Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-261/2024 25.06.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X1 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat pulun və REDMİ NOTE 11 PRO mpbil telefonun, mobil telefon olmadıqda isə onun 819 manat dəyəri və ödəniulmiş 61 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini, Ağstafa rayonunda hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu Cavabdeh ilə 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Bir neçə ildir ki, cavabdehlə tanışılıq münasibəti qurmuşlar. Tanışlıqları zamanı cavabde onun etibarını qazanmışdır. Etibarınından istifadə edən cavabdeh işi ilə əlaqədar olaraq ona pul lazım olduğunu bildirmiş, o, da cavabdehə inanaraq, cavabdehin ona dediyi özünə və başqasına məxsus plastik karta borc olaraq müxtəlif vaxtlarda köçürmə etməklə cəmi 3280 manat borc pul vermişdir. Qeyd edilən puldan əlavə 2022-ci ilin oktyabr ayında cavabdeh ona telefon almasını xahiş etmiş, hər ay krediti özü ödəcəyinə dair söz vermişdir. O, da Qazax şəhərində yerləşən Abu-Life mağazasından öz adına kreditlə 12 ay müddətinə ödəmək şərti ilə 799 manat dəyərində mobil telefon almış, əlavə olaraq 20 manat xidmət haqqı ödəmişdir. Lakin cavabdeh nəzərdə tutulmuş aylıq ödənişi ödəmədiyi üçün məcbur olub həmin telefonun kreditini özü ödəmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasınln vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəyəmə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli 055889 nömrəli ödəniş cədvəlindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında 055889 nömrəli 27 oktyabr 2022-ci il tarixli pərakəndə borca alqı-satqı müqaviləsinə əsasən 799 manat məbləğin 12 ay müddətinə hər ay 67 manat ödəmək barədə razılığa gəlmişlər. İşə əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, şəxsi hesablara müxtəlif vaxtlarda 30 manat, 161 manat, 81 manat, 501 manat, 900 manat, 570 manat, 26 manat,101 manat, 50 manat, 91 manat, 40 manat, 20 manat, 130 manat və 10 manat ödənişlər edilmişdir. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamsına və işin fakitki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddiaçı ilə Cavabdeh arasında şifahi və yaxud borc müqaviləsinin olması, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması sübutlarla təsdiqini tapmır. Təqdim edilmiş ödəniş qəbzlərində pul göndərilən şəxslərin adlarının, soyadlarının və ata adlarının ancaq ilkin hərfləri göstərildiyindən həmin hesab nömrəsinin hazırkı iş üzrə cavabdehə məxsus olması tam təsdiq olunmur. Həmçinin, iddiaçı qeyd edilən puldan əlavə 2022-ci ilin oktyabr ayında Qazax şəhərində yerləşən Abu-Life mağazasından öz adına kreditlə 799 manat dəyərində mobil telefon alaraq cavabdehə verdiyini bildirərək, məhkəməyə fotoşəkillər təqdim etsə də, həmin telefonun kim tərəfindən, əvəzli və yaxud əvəzsiz olaraq cavabdehə verilməsi, həmçinin iddiaçının nisyə aldığı mobil telefonun dəyərinin cavabdeh tərəfindən ödənilməli olması da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş səs yazısında iki şəxs arasında pul barədə söhbət aparılsa da, həmin səs yazısında cavabdehin hər hansı borc məbləğini iddiaçı qarşısında etiraf etməsi barədə məlumata rast gəlinmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilən maddənin tələbindən göründüyü kimi iddiaçı iddia tələbini əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı bu öhdəliyini yerinə yetirmirsə iddia tələbi bu əsasla təmin olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasına uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 60 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul və əmlak tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2(030)-261/2024
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-261/2024
25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver