Məhkəmə qərarları › İş №2(030)-247/2023

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-247/2023

19.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-247/2023 19.07.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X46 Əli оğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X21, Gəncə “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu X15 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı evin ər-arvadın birgə əmlakı hesab edilməsi, vərəsə tanınma, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X21, Gəncə “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu X15 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə atası X10 adına qeyd edilən 102,1 kv.metr sahəli yaşayış evinin onunla anası X22 birgə əmlakı hesab edilib, onun anasının 1/2 payının 1/3 hissəsinə, yəni ümumi evin 1/6 hissəsinə qanun üzrə vərəsə tanınması, həmin evə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən sonra evin X16 adına aparılmış qeydiyyatın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun X13 aid edilib onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə atası X10 adına qeyd edilən 102,1 kv.metr sahəli yaşayış evinin onunla anası X22 birgə əmlakı hesab edilib, onun anasının 1/2 payının 1/3 hissəsinə, yəni ümumi evin 1/6 hissəsinə qanun üzrə vərəsə tanınması, həmin evə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən sonra evin X23 adına aparılmış qeydiyyatın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun X13 aid edilib onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, atası Cavabdeh2 ilə anası X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından qızı 1990-cı ildə X21, 1991-ci ildə X24 və 1994-cü ildə o anadan olmuşdur. Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, 21 dekabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** nömrə ilə atası X10 adına qeyd edilən 102,1 kv.metr sahəli yaşayış evi atası ilə 02 dekabr 2020-ci ildə vəfat etmiş anası X22 birgə əmlakı olmuşdur. Valideynləri 01 aprel 1988-ci il tarixdə evlənmiş, həmin evi 2003-cü ildə atasının adına almışlar. Alqı-satqı zamanı ev 23,6 kv.metr sahəli bir yaşayış otağından və 20,1 kv.m sahəli açıq eyvandan ibarət olmuşdur. Qeyd edilən evin ½ hissəsi mərhum anasının olmuşdur. Valideynlərinin ondan başqa X21 və X24 adlı 2 qızı olmuşdur. Anası Həcərin ölümündən sonra miras qalmış ½ hissəyə o, atası Cavabdeh2 və bacısı Cavabdeh3 iddialı olmuş, qanunla nəzərdə tutulan 3 ay müddətində mirası idarə etməklə qəbul etmişlər. Buna baxmayaraq, Cavabdeh2 anasının ölümünə dözə bilmədiyindən 2 aydan artıq özündə olmamış, bacısı Günayın təkidi və öyrətməsi ilə birgə mülkiyyətdə olan evi vərəsələrə xəbər vermədən 13 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlama müqaviləsi ilə yetkinlik yaşına çatmamış nəvəsi – qızı Günayın oğlu X28 bağışalmışdır. Müqaviləni Gəncə “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu Məmməd Talıbov təsdiqləmiş, 24 fevral 2021-ci il tarixdə Yusif Əsgərovun adına **********79-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Vərəsəlik məsələsi həll edilmədən, mirası qəbul etmiş vərəsələrin fikrini soruşmadan atası birgə əmlak olan evə dair sərəncam vermişdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasınında Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, onunla X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışlar. Birgə nikahlarından qızı 1990-cı il təvəllüdlü X21, 1991-ci il təvəllüdlü X24 və 1994-cü il təvəllüdlü İddiaçı adlı üç övladları olmuşdur. O, 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini ******* AZM-ə satın almışdır. Yaşadığı müddətdə evdə artırmalar edərək təmir işləri aparmışdır. Həmin vaxtdan bu vaxtadək o, evdə yaşamışlar. Qızı Cavabdeh3 2008-ci ildə ailə qurmuş və həmin vaxtdan ailəsi ilə birlikdə Göygöl rayonunun Qızılca kəndində yaşayır. X7 uzun illər onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Arvadının səhhətinin ağırlaşdığı vaxt Cavabdeh3 ailəsi ilə birlikdə onun evində yaşamağa başlamışlar. Qızı Günay onlarla birlikdə qaldığı zaman ona və anasına nəvaziş göstərmişdir. X7 02 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Arvadının vəfatından sonra qızı Günay onunla birlikdə qalmaq istədiyini, ona tək qalmağın çətin olacağını bildirərək evi nəvəsi Yusifin adına keçirməsini bildirmişdir. O, isə evdən oğlunun da, payı olduğunu bildirərək dəfələrlə bundan imtina etsə də, Cavabdeh3 onun arvadının vəfatından sonra keçirdiyi dərin stresdən, kədərdən istifadə edərək evi azyaşlı oğlu X28 bağışlamağa razı salmışdır. Arvadının qırx mərasimindən 20 gün sonra Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 102,1 kv.metr-dən ibarət fərdi yaşayış evini nəvəsi X28 bağışlamışdır. Bu müqaviləyə əsasən, X23 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Həmin vaxt artıq oğlu da, ailəsi ilə birlikdə onun evində yaşamışlar. Əmlak üzrə nəvəsinin adına hüquq müəyyənedici sənəd alındıqdan sonra cavabdehlərin ona və oğluna qarşı rəftarları tamamilə dəyişmişdir. O, qızının əsil məqsədinin, yəni onu aldatmaqla evi ələ keçirmək və onu oradan çıxarmaq olduğunu başa düşmüşdür. Cavabdeh3 məqsədli şəkildə onun keçirdiyi ağır stresdən sui-istifadə etmiş və onu aldadaraq evi oğlunun adına keçirtmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasınında cavabdeh X21 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, atası Cavabdeh2 ilə anası X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından 1990-cı ildə o, 1991-ci ildə X24 və 1994-cü ildə İddiaçı anadan olmuşdur. Atası Cavabdeh2 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini ******* AZM-ə satın almışdır. Yaşadığı müddətdə evdə artırmalar edərək təmir işləri aparılmışdır. İddiaçı doğma qardaşı, Cavabdeh2 doğma atasıdır. Anası xəstə olduğu üçün ailəsi ilə birlikdə atasına məxsus olmuş Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Atası qardaşını ailəsi ilə birlikdə evdən çıxarmışdır. Anası xəstə olduğu üçün uzun müddət anasının qayğısına qalmış, qulluğunda durmuşdur. Anası vəfat etdikdən sonra da, atası ilə birlikdə qeyd edilən evdə yaşamaqda davam etmiş, ev bərbad vəziyyətdə olduğu üçün əsaslı təmir etdirmişdir. Evin ilkin sənədi olmamışdır. Əvvəlcə müvafiq xərcləri çəkərək evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən atası Cavabdeh2 adına Çıxarış almışdır. Bundan sonra atası Cavabdeh2 Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 102,1 kv.metr-dən ibarət fərdi yaşayış evini oğlu X28 bağışlamışdır. Bu müqaviləyə əsasən, X23 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli Çıxarış və 10 mart 2021-ci il tarixli **********99-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport” alınmışdır. Sonradan atası onlara evdə yaşamağa imkan verməmiş və onları evdən qovmuşdur. Atası qardaşını ailəsi ilə birlikdə gətirib həmin evə yerləşdirmişdir. Bundan sonra onlar arasında narazılıq və mübahisə yaranmış, iddiaçı onu və ailəsini evdən qovmuşdur. Hazırda Daşkəsən rayonu Quşçu kəndində qaynına məxsus evdə müvəqqəti yaşayır. Evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(030)–59/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş onun və ailə üzvülərinin Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İddiaçının dedikləri qəti surətdə real həqiqətə uyğun deyildir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasınında cavabdeh X24 iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, atası Cavabdeh2 ilə anası X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından 1990-cı ildə bacısı X21, 1991-ci ildə o və 1994-cü ildə İddiaçı anadan olmuşdur. Atası Cavabdeh2 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini ******* AZM-ə satın almışdır. O və digər qardaş və bacısı valideynləri ilə qeyd edilən fərdi yaşayış evində yaşamışlar. X43 02 dekabr 2020-ci ildə ölmüşdür. Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən evin ½ hissəsi mərhum anasının olmuşdur. Anasının ölümündən sonra mirası faktiki qəbul etmişdir. Mərhum anasının vərəsəsi tanınmaqla, payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X15 və üçnücü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon Qeydiyyat şöbəsinin 15 mart 2023-cü il tarixli 3- 16-5/8-69-123/2023 saylı arayışından görünür ki, Cavabdeh2 ilə X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X29 arasında 03 iyun 2016-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 04 yanvar 1990-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh2, anası X30r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 yanvar 1990-cı il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 11 avqust 1991-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. X3, anası X32r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 06 sentyabr 1991-cı il tarixdə 268 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh2, anası X30r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 07 iyun 1994-cü il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 02 dekabr 2020-ci ildə ölmüşdür. Bu barədə Gəncə “ASAN xidmət”mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2020-ci il tarixdə 15 nömrə ilə qeyd eidlmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli aktdan görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbə sakinləri X17, X51, X18, X44, X25, X33 və Cavabdeh2 iştirakı ilə akt tərtib edilmişdir ondan ötrü ki, mərhum X1 rayonu Quşçu qəsəbəsində yerləşən fərdi yaşayış evini 2003-cü ildə Cavabdeh2 ******* manata qiymət edərək satmışdır. Aktın doğruluğu sakinlərin imzaları, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənədəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 iyul 2023-cü il tarixli 5-426/2-133 saylı arayışından görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində qeydiyyatda olmuş mərhum X52 özünə məxsus olmuş fərdi yaşayış evini 2003-cü ildə Cavabdeh2 satmışdır. Yaşadığı müddətdə Cavabdeh2 evə artırmalar edərək təmir işləri aparmışdır. Cavabdeh2 ailə üzvüləri X7 (vəfat etmişdir), qızı 1990-cı il təvəllüdlü X21, 1991-ci il təvəllüdlü X24 və 1994-cü il təvəllüdlü İddiaçı ilə birlikdə həmin evdə yaşamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 24 oktyabr 2018-ci ildə Gəncə şəhəri Nizami rayonunda anadan olmuşdur. X8, anası X14r. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 noyabr 2011-ci il tarixdə 523 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Daşkəsən rayon X41 Qrupunun baş təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd olunması haqqında 06 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, 28 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Daşkəsən rayonu Quişçu qəsəbəsində yaşayan X21 ilə qardaşı X26 arasında mülkü mübahisə yaranmış, mübahisə zamanı onlar qarşılıqlı olaraq bir-birini vuraraq fiziki ağrılar yetirməklə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən müxtəlif bədən xəsarətləri yetirmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilən əməl törətmişlər. Qərarın təsviri hissəsində göstərilənlərə və müraciətlər əsasında toplanmış material üzrə X9 və İddiaçı əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən barələrində inzibati icraayt açılaraq məsuliyyətə cəlb edilmələri üçün və aralarında belə narazılıqların gələcəkdə baş verməməsi, baş verə biləcək neqativ hallarının qarşısının alınması üçün onlar münaqişəli ailə kimi profilaktiki qeydiyyata alınmalarına görə, qəbul edilmiş qərarın surəti RPŞ-nin X4 göndərilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli 3-165/8-Ə-xx-xx/2023 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 03 mart 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumat aşkar edilmişdir. xx xxxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh2 ailə üzvüləri - arvadı 11 fevral 1963-cü il təvəllüdlü X39 02 dekabr 2020-ci ildə ölmüşdür. Oğlu – 20 noyabr 1988-ci il təvəllüdlü X34 08 fevral 1989-cu ildə ölmüşdür. Qızları – 04 yanvar 1990-cı il təvəllüdlü X21, 11 avqust 1991-ci il təvəllüdlü X24, oğlanları – 24 dekabr 1992-ci il təvəllüdlü X35 və xx xxxxx 1994-cü il təvəllüdlü İddiaçı. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Çıxarış”ın surətindən görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli, “Çıxarış”a əsasən mülkiyyətində olan Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini X28 bağışlamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Çıxarış”ın və 10 mart 2021-ci il tarixli **********99-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”un surətlərindən görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi X23 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin 07 mart 2023-cü il tarixli 3-21-3-33/2-1966/2023 saylı məktubundan görünür ki, Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,1 kv.m olan fərdi yaşayış evi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş TŞ-1940 nömrəli(A329790 nömrəli), xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 315 nömrəli arayışı və Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 65 nömrəli arxiv çıxarışına əsasən Cavabdeh2 adına qeydiyyata alınmış, ona xx.xx.2020-ci il tarixli **********72-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesytrindən çıxarış verilmişdir. Daha sonra vətəndaşın müraciətinə əsasən ünvana düzəliş edilərək Cavabdeh2 adına əmlakın ünvanı Daşkəsən rayonu Quşçu qəsəbəsi göstərilməklə xx.xx.2020-ci il tarixli, **********079-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşaış evi Gəncə “ASAN xidmət” mərkzəində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X28 (xx.xx.2018-ci il təvəllüdlü olduğu üçün müqavilə anası: X21, atası: X38 tərəfindən imzalanmışdır) bağışlanmışdır və X23 adına əmlakın ünvanı Daşkəsən rayonu Quşçu- Körpü qəsəbəsi göstərilməklə xx.xx.2021-ci il tarixli, **********79-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X23 anası X5 müraciəti əsasında əmlakın ünvanına düzəliuş edilmiş X23 adına fərdi yaşayış evinin ünvanı Daşkəsən rayonu Quşçu körpü qəsəbəsi (Yeni qaydalarla: Daşkəsən rayonu Quşçu qəsəbəsi) qeyd edilməklə xx.xx.2021-ci il tarixli **********79- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli, “Çıxarış”a əsasən mülkiyyətində olan Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini nəvəsi X28 bağışlamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə X37 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından 1990-cı il təvəllüdlü X21, 1991-ci il təvəllüdlü X24 və 1994-cü il təvəllüdlü İddiaçı adlı üç övladları olmuşdur. Cavabdeh2 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində ******* AZM-ə fərdi yaşayış evi satın almışdır. Yaşadığı müddətdə Cavabdeh2 evə artırmalar edərək təmir işləri aparmışdır. X43 02 dekabr 2020-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Çıxarış”a əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşaış evi Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X28 (xx.xx.2018-ci il təvəllüdlü olduğu üçün müqavilə anası: X21, atası: X38 tərəfindən imzalanmışdır) bağışlanmışdır və X23 adına əmlakın ünvanı Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsi göstərilməklə xx.xx.2021-ci il tarixli, **********79-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X23 anası X5 müraciəti əsasında əmlakın ünvanına düzəliuş edilmiş X23 adına fərdi yaşayış evinin ünvanı: Daşkəsən rayonu Quşçu körpü qəsəbəsi (Yeni qaydalarla: Daşkəsən rayonu Quşçu qəsəbəsi) qeyd edilməklə xx.xx.2021-ci il tarixli **********79-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və mirasın qəbulu ilə bağlı olduğundan həmin münasibətlərə Ailə Məcəlləsinin və Mülki Məcəllənin birgə nikah dövründə əldə edilmiş əmlakla və mirasın qəbulu ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq eidlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madfdəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madfdəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materialları ilə müəyyən edilmişdir ki, 21 dekabr 2020-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi Cavabdeh2 ilə X19 birgə nikahı dövründə birgə vəsait hesabına əldə edilmişdir. X43 02 dekabr 2020-ci ildə ölmüşdür. X22 ölümü ilə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evinin 1\2 hissəsi miras qalmışdır. Ölümündən sonra vərəsələri əri Cavabdeh2, qızları X21 və X24, oğlu İddiaçı mirası qəbul etmişlər. xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi Cavabdeh2 tərəfindən X28 bağışlanmışdır. Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evinin 1\2 hissəsi X22 mülkiyyətində olduğundan və Cavabdeh2 həmin hissədə mübahisəli evə sərəncam vermək hüququ olmadığından, onun həmin əmlakı bütövlükdə bağışlamaq hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi Cavabdeh2 tərəfindən nəvəsi X28 bağışlansa da, X23 adından müqaviləni imzalayan qanuni nümayəndələri anası X21 və X8 mübahisəli əmlaka hüquqların miras hissəsində qeydiyyatının əsassız olduğunu bilmişlər. Bu baxımdan məhkəm hesab edir ki, iddia qismən təmin edilməli, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə Cavabdeh2 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evi X27 ilə X22 birgə əmlakı hesab edilməli, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evinə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsi X22 payına münasibətdə, yəni, 1\2 hissəsində etibarsız hesab edilsin və həmin hissədə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X23 adına xx.xx.2021-ci il tarixdə aparılmış **********79-10301 reyestr qeydiyyatı ləğv edilməli, həmin evin X20 miras qalmış 1\2 hissəsinin əri Cavabdeh2, qızları X21 və X24, oğlu İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin və onların miras əmlakda payları 1\4 olmaqla Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə X10 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evində Cavabdeh2 payı 1\8, X9 payı 5\8, X11 payı 1\8 və İddiaçı payı 1\8 hissədə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsinin tam etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış 12 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli Çıxarışın tam ləğv edilməsi ilə bağlı hesab edir ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh2 mülkiyyətində olduğu və həmin hissə əvəzsiz olaraq X28 bağışlandığı üçün iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə X10 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evi Cavabdeh2 ilə X22 birgə əmlakı hesab edilsin. Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evinə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsi X22 payına münasibətdə, yəni, 1\2 hissəsində etibarsız hesab edilsin və həmin hissədə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X23 adına xx.xx.2021-ci il tarixdə aparılmış **********79-10301 reyestr qeydiyyatı ləğv edilsin. Həmin evin X20 miras qalmış 1\2 hissəsinin əri Cavabdeh2, qızları X21 və X24, oğlu İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin və onların miras əmlakda payları 1\4 olmaqla Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə X10 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evində Cavabdeh2 payı 1\8, X9 payı 5\8, X11 payı 1\8 və İddiaçı payı 1\8 hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı cavabdeh X6 tutulub İddiaçı ödənilsin Ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar