Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-257/2023 12.05.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı fərdi sahibkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı fərdi sahibkar İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı fərdi sahibkar İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi” üzrə 52500 manat əsas, 15100 manat faiz və 1260 manat dəbbə pulu olmaqla, cəmi 68860 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “YK Kredo Lombard”ın sahibi İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib göstərmişdir ki, “YK Kredo Lombard”ın sahibi İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi”nə əsasən 52500 manat məbləğində kredit verilmişdir. Cavabdeh və oğlu ilə aralarında yaxın münasibət olduğuna görə onların öz xətləri ilə yazdıqları iltizam əsasında girov qəbul edilməmişdir. Səbəbi isə uzun illər bir-birilərinə etimadları olmuşdur. Cavabdeh 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi”nin qrafik cədvəlinin şərtlərinə görə hər ayın 28-də 3443,31 manat ödəniş etməli idi. Lakin cavabdeh aralarında olan münasibətdən sui-istifadə edərək bu günə kimi heç bir ödəniş etməmişdir. Hal-hazırda cavabdehin 52500 manat əsas, 15100 manat faiz və 1260 manat dəbbə pulu olmaqla, cəmi 68860 manat kredit borcu vardır. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də, məhkəmədən tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə aralarında yaxın münasibət vardır. “YK Kredo Lombard” dan 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi”nə əsasən 52500 manat məbləğində kredit götürmüşdür. Az miqdarda borc məbləğində ödəniş etmişlər. X3 borca düşdüyü üçün ona köməklik etmişdir. Hazırda "xxxx" ASC-yə və "xxxx" ASC-yə kredit ödəyir. Məhkəmədən dəbbə pulunun silinərək iddia tələbinin qalan hissədə təmin olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli ərizədən görünür ki, fiziki şəxs İddiaçı ona istehlak məqsədləri üçün 24 ay müddətinə 52500 manat məbləğində kredit ayrılmasına sərəncam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi”nin surətindən görünür ki, fiziki şəxs Cavabdeh sahibkar fiziki şəxs İddiaçı arasında 23 yanvar 2014-cü il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinspləri əsasında borcalana 52500 manat məbləğində 24 ay müddətinə illik 48 % dərəcəsi ilə Anuitet qrafik əsasında kredit verir. Müqavilənin 1.2-ci bəndində əsasən, kreditin qaytarılma müddəti 28 aprel 2024-cü iş tarixədək müəyyən edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit girov əsasında verilir. Girova qızıl-zinət əşyaları götürlür. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli 11195 saylı “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, fiziki şəxs Cavabdeh sahibkar fiziki şəxs İddiaçı arasında bağlanmış 23 yanvar 2014-cü il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, fiziki şəxs kreditin müddətliyi, qaytarılması, ödənilməsi və təminatlığı prinspləri əsasında borcalana 52500 manat məbləğində 24 ay müddətinə illik 48 % dərəcəsi ilə Anuitet qrafik əsasında kredit verir. Müqavilənin 1.2-ci bəndində əsasən, kreditin qaytarılma müddəti 28 aprel 2024-cü iş tarixədək müəyyən edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit girov əsasında verilir. Girova qızıl-zinət əşyaları götürlür. İşə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli 213916 saylı “Məxaric xəzinə orderi”ndən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 52500 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli 0024 saylı bildiriş məktubundan görünür ki, Borc verən “YK kredit” lombard ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2022-ci il tarixli 11195 saylı “Kredit müqaviləsi”nə əsasən 24 ay müddətinə 52500 manat məbləğində kredit verilmişdir. Odur ki, 28 aprel 2022-ci il tarixli 11195 saylı “Kredit müqaviləsi”nə əsasən21 dekabr 2022-ci il tarixə kredit üzrə 52500 manat əsas, 15100 manat faiz və 1260 manat dəbbə borcu olmaqla, ümumilikdə 68860 manat borc verən “YK Kredo Lombarda” borcunuz vardır. Odur ki, kredit borcunu 7 gün müddət ərzində ödəməyi tələb olunmuşdur. İşə əlavə edilmiş 06 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı tərəfindən 327 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. AR MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, müqavilə öhdəliyin yaranması əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür kimi, iddiaçı tərəfindən cavabdehə 1260 manat məbləğində cərimə hesablanmışdır. AR MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, əsas borc məbləğinə nisbətdə tənasübsüzlüyü nəzərə alınaraq hesablanmış 1260 manat məbləğində cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. AR MM-in 743-cü maddəsinə görə, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi” üzrə 52500 manat əsas, 15100 manat faiz və 100 manat dəbbə pulu olmaqla, cəmi 67700 manat kredit borcu tutulub iddiaçı fərdi sahibkar İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia tam təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 327 manat məbləğində dövlət rüsumunun 323 manatı cavabdehə, 04 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə müvafiq olaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 aprel 2022-ci il tarixli 11198 saylı “Kredit müqaviləsi” üzrə 52500 manat əsas borc, 15100 manat faiz borc, 100 manat dəbbə pulu və ödənilmiş 323 manat dövlət rüsumu olmaqla, cəmi 68023 (altmış səkkiz min iyirmi üç) manat tutulub iddiaçı fərdi sahibkar İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 04 (dörd) manatı iddiaçı fərdi sahibkar İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(030)-257/2023
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-257/2023
12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver