Məhkəmə qərarları › İş №2(030)-286/2023

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №2(030)-286/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 2(030)-286/2023 11.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Fərəzliyev Bəylər Amil oğlunun katibliyi ilə, İddiaçı vuvurlmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən maddi ziyan olaraq 700 manat, mənəzi ziyan olaraq 1000 manat və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində cavabdehin adını və ünvanını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə görə, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Bundan başqa iddia ərizəsi 1 nüsxə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinə onun cavabdehlərin və üçüncü şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Həmçinin, iddia ərizəsində iddiaçının imzası yoxdur. Azərbaycan Respublikası MPMnin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eyni zamanda, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında qəbz və ya iddiaçının dövlət rüsumundan azad edilməsi barədə sənəd əlavə edilməmişdir. Bu da Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı vuvurlmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırılandan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar