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı 2600 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2600 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun 22 manatı cavabdehə, 36 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2600 manat və ödənilmiş 2 manat dövlət rüsumu olmaqla, cəmi 2622 (iki min altı yüz iyirmi iki) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 36 (otuz altı) manatı İddiaçı aid edilsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-236/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-236/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver