Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-241/2024 12.02.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edib, Daşkəsən şəhəri T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin paylara uyğun naturada bölünməsi, bu texniki cəhətdən mümkün olmadığından Daşkəsən şəhəri T.İsmayılov küçəsi, 21 saylı evin 36 saylı mənzilinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)– 346/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətlərində olan Daşkəsən şəhəri Tofiq İsmayılov küçəsi 21 saylı evin 36 saylı mənzilinin ona məxsus olan ½ (iki də bir) hissəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə görə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə uyğun olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, İddiaçı yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmədə iddia qaldırmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin mahiyyətini Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)–346/2023 saylı qətnaməsi ilə artıq həll olunmuş məsələlər təşkil edir. Belə olan halda həmin iddia ərizəsində irəli sürülən məsələyə təkrar baxılması yolverilməzdir. Əvvəlki məhkəmə qərarları ilə İddiaçı hazırkı iddia ərizəsində mübahisələndirdiyi məsələlər mahiyyəti üzrə tam həll edilmişdir. Azərbyacan Respublikası MPM-nin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir (qaytarılmalıdır). Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 156, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər hazırkı qərardadla birlikdə iddiaçıya qaytarılsın. Qərardaddın iş üzrə icraatın dayandırılması hissəsindən rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: imza var Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-241/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-241/2024
12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver